Bu görüşdə Ayətullah Xamenei İranın döyüş hazırlığının əla həddə olduğunu bildirdi:
"Bu gün İslami olan İran soyuq müharibə təhdidləri ilə mübarizə qabiliyyəti baxımından əla səviyyədədir".

O Həzrət İranın ümidverici bir baza ünvanında özünü qoruyub-saxladığını qeyd etdi:
"İran İslam İnqilabı regional millətlər və hətta məntəqədən kənar xalqlar üçün özünü nəhəng və ümidverici bir baza ünvanında qoruyub-saxlaya bildi".

İstismarçıların əsəbi olmasının səbəbinə toxunan o Həzrət belə buyurdu:
"İstismarçıların bizə əsəbi olması İran İslam Respublikasının qalması, dirənişi və onlara möhkəm yumruğunu göstərməsi səbəbindədir".

İnqilab Rəhbəri yumşaq təhdiddən məqsədin nə olduğunu vurğuladı:
"Yumşaq təhdid xalqın ictimai rəyini təhrif etmək, düşmən müqabilində müqavimət göstərməkdə şəkk və ixtilaf yaratmaq deməkdir. Düşmənlər bu işi görürlər, lakin Allahın lütfü ilə bu günə kimi nəticəyə çatmayıblar".