Şəhid olduğumuz zaman qələbə həyata keçir.
Allahla və daha aramızda olmayan şəhidlərlə görüşmək şövq və həsrətindən bu dünya mənə daralıb."
Tehran cümə namazındakı çıxışdan:
"Əzizlərim, vəfalı Livan xalqı, Hizbullah və Əməlin coşqulu gəncləri!
Hamımız əziz seyidin şəhadətə yetişməsinə görə müsibətə düçar olmuşuq və yas içindəyik.
Əlbəttə, yasımız ruh düşkünlüyü, pərişanlıq, ümidsizlik mənasında deyil, Seyyidüş-Şühəda Hüseyn ibn Əlinin yasına bənzər bir yasdır.
Hizbullah, həqiqətən, "Pak ağac"dır. Hizbullah və onun qəhrəman və şəhid rəhbəri Livanın tarixi və kimlik fəzilətlərinin xülasəsidir.
Hizbullah və şəhid seyid Qəzzanı müdafiə etmək və Məscidül-Əqsanın müdafiəsi uğrunda cihad apararaq bütün bölgəyə və bütün İslam aləminə həyati bir xidmət yolunda addım atdılar.
Allahın salamı şəhid rəhbər Nəsrullahın üzərinə olsun...