Müzakirəyə dəvət və müzakirədən bəhs etmək ictimai rəyi aldatmaq üçündür.
Amerika Prezidenti ki deyir biz İranla müzakirə etməyə hazırıq, mənim fikrimcə, bu, dünyanın ictimai rəyini aldatmaqdır.
Bunun mənası budur ki, biz müzakirə tərəfdarıyıq, müzakirə və sülh etmək istəyirik, dava-dalaş olmasın, amma İran müzakirə etmək istəmir.
Yaxşı, İran niyə müzakirə etmək istəmir?
Biz oturub bir neçə il müzakirə apardıq, bu şəxs tam şəkildə yekunlaşmış və imzalanmış müzakirəni danışıq masasından kənarlaşdırıb cırdı.
Bu adamla necə müzakirə aparmaq olar?
Müzakirədə insan əmin olmalıdır ki, qarşı tərəf öhdəliklərinə əməl edəcək.
Biləndə ki, əməl etməyəcək, hansı müzakirədən söz gedir?