Ramazan ayının ilk günü münasibətilə Quranla ünsiyyət məclisi ölkənin seçilmiş və tanınmış qari və hafizləri, eləcə də Quran müəllimlərinin iştirakı ilə bazar günü günorta saatlarından sonra 02.03.2025-ci il tarixdə İslam İnqilabı Rəhbərinin iştirakı ilə İmam Xomeyni hüseyniyyəsində keçirildi.
Bu görüşdə Ayətullah Xamenei möminləri Ramazan ayının gəlişi münasibətilə təbrik etdi və buyurdu:
"Mübarək Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm. Həqiqətən, bu ay möminlər və qədirbilənlər üçün böyük bir bayramdır".
O Həzrət problemləri Quranla aradan qaldırmağın mümkünlüyündən danışdı:
"Şəxsi və ictimai həyatımızda, əxlaqımızda və qarşılıqlı münasibətlərimizdə problemlərlə qarşılaşırıq. Bu problemlər Quran sayəsində aradan qaldırıla bilər. Quran bizi doğru yola yönəldə və bizim əlimizdən tuta bilər".
İnqilab Rəhbəri Quranın düşmənlə necə rəftar etməyi barədə göstərişləri olduğunu qeyd etdi:
"Bu gün İran milləti kafir və ya münafiq güc sahiblərinin geniş cəbhəsi ilə üz-üzədir. Onlarla necə rəftar etməliyik? Quranda onlarla necə rəftar etməklə bağlı göstərişlər var".
Daha sonra o Həzrət İslamda ədalətin hansı yerdə olduğuna işarə etdi:
"İslam baxımından tövhid, maarif və Allahla ünsiyyət qurmaqdan sonra İslam cəmiyyətinin təşkil olunmasında ən mühüm məsələ ədalətdir".
İnqilab Rəhbəri bəşərin hansı ruhi xəstəliklərə düçar olduğunu vurğuladı:
"Bu gün bütün bəşəriyyət əxlaqi xəstəliklərə düçar olub. Bəşər həsəd, xəsislik, bədgümanlıq, tənbəllik, xudbinlik və şəxsi mənafeyi cəmiyyətin mənafeyindən üstün tutmağa düçar olub. Bunun həll yolu Quranda mövcuddur".