Bu görüşdə Ayətullah Xamenei Amerika prezidentinin sözünə belə cavab verdi:
"Amerika prezidenti fəxr edir ki, İranın nüvə sənayesini bombaladıq və məhv etdik.
Çox yaxşı, elə bu xəyalda da ol!"
O Həzrət idmançıların müxtəlif sahələrdə xalqı sevindirməyinə toxundu və buyurdu:
"İranın medal qazananları, istər idman meydanında, istərsə də elmi sahələrdə xalqı sevindirdilər. Bu, böyük bir dəyərdir".
İnqilab Rəhbəri düşmənin işinin ümidsizlik yaratmaq olduğunu bildirdi:
"Bizim başımız yumşaq müharibəyə qarışıb. Yumşaq müharibədə düşmənin məqsədi xalqı ruhdan salmaq və öz gücündən ümidsiz etməkdir. Siz, idman meydanında və elmi sahələrdə medal qazanaraq düşmənin hərəkətinə qarşı hərəkət edə bildiniz".
Ayətullah Xamenei öz təhlilini belə açıqladı:
"ABŞ prezidenti işğal olunmuş Fələstində puç söz və yersiz hərəkətlərlə məyus sionistləri ümidləndirməyə, onlara ruh yüksəkliyi verməyə çalışdı. Mənim Amerika prezidentinin işğal olunmuş Fələstinə səfəri ilə bağlı təhlilim budur".
O Həzrət daha sonra Amerika prezidentinin işğal olunmuş Fələstin torpaqlarına nə üçün getdiyini vurğuladı:
"Sionistlər 12 günlük müharibədə elə bir zərbə aldılar ki, inanmırdılar, gözləmirdilər və beləliklə, məyus oldular. Amerika prezidenti işğal olunmuş Fələstinə onları məyusluqdan çıxartmaq üçün getmişdi".
İnqilab Rəhbəri sionistlərin İranın belə zərbə vuracağını gözləmədiyini qeyd etdi:
"Sionistlər gözləmirdilər ki, gənc iranlıların hazırladığı raket öz alovu, öz atəşi ilə onların bəzi həssas tədqiqat mərkəzlərinin dərinliklərini küllə çevirə bilsin və bu baş verdi".
Ayətullah Xamenei raketləri iranlı gənclərin düzəltdiyini buyurdu:
"İran raketləri sionist rejimin bəzi mühüm mərkəzlərinin dərinliklərinə nüfuz edə bildi və onları məhv etdi. Bu raketi iranlı gənclər hazırlayıb. Bunu biz heç yerdən almamışıq".
İnqilab Rəhbəri lazım olduğu təqdirdə yenə də raketlərdən istifadə olunacağını bildirdi:
"İran raketləri sionist rejimin bəzi mühüm mərkəzlərinin dərinliklərini məhv etdi.
Bu raketlərdən silahlı qüvvələr istifadə etdi, lazım olsa başqa vaxt da onlardan istifadə edəcək".
"Amerika Qəzza müharibəsindəki cinayətlərdə, şübhəsiz, əsas tərəfdaşdır", - deyə o Həzrət vurğuladı.