Bu gün 03.12.2025-ci il tarixdə çərşənbə gününün səhəri minlərlə iranlı qadın və qız İmam Xomeyni hüseyniyyəsində Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei qadının bəşərin formalaşmasındakı payına toxundu:
""Həqiqətən də, sizi bir kişi və bir qadından yaratdıq" ayəsinə əsasən, minillərlə davam edən bəşər nəslinin yaranışında bu böyük quruluşun əsasını bir kişi və bir qadın təşkil edir, yəni Quranın ifadəsinə görə, qadın bəşər həyatının formalaşmasının yarısını öz payına götürür".
İnqilab Rəhbəri kişi və qadının eyni hüquqları olduğunu bildirdi:
"Allah insanları bir hədəf üçün yaratmışdır. Bu məsələdə kişi ilə qadın İslam məntiqində tamamilə eynidirlər, heç bir fərq yoxdur. “Kim yaxşı əməl etsə, istər kişi olsun, istərsə də qadın və mömin olsa...” ayəsində buyurulduğu kimi, saleh əməl və iman həm kişidə, həm də qadında eyni təsirə malikdir".
O Həzrət qadının bütün sahələrdə fəaliyyət göstərə biləcəyini vurğuladı:
"Sosial fəaliyyətlərdə, ticarət və əmək sahəsində, siyasi fəaliyyətdə, hökumət vəzifələrinin çoxunda, həyatın bütün meydanlarında qadın İslam baxımından fəal ola bilər".
Ayətullah Xamenei cinsi meylləri cilovlamağın lazım olduğunu bildirdi:
"İslamda kişi ilə qadın arasında bərabərliklər var, lakin müəyyən məhdudiyyətlər də mövcuddur. Bunun səbəbi odur ki, cinsi meyllər çox güclü bir cazibəyə malikdir və onu cilovlamaq lazımdır".
Daha sonra o Həzrət İslam hökmlərinə əməl olunmamağın zərərlərindən danışdı:
"Əgər İslam hökmlərinə əməl olunmasa, bu meyllərin cilovlanmamağı elə həmin işi görəcək ki, bu gün Qərbdə baş verir; ABŞ-da, Avropada və əsasən Qərb ölkələrində yayılan fəsad qrupları və şəbəkələri haqqında eşitdiyiniz hallar kimi".
O Həzrət qadınla kişinin ən mühüm işinə toxundu və buyurdu:
"Qadınla kişinin gördüyü ən mühüm işlərdən biri ailə qurmaqdır. Təəssüf ki, kapitalist və Qərb mədəniyyətinin yanlış anlayışında ailə anlayışı unudulmuşdur".
Daha sonra İnqilab Rəhbəri ailədə qadının ilk haqqına toxundu:
"Qadın üçün nəzərə alınmalı olan ilk haqq ictimai və ailə davranışında ədalət məsələsidir. Məsələn, cəmiyyətdə və evdə ədalət təmin olunmalıdır. Bunu hər kəs təmin etməyə borcludur. Dövlətlər və hökumətlər də bunu təmin etməyə məsuldur".
Ayətullah Xamenei kapitalist məntiqin qadına baxışına belə izah verdi:
"Qadının təhlükəsizliyinin, hörmət və kəramətinin qorunması onun hüquqlarına daxildir. Qadının kəraməti qorunmalıdır. Bu xəbis kapitalist məntiq qadının kəramətini aradan aparır və onu ayaqlar altına atır".
O Həzrət qadının evdə qulluqçu deyil, gül olduğunu xatırlatdı:
"İslamda qadının kəraməti və qadına hörmət əsas ünsürlərdən biridir. Rəvayətdə Peyğəmbər buyurmuşdur: “Qadın bir güldür.” Qadın evdə bir güldür, “Xadimə və ya evin qulluqçusu deyil.”
İnqilab Rəhbəri qadının evdə müdir olduğunu bildirdi:
"Qadın evin müdiridir, xidmətçisi deyil. “Niyə bunu etmədin, niyə onu etmədin? Niyə ev təmiz deyil?” — belə demək olmaz. Qadın bir güldür. Gülü qorumaq, ona qayğı göstərmək lazımdır; o da öz rəngi, ətri və xüsusiyyətləri ilə sizi bəhrələndirəcək".
Daha sonra Ayətullah Xamenei Quranda möminlər üçün qadın nümunələrini zikr etdi:
"Quran yalnız qadınlar üçün deyil, bütün möminlər üçün müəyyən bir meyar qoyur. Bu meyar kimdir? Biri Fironun xanımı, digəri isə İmranın qızı Məryəmdir. Yəni hər kəs getdiyi yolun doğru olub-olmadığını görmək üçün bu iki qadına baxmalıdır".
O Həzrət Qərbdə işçi qadınla kişinin fərqi olduğunu söylədi:
"Bu gün bir çox Qərb ölkələrində qadınların eyni iş üçün aldığı maaş kişilərdən aşağıdır. Bu, məhz ədalətsizlikdir".
İnqilab Rəhbəri kişinin evdəki xanımına "Səni sevirəm deməlidir"- olduğunu bildirdi:
"Evdəki qadınının evdə sahib olduğu ən mühüm və birinci haqq məhəbbətdir. Rəvayətdə gəlib ki, kişilər öz qadınlarına “Mən səni sevirəm” deməlidirlər".
Ayətullah Xamenei Qərbin qadına baxışı barədə belə buyurdu:
"İslamın qadına baxışı kapitalist Qərb baxışının tam əksidir. İslamda qadın müstəqildir, hərəkət və irəliləyiş qabiliyyətinə malikdir, kimliyə sahibdir, amma orada belə deyil. Qadının şərəfi və hörməti qorunmur, ona yalnız maddi vasitə kimi baxırlar".
İnqilab Rəhbəri qadının Qərbdə əyləncə vasitəsi olduğunu bildirdi:
"Qərb kapitalist mədəniyyətində qadına baxış onu sadəcə əyləncə vasitəsi kimi görməkdir. ABŞ-da son vaxtlar qalmaqala səbəb olan cinayətkar bandalar da bunun göstəricisidir".
İnqilab Rəhbəri ailə barədə Qərbin böyük günahındn söz açdı və buyurdu:
"Qərb kapitalist sivilizasiyası və mədəniyyətinin ən böyük günahlarından biri ailə quruluşunu dağıtmaqdır. Yəni Qərbdə ailə ayrılmaz, bütöv və bir-birinə bağlı bir qurum kimi mövcud deyil".
Ayətullah Xamenei sözlərinin ardında azadlıq adı ilə baş verən ailə faciəsi barəsində belə qeyd etdi:
"Atasını tanımayan uşaqlar, ailə bağlarının zəifləməsi, ailə quruluşunun dağılması, gənc qızları ovlayan şəbəkələr, “Azadlıq” adı altında günbəgün yayılan cinsi özbaşınalıq və bütün bu pozuntular Qərbdə ailənin vəziyyətidir və buna da azadlıq adı verirlər".
O Həzrət Qərbin yeritmək istədiyi azadlığın mahiyyəti barədə belə vurğuladı:
"Qərb sərmayədarlıq məntiqinin və mədəniyyətinin ən böyük günahlarından biri budur ki, hiyləgər şəkildə pozğunluğa və özbaşınalığa azadlıq adı verirlər. Həmin mədəniyyəti başqa yerlərə yaymaq istəyəndə də deyirlər ki, “Azad edirik!”. Halbuki həqiqətdə əsarətə salırlar".
Daha sonra Ayətullah Xamenei hicabın inkişafdan saxlamadığını bildirdi:
"Qərblilərin israrı bundadır ki, Qərb mədəniyyəti qadınlar barədə digər ölkələrə ixrac edilsin. Hətta belə də əsaslandırırlar ki, guya qadın hicablı olsa və bu məhdudiyyətləri özü üçün müəyyən etsə, inkişafdan geri qalacaq! İslam Respublikası isə bu yanlış məntiqi batil etdi".