“Mərhum Naininin ixtisas baxımından seçilən xüsusiyyəti, üsul elmini düşüncə və elmi nizam əsasında formalaşdırması, çoxsaylı və güclü elmi yeniliklər ortaya qoymasıdır.”
 

İnqilab Rəhbəri çıxışının davamında qeyd etdi:

“Onu digər təqlid mərcələri arasında istisna bir şəxsiyyətə çevirən əsas cəhətlərdən biri onun siyasi düşüncəyə malik olmasıdır ki, bu düşüncə onun dəyərli və eyni zamanda unudulmuş “Tənbihül-ümmət” əsərində öz əksini tapmışdır.”
 

Həzrət Ayətullah Xamenei Əllamə Naininin siyasi düşüncəsinin əsas sütunlarından birinin, istibdadın qarşısında vilayətə əsaslanan İslam hökumətinin qurulmasına inam olduğunu bildirərək əlavə etdi: 

“Mərhum Naininin siyasi baxışına görə, hökumət və bütün dövlət məsulları milli nəzarət altında olmalı və xalq qarşısında cavabdehlik daşımalıdırlar. Bunun zəruri şərti isə nəzarət və qanunvericilik məqsədilə keçirilən seçkilər nəticəsində formalaşan "Məbuslar (seçilmişlər) məclisinin" yaradılmasıdır. Bu məclisin qəbul etdiyi qanunların etibarı da fəqih və görkəmli din alimlərinin təsdiqinə bağlıdır.”
 

O Həzrət Əllamə Naininin nəzərdə tutduğu çərçivəni, yəni İslam və xalq əsasında qurulan hökuməti bu günün terminologiyasında “İslam Respublikası” adlandırdı və “Tənbihül-ümə” əsərinin Naininin özü tərəfindən toplanmasının səbəbinə toxunaraq dedi: 

“Mərhum Naini və Nəcəf alimlərinin dəstəklədiyi məşrutə ədalət hökumətinin bərpası və istibdadın aradan qaldırılmasına yönəlmişdi, bu isə ingilislərin İranda "Məşrutə" adı ilə yaratdığı, ixtilaflara və mərhum Şeyx Fəzlullah Nurinin edamına gətirib çıxaran hadisələrlə tamamilə fərqli idi.”
 

Görüşün sonunda hövzələrin müdiri Ayətullah Ərəfi Əllamə Naininin anımına həsr olunmuş beynəlxalq konfransın proqram və fəaliyyətləri barədə məruzə etdi.