Mesajlar

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ehtiyaclı məhbusların azad edilməsinə yardım etməyə həsr olunmuş Diyə Ölkə Qərargahının 36-cı Qolrizan bayramının keçirilməsi ərəfəsində bu Allah bəyənən işə bir milyard yarım tümən ayırıb.

Qolrizan bayramı hər il mübarək Ramazan ayında diyə və ehtiyaclı məhbuslara kömək etmək işi üzrə xalq qərargahının səyi nəticəsində bir qrup məsul şəxslər və xeyriyyəçilərin iştirakı ilə Tehranda və ölkənin digər müxtəlif şəhərlərində keçirilir.