Müqəddəs Müdafiə Həftəsinin 5-ci günündə müharibə qabaqcılları, cihad və Müqəddəs Müdafiə illərinin veteran və fəallarından ibarət bir dəstə çərşənbə günü 25.09.2024-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
İslam ölkələri rəsmilərinin namünasib əməllərinə və bütün çətinliklərə rəğmən, Quranda buyurulduğu kimi, Allah-təala mömin insanlarladır və Allahın olduğu hər yerdə qələbə olacaqdır.
(Fələstinlilərin qələbəsi) Müqabilində qəsbkar sionist rejim dünya siyasətçiləri və dünyanın müsəlman, yaxud qeyri-müsəlman insanlarının nəzərində zalım, qaniçən canavar, rəhimsiz, məğlub, naümid və param-parçadır.
Bu gün İslami hərəkat Afrika, Asiya, Avropa və Şimali Amerika kimi dünyanın müxtəlif yerlərində genişlənməkdədir və Allahın inayəti ilə bu hərəkatin müvəffəqiyyətləri daha çox qüdrətlə davam edəcəkdir.
Fələstində son günlərdə baş verən hadisələr, məxsusən də bombardmanlar və qadın, uşaq və kişilərin şəhadəti insanın qəlbini yaralayır, lakin bu hadisənin digər tərəfi isə İslamın Fələstində inanılmaz qüdrətinin nişanəsidir və Allah-təalanın lütfü sayəsində Fələstində başlanan bu hərəkət irəliləyəcək və fələstinlilərin tam qələbəsi ilə nəticələnəcəkdir.
Cənab Şeyx Zəkzaki, sizinlə və ailənizlə görüşmək çox sevindirici bir haldır. Siz Allah yolunda həqiqi mücahidlik edənin nümunəsisiniz və ümid edirəm ki, öz mücahidliyinizi davam etdirəcəksiniz.
Cihad və mücahidlik meydanında olmaq məsələsində də Ərdəbillilər insafən birinci cərgədə dayananlar içərisindədir. Təxminən Ərdəbildən 35000 döyüşçünün cəbhəyə getməsi yaxşı və yüksək bir göstəricidir. Bu bölgə təqribən 3400, yaxud daha çox şəhid verməklə bərabər, bu məntəqədə çoxlu qazi və əzəmətli şəhid ailələri vardır. Ərdəbilin şəhadətnaməsi (kimliyini göstərən) bunlardır.