Bu şəhidlər konqresini təşkil edənlərlə görüşdə Ayətullah Xamenei şəhid Sinvar kimilər fəaliyyəti barədə qeyd etdi:
"Əgər şəhid Sinvar kimi son nəfəsinə qədər vuruşanlar tapılmasaydılar, Qərbi Asiyanın taleyi bir cür olardı, indi ki tapıldılar, tamamilə fərqli olacaq".

O Həzrət Seyid Həsən Nəsrullah kimi şəxsiyyətlərin varlığının hansı əhəmiyyətə malik olmasını vurğuladı:
"Əgər şəhid Seyid Həsən Nəsrullah kimi cihadı, ağlı, şücaəti və fədakarlığı bir araya gətirib ortaya qoyan böyük şəxsiyyətlər tapılmasaydı, hərəkət bir cür olardı, indi ki belə şəxsiyyətlər ortaya çıxdılar, başqa cür olacaq".

İnqilab Rəhbəri Qərbin yalançı insan hüquqları iddiası haqda belə buyurdu:
"Qərblilər insan hüquqlarından dəm vurduqları bu bir neçə əsrdə daim yalan danışdıqlarını göstərdilər. Onlar bunu sübut etdilər. Sionist rejim tərəfindən on min uşaq öldürüldü, lakin Qərblilər veclərinə belə almadılar".

Ayətullah Xamenei bu hadisələrdə Qərb siyasətçilərinin rüsvay olduqlarını qeyd etdi:
"Uşaq məsumluq və incəliyin təzahürüdür. Bu məsum varlıqların on min nəfərini İsrail iki tonluq bomba və növbənöv silahlarla məhv etdi, amma qərblilər üzlərini belə turşutmadılar. Qərbin siyasətçiləri rüsvay oldular və məğlubiyyətə uğradılar".

Daha sonra o Həzrət Qərb sivilizasiyasının həqiqəti barədə belə qeyd etdi:
"Öz xalqından pulu müxtəlif yollarla toplayıb, balaca və məsum uşaqların qətlə yetirilməsi, ailələrin məhv olunması və bir neçə min uşağın yetim qalması üçün göndərməsinin Qərb üçün heç bir əhəmiyyəti yoxdur. (Baxın) Qərb sivilizasiyası budur".

İnqilab Rəhbəri müqavimət cəbhəsinin şər cəbhəsi müqabilində möhkəm dayandığını bildirdi:
"Sionist rejimin arxasında bir şər cəbhəsi dayanıb və belə olduqda müqavimət cəbhəsi həmin şər cəbhəsi müqabilində dayanacaqdır. Allahın izni ilə, qələbə müqavimət cəbhəsinə məxsusdur".

Ayətullah Xamenei sionistlərin ən böyük məğlubiyyətə uğradıqlarını vurğuladı:
"Sionist rejim məğlub oldu, çünki müqavimət qruplarını məhv edə biləcəyini düşünürdü. Müqavimətin bir neçə yüksək səviyyəli başçılarını şəhid etdilər, amma müqavimət cəbhəsi həminki qüdrəti ilə mübarizəsini davam etdirir. Bu, ən böyük məğlubiyyətdir".