Peyğəmbərin ictimai şəxsiyyətində yüzlərcə dərs var.
Bu dərslərdən biri... bu mübarək ayənin məzmunudur ki, buyurdu:
“Həqiqətən, sizə özünüzdən bir Peyğəmbər gəldi və sizin əziyyət çəkməyiniz ona ağır gəlir. O, sizə qarşı çox qayğıkeşdir, möminlərə qarşı isə mehriban və rəhimlidir”. (9:128)
Mən “Sizin əziyyət çəkməyiniz ona ağır gəlir…” məsələsini vurğulayıram.
Buyurur: Sizin əziyyət çəkməyiniz onun üçün dözülməzdir, onun üçün çətindir.
Sizin əziyyət çəkməyinizdən Peyğəmbər də əziyyət çəkir.
Şübhəsiz ki, bu, yalnız Peyğəmbərin yaşadığı dövrdəki müsəlmanlarına aid deyil, tarix boyu bütün möminlərə xitabdır, yəni bu gün əgər siz Fələstində əziyyət çəkirsinizsə, bilin ki, bu əziyyət Peyğəmbərin pak ruhunu da əziyyət və zəhmətə salır.
Bizim Peyğəmbərimiz bu cürdür.
14.10.2022