Bu gün günorta saatlarında Fars vilayətinin 15 min şəhidinin konqresini təşkil edənlər İnqilab Rəhbəri ilə görüşdülər.
Bağışlayan və mehriban Allahın adı ilə
و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّدو علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین.
Xoş gəlmişsiniz, əziz bacı və qardaşlar. Möhtərəm imam-cümənin bu qısa və müxtəsər çıxışına, eləcə də möhtərəm generalın gözəl və kamil yazısına görə minnətdarlığımı bildirirəm.
Daim əhəmiyyət verilməsi gərəkən əziz ölkəmizin mədəni imtiyazlarından biri də din, qəhrəmanlıq və incəsənəti birləşdirə bilməsidir. Dünyanın əksər yerlərində (əgər həmin yerdə vardırsa) dinin yolu ayrıdır, incəsənət öz yolunu gedir və orada qəhrəmanlıq olarsa, o da təkcə özü üçündür. Bu üç ünsürün birləşməsi İslami olan İranda cəlbedici bir hadisədir və bu da təkcə bu günə və dünənə aid deyil, İslamın özündən götürülmüşdür. Bu, Quranda da vardır:
"Amma iman gətirənlərin isə Allaha məhəbbəti daha güclüdür". ("Bəqərə", 165)
"Allah onları sevər və onlar da Allahı sevərlər". ("Maidə", 54)
"Onda ki, gərək dünya həyatını axirətə satan kəslər Allah yolunda vuruşsunlar". ("Nisa", 74)
"İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə tağut yolunda vuruşurlar". ("Nisa", 76)
"Peyğəmbərlə birgə olanlar kafirlərə qarşı sərt". ("Nisa", 76)
"Öz aralarında isə mehribandırlar". ("Nisa", 76)
Yəni Quranın özündə dinin, İlahi ayinlərin, qəhrəmanlıq və incəsənətin birləşməsi, cəm olması mövcuddur. Quranın özü bir incəsənət əsəridir, çox ali bir əsərdir. Quranda məhəbbətə, eşqə və bu kimi şeylərə toxunmaqla və müxatəblər üçün təsvir olunmaqla yanaşı, öz tariximizdə də bunlar mövcuddur.
Əgər mübaliğə olmazsa, mən deyərdim, bəlkə də, bu üç ünsürün birləşməsi və tərkibinin ölkənin ən yaxşı yerində aydın şəkildə müşahidə olunduğu nöqtə Fars və Şirazdır. Əgər kimsə bu sözü desə və yaxud biz özümüz desək, həqiqətən və insafən, düzgün söz deyilmiş olar. Şiraz bu üç ünsürün sıx birləşdiyini göstərən bir yerdir. Cənab Əhməd ibn Musanın (s.ə) və o əyalətdə, o şəhərdə olan başqa şəhid imamzadələrin dövründən, ta sonrakı dövrlərə, bu günə və bir neçə gün öncə şəhadətə çatan şəhid Kərbasiyə qədər bu üç ünsür bütün bu zamanlarda bir-biriləri ilə şərikdirlər.
Ölkənin ən məşhur və ən sevimli şairi, yəni şirin sözlü və zirəng olan lirik şair Hafiz Şirazi (Hafizin qəzəlindən bir qisminə işarə: Quranı on dörd qiraətlə oxu) Quranı on dörd qiraətlə hifz etmişdi. Oxunan bu ixtilaflı qiraətlərdə biz nadir Quran qariləri görümüşük ki, tarixin məşhur yeddi qarisinin qiraətinə əhatləri olsun (bu yeddi qarinin də hər birinin iki hədis həql edən olması ilə on dörd qiraətə gəlib çıxır). Hafiz daha sonra deyir ki, hər nəyə sahibəmsə, Quran sayəsində sahibəm. Yəni şeiri də Qurandan, incəsənəti də Qurandan, mərifəti, irfanı, zirəngliyi də və bir sözlə, hər şeyi Qurandandır. Din və incəsənətin bundan daha gözəl necə tərkibi olsun? Həmçinin bunların kənarında qəhrəmanlıqlar da vardır. Cənab Əhməd ibn Musanın özündən tutmuş Abbas Dövrana, Şəhid Mürtəza Cavidi, şəhid Şirəli Sultani, həmin xanım Məsumə Kərbasi və bu kimi əziz generalımızın adlarını çəkdiyi əyalətin başqa böyük məşhur şəhidlərinə qədər, o cümlədən müxtəlif meydanlarda on beş min şəhid, on beş min örnək və nümunəyə kimi bunların hamısını sizlər təsəvvür edin.
Avropa müstəmləkəçiliyinə qarşı ilk silahlı döyüşü başladan Fars əyalətinin hakimi İmamqulixan olmuşdur. O bununla portuqalları Hörmüzdən çıxara bildi. Ölkəmizin tarixində ilk yumşaq müharibəni Mirza Şirazi etdi. Tənbaku sanksiyası yumşaq müharibə idi. Bu, ingilislərin ölkəyə iqtisadi hökmranlığının yayılmasının qarşısını ala bilən ən böyük döyüş idi. Qandi də Mirzayi Şirazidən otuz il sonra Hindistanda bu işi gördü. Yəni tarixdə analoqu olmayan və yeni bir hadisə sayılan bu yumşaq müharibə Mirzayi Şiraziyə məxsusdur. İngiltərə dövlətinin İraqa hökmranlığına qarşı iraqlıların ən böyük müqavimətinə Mirza Muhəmmədtəqi Şirazi başçılıq etdi. İslam hökumətinin ilk sikkəsini mərhum Seyid Əbdülhüseyn Lari Şirazda, Cəhrümdə və Larda zərb etdi. Sikkə zərb etdi və İslam hakimiyyətini qurdu. Əlbəttə, bu da sabit qalmadı, davam gətirə bilmədi, lakin o bu yolda hərəkət etdi, bu işi başlatdı. Bunlar böyük iftixarlardır. Əgər öz zamanımıza qayıtsaq, şəhid Dəstiğeyb kimi alim, arif və Allah yolunda seyr edən birini müşahidə edirik. Şəhid Dəstiğeyb, həqiqətən, həm mənəviyyat və ruhaniyyətin təzahürü idi, həm də əxlaq və cihadın. Bu mübarizənin yenicə başlandığı və bizim Qumda olduğumuz 1963-64-cü illərdə mərhum Dəstiğeybin kasetlərini Şirazdan Quma gətirirdilər və biz də eşidirdik. Mərhum Hacı Şeyx Bəhaiddin Məhəllati və Şirazın digər alimləri məclis qurmuşdular və bu məsclisin söhbət edəni mərhum Dəstiğeyb idi. Zənnimcə, Şirazın came məscidində toplaşırdılar və mərhum Dəstiğeyb də xütbə və bu kimi şeylər edirdi. Bu iş onun şəhadətinə qədər davam etdi. Yəni bu əyalətin hər növ şəhidi vardır. Bu məntəqədən və bu ərazidən olan şəhidlər müxtəlif meydanlarda özlərini göstərdilər, fərqləndilər. Bunlar Şiraz və Fars əyalətinin şəhadətnaməsidir.
Axmaqcasına keçirirlən Şiraz incəsənət bayramı kimi bir şeylə Şirazı Əhli-beyt hərəmi, din və imanın mərkəzi olmaqdan bir fəsad mərkəzinə qaytarmağı güman edənlər qələt edib bu xəyala qapıldılar, onlar səhvə düçar oldular. Sözün həqiqi mənasında qələt elədilər! Bizə görə, dünya fəlsəfəsinin ən görkəmli simalarından biri olan Şirazın böyük mollası (böyük ruahinisi və alimi), yəni Molla Sədra (Allah ona rəhmət eləsin) özündən yadigar qalmış bir neçə şeirində bu beyti deyir:
İki aləmin döyüşündə qələbə eşqindir, hərçənd onun ordusunun hamısı şəhidlərdir.
Bu beyt filosof bir alimə məxsusdur. Yəni bu ruhiyyə, din, incəsənət və qəhrəmanlığın bu gözəl tərkibi hələ də davam etməkdədir. Mərhum Dəstiğeybin özü də mərifət, şeir, məna və bu kimi şeylərin əhli idi. Biz bunları yaxından bilirdik və başqaları da elə bu cür idilər. Bunların çox əhəmiyyəti vardır.
Konqresiniz bunu ölkəyə göstərməli və bunu ölkədə həmişəyaşar və qalıcı etməlidir. Göstərməlisiniz ki, sivilizasiyasıya malik və o cümlədən mərifət və qabaqcıl bir millət üçün mühüm olan onun dinə, incəsənət və qəhramanlığa sahib olmasıdır. Bunların hər üçü birlikdə olmalıdır. İncəsənət dinin xidmətimdə, din qəhrəmanlıqla yanaşı və qəhrəmanlıq millətin inkişafı istiqamətində olmalıdır. Mühüm olan bunlardır. Sizin konfransınızdan bunlar ələ gəlməli və bunlar gəstərilməlidir. İndi siz bunları kitabla, şeirlə, surud və yaxud da sərgi ilə təmin edirsiniz, xülasə, bunları üzə çıxarmalı və göstərilməlisiniz Bu, millətin ehtiyac duyduğu bir şeydir. Bu gün də Pəhləvilərin zamanında bəzi qələt etmiş insanlar kimi, bu qələti təkrarlayıb incəsənəti dindən, qəhrəmanlıqdan, ayırmaq istəyən, bunları bəzən bir-birinin ziddinə olaraq irəli aparmaq fikrində olanlar vardır. Bu gün də bizim əziz və dəyərli ölkəmizdə həmin təşkilatın qırıntı və tullantılarından qalan insanlar vardır. Siz bu üç cəhəti təmin etməlisiniz.
Burada qeyd etdiyim və dəfələrlə üzərində dayandığım tövsiyələrdən biri budur ki, konqresin yaratdığı təsiri izləyin. Çünki təsir bağışlamaq istəyirsinizsə, çox yaxşı, onda bu məsələnin ardınca olun və görün ki, məsələn, bir ilin başında bu qədər zəhmət və fəaliyyət göstərdiyiniz konqresinizin ictimai fikir və gənclərin üzərində nə kimi təsirləri oldu. Gənclərinizin nə qədərinin öz dinlərində, məscidə getmələrində, fikri mücadilələrində, düşünməklərində, kitab mütaliələrində düzgün baxışa sahib olmaq və hərəkət etmələri cəhətindən inkişaf baş verib. Bu məsələnin ardınca olun, yolunu tapın və bunu edə bilərsiniz, təbii ki, asan məsələ də deyil. Bu məsələlər ardınca olmaq casusluq etmə və eybi aşkara çıxarma mənasında sayılmamalı və o cür yollara əl atılmamalıdır. Burada düzgün baxış və doğru müəyyən etmə hakim olmalıdır.
Xidmət etməyə maraq bu konqresin buraxdığı izlərdəndəndir. Baxıb görməlisiniz ki, cavanda müxtəlif növ xidmətlərə, düşüncə yönümlü xidmətə, cihadi şəkildə xidmətə, xidmət sahələrində hazır olmağa (məsələn, cihadi formada işgüzar gəzintilər, quruculuq işləri üzrə bəsicilik, döyüş baş vermiş mərkəzlərə gedib əziz generallarımızın, Müqəddəs Müdafiə illərinin bəsicilərinin çəkdiyi zəhmətlərin, gördüyü fəaliyyətlərin əsərlərini görən karvanlardan söhbət gedir) nə qədər rəğbət yaradıb. Görün onlarda bu kimi məsələlərə olan meyil nə qədər inkişaf edib. Əgər görsəniz, inkişaf əldə olunmayıb, öz işinizə qayıdıb nəzər salın, görün problem haradadır. Nə üçün (bu konqres) təsir edə bilmədi? Əgər gördünüz ki, inkişaf əldə olunub, gürün bu inkişafa səbəb olan amil nədir və onu gücləndirin. Yəni o cavanı qabağa aparan və onu hərəkətə gətirən amilin nə olmasından söhbət gedir.
Gənclərimizin bu gün ölkənin iftixar dolu keçmişini tanımağa ehtiyacı vardır, məxsusən də inqilaba məxsus bu bir neçə onillik keçmişə. Bizim bunları nəql etməkdə zəiflik varımızdır. Məsələn, görəsən, gənclərimizin Amerikanın casusluq yuvasının ələ keçirilməsi hadisəsi haqqında doğru-düzgün məlumatları vardır? Əgər bir nəfərin zehninə gəlsə ki, axı, nə üçün biz səkkiz il müharibə etdik və bu qədər cavan əlimizdən çıxdı, bunun cavabını bilirlərmi? Bilirlər ki, bunun baş verməsinə nə səbəb oldu? Bunlar nəql olunmalıdır, özü də, düzgün şəkildə. Əlbəttə, mən bilirəm ki, xoşbəxtlikdən, yaxşı işlər yerinə yetirilir. Bəzi kitabları, yazılanları və bəzi işləri fürsət qədərincə müşahidə edirəm. Bəs, bu da bu məsələlər haqda idi.
Biz bu gün regionda bir əsaslı və mühüm məsələyə giriftar olmuşuq, yəni həmin Qərbi Asiya və Livan məsələlərinə. Qəzza məsələləri, Qərb Sahili məsələləri tarix yaradan məsələlərdir. Bu hadisələrdən hər biri müəyyən istiqamətə doğru tarixi bir cərəyan və hərəkətin qaynağı ola bilər. Əgər şəhid Sinvar kimi son nəfəsinə qədər vuruşanlar tapılmasaydılar, Qərbi Asiyanın taleyi bir cür olardı, indi ki tapıldılar, tamamilə fərqli olacaq. Əgər şəhid Seyid Həsən Nəsrullah kimi cihadı, ağlı, şücaəti və fədakarlığı bir araya gətirib ortaya qoyan böyük şəxsiyyətlər tapılmasaydı, hərəkət bir cür olardı, indi ki belə şəxsiyyətlər ortaya çıxdılar, başqa cürdür. Bunlar çox mühümdür.
Bu günə qədər baş verən hadisələrdə, nəinki təkcə sionist rejim üçün, hətta Qərb sivilizasiyası, Qərb mədəniyyəti və onların ididaları üçün böyük bir məğlubiyyət qabağa gəldi. Bunlar böyük bir məğlubiyyətə məruz qaldılar. Sionist rejim məğlub oldu, çünki müqavimətçi və mübariz qrupları bu asanlıqla məhv edib, aradan apara biləcəyini düşünürdü. Bu gün özünüz görürsünüz ki, əlli mindən artıq müdafiəsiz və dinc əhalini, müqavimətin bir neçə yüksək səviyyəli başçılarını şəhid etdilər, amma müqavimət cəbhəsində heç bir mənfi təsir yaranmadı və müqavimət həminki qüdrəti ilə, həminki əzmi ilə mübarizəsini davam etdirir. Bu, məğlubiyyət deyil? Bu, təbii ki, ən böyük məğlubiyyətdir. Bu qədər xərc etdilər, bu qədər səy göstərdilər, Amerika var gücü ilə onların köməyinə gəldi, avropalıların bir çoxu da elə bu cür, bu qədər cinayət törətdilər, simaları dünyada bu qədər qara, çirkin və mənfur görsəndi, hətta Amerikanın küçə və prospektlərində, universitetlərində bunlara qarşı etiraz yürüşü keçirdilər, amma bununla yanaşı, müqavimət hələ də vardır, HƏMAS var, cihad var, Hizbullah var, Qərb Sahili məntəqəsinin əhalisi, cavanları vardır, qalan başqa yerlərdə mübarizə etməkdə olan mübarizlər vardır. Bu, böyük bir məğlubiyyətdir, özü də ən böyük məğlubiyyət.
Lakin təkcə bununla da tamamlanmır, çünki bundan daha böyük məğlubiyyət "Qərb mədəniyyəti" nin məğlubiyyətidir. Qərblilər insan hüquqlarından dəm vurduqları bu bir neçə il və əsrdə daim yalan danışdıqlarını göstərdilər. (Bu döyüş) bunu göstərdi, sübut etdi. Yəni on min uşaq öldürdülər, məgər bu zarafat məsələdir? Uşaq məsumluq və incəliyin təzahürüdür, insan atifəsini oyadan əsaslı bir faktordur. Bu məsum varlıqların on min nəfərini İsrail iki tonluq bomba və növbənöv silahlarla məhv etdi, amma qərblilər üzlərini belə turşutmadılar. Qərbin siyasətçiləri rüsvay oldular, Qərb siyasətinin abrı getdi, məğlubiyyətə uğradılar. Bu, böyük məğlubiyyətdir. Daha kimsə Qərb sivilizasiyasından söz açmasın! Qərb sivilizasiyası budur. Öz xalqından pulu müxtəlif yollarla toplayıb, balaca və məsum uşaqların qətlə yetirilməsi, ailələrin məhv olunması və bir neçə min uşağın yetim qalması üçün göndərməsinin Qərb üçün heç bir əhəmiyyəti yoxdur. Qərb sivilizasiyası budur. İndi kimsə Qərb mədəniyyətinə qarşı etiraz etdisə, deməli, onun etibarsızlığını bildirmişdir, daha kimsə onu məzəmmət etməsin ki, sən bu cür danışma, xeyr, Qərb mədəniyyəti budur, Qərb sivilizasiyası budur, məhsul budur. Bu, Qərb üçün yaranmış ən böyük məğlubiyyətdir. Sionist rejimin arxasında bir şər cəbhəsi dayanıb, onu dəstəkləmək üçün arxasında cəbhə yaradıb və belə olduqda müqavimət cəbhəsi həmin şər cəbhəsi müqabilində dayanacaqdır. Allahın izni ilə, qələbə müqavimət cəbhəsinə məxsusdur.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.