13/05/2024
Builki Həcc ziyarətində (düşmənlərdən) bezarlıq etmək həmişəkindən daha aydın görünür. İstər iranlı, istərsə də dünyanın hər tərəfindən olan qeyri-iranlı mömin zəvvarlar bu Quran məntiqini bütün İslam dünyasına çatdırmağı bacarmalıdırlar. Bu, vəzifədir.
24/04/2024
Bəzi günahlar vardır ki, insan onların günah olmasına diqqət etmir. Danışdığımız sözlər və sosial şəbəkələrdə verdiyimiz nəzərlərin bir çoxuna görə (Allah dərgahında) cavab verməliyik. Xülasə, ehtiyatlı olmaq lazımdır. Quran buyurur: "Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır". Rəftarlamızda olan səhvlərin tapılmasına diqqət etmək lazımdır. Əgər bunlar bilinsə, islah olunması, onlara görə tövbə və istiğfar etmək də mümkün olacaqdır. Əgər bu səhvlər tapılmasa, insan daha tövbə də etməyəcək, üst-üstə yığışıb qalacaq və qəlbi nurani olmaqdan saxlayacaqdır. Belə olması isə heyifdir.
17/04/2024
Sizlər gəncsiniz; orucun, Quran tilavətinin, gecə vaxtı, sübh namazında qabaq və gündüzlər oxunan duaların sizlərdə yaratdığı təsir mənim kimilərlə müqayisədə neçə qat artıqdır. Sizlər mütləq şəkildə bu il Ramazan boyu nuranilik əldə etmisiniz. Bu nuraniyyəti qorumağa çalışın. Bunun yolu da günahdan uzaq qalmaqdadır.
09/04/2024
Səhifeyi-Səccadiyyənin 20-ci duası olan mübarək Məkarimul-Əxlaq duasını çox oxuyun ki, İmam Səccadın (ə) bu duada Allah-təaladan nə istədiyini görəsiniz. İmamların (ə) kəlamları, Səhifeyi-Səccadiyyənin duaları və əxlaqi xəstəliklərimizə şəfa verə biləcək, ruhumuzun yaralarını müalicə edəcək bu şəfaverici dərmanlarla özümüzü tanış edək.​
04/04/2024
Bəzən insan öz həvayi-nəfsinə qalib gələ bilməyəcəyini özünə təlqin edir. Ramazan ayının orucu (insanın) iradə etdiyi an qalib gələ biləcəyini sübut edir. Bizlərdə olan və maddi-mənəvi cəhətdən geriləməyimizə səbəb olacaq xoşagəlməz adətlərdən iradə və təvəkkül etməklə qurtulmaq mümkündür.​
03/04/2024
Ramazan ayı dua ayıdır. Duaları unutmayın. Ramazan ayı haqda hədislərdə gələn dualar qənimət bilməyiniz gərəkən nemət və fürsətlərdən biridir. Əbu Həmzə Sumali, İftitah, Cövşən-Kəbir duası və Ramazan ayının gündüzlər, gecələr, sübh namazından əvvəl və bu ayın başqa məxsus saatlarında oxunan və hədislərdə gələn dualar, həqiqətən də, böyük İlahi nemətlərdəndir.​
01/04/2024
Müqəddəs Qədr gecəsinə daxil olmağa hazırlıq üçün Ramazan ayında qəlblərinizi İlahi zikrlə bacardığınız qədər nurlandırın. Çünki "Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işin (təqdiri üçün) yerə enərlər". O gecə mələklərin yeri səmaya bağladığı, qəlblərə nur yağdırdığı, yaşayış mühitini Allahın fəzl və lütf nuru ilə nurani etdiyi bir gecədir.​
01/04/2024
Ramazan ayının zirvəsi Qədr gecəsi günləri və mübarək Qədr gecələridir. Biz bu zirvəyə (Qədr gecəsinə) gəlib çatmışıq; biz aləmlərin Rəbbinə misilsiz təvəssül, yalvarış, dua və ondan (acizanə) tələb etmək fürsətindən istifadə etməliyik...Özünüz, bütün din qardaşlarınız, ölkəniz və cəmiyyətiniz üçün dua edin, Allahdan istəyin və o duaların icabətə yetişməsindən əmin olun.​
30/03/2024
Qədr gecəsində ən gözəl əməl duadır. Ehya saxlamaq (oyaq qalmaq) da dua, təvəssül və zikr üçündür. Dua, yəni Allah-təala ilə danışmaq. Dua, əslində, Allahı özünə yaxın hiss etmək və ürək sözünü onunla bölüşməkdir. Dua bir istək, tərif, həmd və məhəbbəti izhar etməkdir. Bütün bunların hamısı duadır.
23/03/2024
Bizim vəzifələrimizdən biri Quranı tilavət etməkdir. İslam dünyasında elə bir kəs olmamalıdır ki, Quran tilavət etmədən bir gün keçirmiş olsun. Bacardığımız qədər Quran oxuyaq. "Bacardığınız qədər onu qiraət edin". Əgər siz gündə bir səhifə oxuya bilmirsinizsə, (heç olmasa) yarım səhifə də olsa, oxuyun, (əsas odur ki) oxuyasınız.​
20/03/2024
Biz bu gecələrin, bu günlərin və bu duaların qədrini bilməliyik. Əgər (düzgün) dəyərləndirə bilsək, bu dualara, onların məzmununa diqqət yönəltməyin çox dəyəri vardır. Bunlar bizim daxilimizdə olan dərdlərin əlacıdır ki, bədbəxtlikdən, bəşər bütün dövrlərdə bunlara mübtəla olmuşdur.​
19/03/2024
Quran qiraətinin özü dəyərlidir. Allah-təalanın yaratdığı ən əzəmətli və vücudu müqəddəs olan varlığa, yəni Peyğəmbərə (s) göstəriş verir ki, qiraət et! (Quran da bu barədə buyurur:) "Bacardığınız qədər onu qiraət edin".​
18/03/2024
Quran tilavətini Quran tərcüməsi və təfsirinə doğru yönəldin ki, bu iş (Quranda) dərin təfəkkür etməyə səbəb olsun. Birinci iş Quranın tərcüməsidir. Həqiqətən, belə olmalıdır ki, ölkədə müxtəlif gənclər və yeniyetmələr cəmi arasında Quran ayəsi oxunarkən ayənin məzmununu hər kəs anlasın, ayələri əzbər bilib, bu ayələrdən yararlansınlar. Bu, ölkə və cəmiyyətin dini mərifətinin inkişaf səviyyəsinə kömək edir.
17/03/2024
Həm mübarək “Səhifeyi-Səccadiyə” kitabında olan, həm də Ramazan ayı üçün olan başqa dualarda bu ayın sifətləri qeyd edilib. Bu sifət və xüsusiyyətlərin hər biri üzərində dərindən düşünməyə dəyər.​
16/03/2024
İslam əsasında yaranan bir hökumətin əsas işi "Zülm etməyin" və "Zülmə baş əyməyin" məsələsidir.
13/03/2024
12.03.2024-cü il tarixdə mübarək Ramazan ayının ilk günü günorta saatlarında İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneinin hüzurunda “Quranla ünsiyyət məclisi” keçirilib.​
13/03/2024
12.03.2024-cü il tarixdə mübarək Ramazan ayının ilk günü günorta saatlarında İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneinin hüzurunda “Quranla ünsiyyət məclisi” keçirilib.
12/03/2024
(Qəzzalıların) Qəzzada səbrin zirvəsini dünyaya göstərə bilməsi o xalqın Quranla ünsiyyətindən irəli gəlir.​
05/03/2024
Quran hidayət kitabıdır və bizim hamımızın da hidayətə ehtiyacımız vardır. Quran xəbərdarlıq kitabıdır. Yəni istər bu dünyada, istərsə də axirətdə bəşəri təhdid edən xətərlərə nisbət xəbərdarlıq.
05/03/2024
Savadlı, agah, mərifət sahibi olan qadınlar bütün bu sahələrdə irəliləməlidirlər. Qadının nümunə olduğunu göstərsinlər və desinlər ki, müsəlman qadın öz dinini, hicabını, qadınlığını, incəliyini, şəfqətini və zərifliyini qoruyub saxlayan qadındır. O həm öz hüququnu müdafiə edir, həm mənəviyyat, elm, araşdırma və Allaha yaxınlaşma sahəsində öndə gedir və görkəmli şəxsiyyətləri göstərir, həm də siyasi sahədə mövcuddur. Bu, qadınlar üçün bir nümunəyə çevrilir.
04/03/2024
İslam dünyasında çoxlarının Quranla ünsiyyəti yoxdur və bu, acı bir həqiqətdir. Müsəlman ölkə başçıları Qəzza (hadisəsi) zəminində Quranın təliminə əməl edirlərmi? Quran bizlərə buyurur: "Möminlər kafirləri möminlərin yerinə başçı götürməməlidirlər." Qəzza barəsində bu ayəyə əməl edilirmi?
04/03/2024
Nə üçün İslam ölkələri başçıları qatil və xəbis sionist rejimlə öz əlaqələrini, kömək və dəstəklərini kəsməyi aşkar şəkildə elan etmirlər? Quran buyurur: "Mənim və özünüzün düşmənlərinizi özünüzə dost tutmayın". Bu ayəyə əməl olunurmu? Quran buyurur: "Kafirlərə qarşı şiddətli olarlar". Bu kəskin reaksiya (zahirdə) göstərilirmi?
03/03/2024
Bu gün Qəzza və Fələstin daxilində müqavimət qüvvələri Qurana əməl edirlər. Müqavimət Qəzza daxilində düşmən müqabilində müqavimət göstərir. Quran bu haqda buyurur: "Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə, əlbəttə, tam qadirdir."
03/03/2024
Allah-təala müsəlman xalqların hər birini sionist rejimə dəstəyin dayandırılmasına görə öz hökumətlərinə təzyiq etməməkləri və müsəlman hökumətlərini də Quranın göstərişlərinə əməl etmədikləri üçün cəzalandıracaq. 
02/03/2024
Müqavimətin, Qəzzada mübarizələri aradan apara biləcəklərini güman edən düşməni məyus etməsi İslami qüdrətdən qaynaqlanırdı. Elə oldu ki, Amerika və Avropada gənclər Quranın sorağına getdilər. Səbəb Qurana etiqad bəsləyən xalqın müqavimət etməsinə səbəb olan amilin Quranda nə olduğunu bilmək idi.
01/03/2024
Quran bəşərin dərdlərinə dərman olan kitabdır; istər mənəvi, ruhi, fikri dərdlər olsun, istərsə də bəşər cəmiyyətlərinin dərdləri və müharibələr, zülmlər və ədalətsizliklərdən qaynaqlanan dərdlər. Quran bunların dərmanıdır.
23/02/2024
İran İslam Respublikasının 40-cı Beynəlxalq Qurani-Kərim müsabiqəsinin iştirakçıları 22 fevral 2024-cü ildə cümə axşamı səhəri İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
22/02/2024
İran İslam Respublikasının 40-cı Beynəlxalq Qurani-Kərim müsabiqəsinin iştirakçıları 22 fevral 2024-cü ildə cümə axşamı səhəri İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
13/02/2024
İslam ölkələri rəsmilərinin namünasib əməllərinə və bütün çətinliklərə rəğmən, Quranda buyurulduğu kimi, Allah-təala mömin insanlarladır və Allahın olduğu hər yerdə qələbə olacaqdır.​
24/12/2023
Siz gənclər Quranla ünsiyyət yaratdığınız hər dəfə sizdə olan cəhalət pərdələrindən biri aradan gedir. Qəlbinizdə nuraniyyət çeşmələrindən bir çeşmə açılmış olur və oradan axmağa başlayır.
03/10/2023
"Söz azadlığı" bəhanəsi və bu təkrar olunan yalan sözlərlə Qurana edilən təhqirə haqq qazandırlanlar öz abırlarını dünya xalqlarının gözü qarşısında aradan aparırlar. Görəsən, Quranın təhqir edilməsinə icazə verilən ölkələrdə sionist simvolları ilə müxalifətçiliyə icazə verirlərmi? ​
03/10/2023
Bu gün qərblilərin İslamla düşmənçiliyi hər zamankındən daha açıq-aşkar görünür. Buna misal Qurani-Kərimə olan təhqirdir. Axmaq və cahil olan biri bir iş görür və hər hansı bir Qərb dövləti onu himayə edir. Quranı zəiflədə biləcəklərini düşünürlər, amma səhv edirlər. Bu işləri ilə özlərini zay edirlər.
03/10/2023
Quran fasid qüdrətlər üçün təhdid hesab olunur. Çünki (Quran) həm zülmü məhkum edir və həm də zülmü qəbul etdiyinə görə zülmə boyun əyən insanı məzəmmət edir. Quran xalqı oyadandır. Quranla düşmənçilik edən şəxs insanların oyanışı ilə müxalifdir, zülmlə mübarizənin əleyhinədir.
30/09/2023
Dünya müsəlmanlarının ən böyük problemi Qurandan uzaq düşmələridir.
29/09/2023
Ehtiyatlı olmalıyıq ki, yolu yanlış getməyək, səhv etməyək və haqla batili səhv salmayaq. Quran bizlərə meyar verib. Quran buyurur ki, "Məhəmməd Allahın Rəsuludur. Onunla birlikdə olanlar". Bizim söhbətimiz bundan gedir ki, görəsən, biz Peyğəmbərləyik, ya yox? (Yol budur, axı). Bunun əlaməti vardır: "Onunla birlikdə olanlar kafirlərə qarşı sərtdir". Əgər siz görsəniz ki, getdiyiniz bu yol kafirləri şad edir, bilin ki, kafirlərə qarşı sərt deyilsiniz. Demək, Allah Rəsulu ilə deyilsiniz, Peyğəmbərlə birlikdə deyilsiniz. Amma əgər görsəniz ki, xeyr, bu getdiyiniz yol hegemonları, din və İslamın ziddinə olan zalım dövlətləri narahat edir, əsəbi edir, bəs, düz yoldur. Bu kafirlərə qarşı sərt olmaq deməkdir. Bu oldu meyar və ölçü. Gərək diqqətimizi cəmləyək, nə etdiyimizi və nə danışdığımızı bilək. Danışdığımız söz düşmənin planı istiqamətində olmamalı, düşmənin cədvəlinin pazıllarını tamamlamamalıdır. Bəzən mümkündür ki, bir nəfər qəflət edib bir hərəkət etsin və bir söz desin ki, düşmənin plan cədvəlini doldursun, bu, təhlükəlidir. Ehtiyatlı olmaq lazımdır ki, bu baş verməsin. Əgər biz ehtiyatlı olsaq, düşmən heç bir qələt edə bilməz, heç bir iş görə bilməz.
24/09/2023
Allah-təala Quranda təkrar-təkrar bağışlanma diləmək və Allaha doğru tövbə etməyə əmr edir. Tövbə, yəni qayıdış. Bu qayıdış həm iman mərhələsindədir, həm də əməl və rəftar. Bizim səhlənkarlıqlarımız olub və (indi də) vardır. Özümüzü islah etməliyik və bunun da birinci dərəcəli əhəmiyyəti vardır. Mübarək "Hud" surəsi belə başlayır: "Bağışlayan və mehriban Allahın adı ilə. Əlif, Lam, Ra. Ayələri möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən ətraflı şəkildə izah edilmiş bir kitabdır. (Mənim dəvətim bundan ibarətdir) ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən onun tərəfindən sizin üçün bir qorxudan və müjdə verənəm. Öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra ona tərəf qayıdasınız". Yəni Quranın risaləti birinci növbədə tövhid məsələsidir. Dərhal Allaha qayıdış və Allahdan məğfirət diləməkdən söhbət gedir. Bu bütün təbəqələrə–peyğəmbərlərdən tutmuş aşağı dərəcədə olanlara qədər hamıya aiddir. Lakin istiğfar etməyimizə səbəb olan günah bizdə bir cür, pak və seçilmiş insanlarda isə başqa cürdür.
20/09/2023
"وَعْدَ اللَّهِ لا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَ لكِنَّ أَكْثَرَ النَّاسِ لا يَعْلَمُونَ" "Allah bu vədi verib, Allah əsla öz vədinə xilaf çıxmaz, lakin camaatın əksəriyyəti (bunu) bilmir". (Rum surəsi, ayə 6)
17/08/2023
Quran məntiqinə əsasən, qaradərili insanın başqa insanlardan heç bir fərqi yoxdur. Beləliklə, irqi ayrı-seçkilik məntiqini biabırçı şəkildə yayıb və indi də yaymaqda olan qərblilər, məgər İslam hökuməti ilə mehriban ola bilərlərmi?
27/07/2023
Qurani-Məcidə hörmətsizlik edən şəxsə ən ağır cəzanın tətbiq olunması bütün İslam alimlərinin yekdil nəzəridir.İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İsveçdə müqəddəs Qurani-Məcidə olunan hörmətsizliyi acı, hiyləgərcəsinə və təhlükə yaradacaq bir hadisə adlandırdı və təkid olaraq buyurdu: "Bu cinayəti törədən şəxsə ən ağır cəzanın verilməsi bütün İslam alimlərinin yekdil nəzəridir. İsveç hökümətinin vəzifəsi Quranın yandırılmasına səbəb olan şəxsi İslam ölkələrinin ədliyyə orqanlarına təhvil verməkdir.
22/07/2023
Pərdə arxasındakı hiyləgərlər bilməlidirlər ki, Qurani-Kərimin hörməti günü-gündən artacaq və onun hidayət nurları daha da parlaq olacaqdır. Bu hiyləgərliyi edənlər və onun icraçıları getdikcə artmaqda olan Quranın parlaqlığının qarşısını ala bilməyəcək qədər cılızdırlar. Allah öz işinə qalibdir.