Həzrət Ayətullah Xamenei bir sərəncamla cənab doktor Əli Laricanini Ali Milli Təhlükəsizlik Şurasında Rəhbərin nümayəndəsi kimi təyin etdi.
Sərəncamın mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Cənab doktor Əhmədianın mühüm dövlət vəzifələrini icra etmə mövqeyinə təyin olunmasını nəzərə alaraq, Konstitusiyanın 176-cı maddəsinə əsasən, cənab doktor Əli Laricanini Ali Milli Təhlükəsizlik Şurasında Rəhbərin nümayəndəsi kimi təyin edirəm.
Son illərdə bu vəzifədəki uğurlu fəaliyyəti və səylərinə görə cənab Əhmədiana təşəkkür edirəm. Hamıya Allah-təaladan müvəffəqiyyət diləyirəm.
Seyid Əli Xamenei
07.08.2025
İnqilab Rəhbəri Həzrət Ayətullah Xamenei verdiyi sərəncamda doktor Əliəkbər Əhmədian və Əli Şəmxanini Müdafiə Şurasında öz nümayəndələri olaraq təyin edib. Sərəncamın mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Müdafiə Şurasının təsis və təsdiqini nəzərə alaraq, cənab doktor Əliəkbər Əhmədianı və cənab Şəmxanini həmin şurada öz nümayəndəm kimi təyin edirəm. Onlara və şuranın digər üzvlərinə Allahdan müvəffəqiyyət diləyirəm.
Seyid Əli Xamenei
07.08.2025