Müstəzəflərin Bəsicinin (zor gücünə zəiflədilmiş məzlum insanların birliyi) yaradılmasının ildönümü münasibətilə ölkənin müxtəlif bölgələrindən minlərlə bəsicinin iştirakı ilə İmam Xomeyni hüseyniyyəsində Bəsic Günü mərasimi keçirildi.

SEPAH-ın baş komandanının da iştirak etdiyi bu mərasimdə Bəsic Təşkilatının rəisi general-mayor Süleymani Bəsicin əsas fəaliyyətini ölkə üçün müxtəlif sahələrdə, o cümlədən müdafiə və təhlükəsizlik, mədəni və ictimai, elm və texnologiya, media və virtual məkan, sosial yardım, eləcə də ölkənin tərəqqisi və abadlığı sahələrində güc formalaşdırmaq kimi dəyərləndirdi və dedi:

"Bəsic mədəniyyəti müqavimət mədəniyyətidir və bəsicilər güclü İranın həyata keçməsi üçün fədakarlıq tələb edən hər bir meydanda rol oynamağa hazırdırlar."

Mərasimdə 12 günlük müharibə ilə bağlı bir neçə fəal bəsicinin xatirə çıxışları, həmçinin xor ifası, qəhrəmanlıq dastanını səhnələşdirmək və qəhrəmanlıq tərənnümü də proqramın digər hissələri idi.