Ayətullah Seyid Cavad Xameneinin həyatından xülasə nəql olunmuş "Həyat buradadır" kitabının təqdimat mərasimi və bu dəyərli alimin vəfatının il dönümü bu gün günorta.......
Ayətullah Seyid Cavad Xameneinin həyatından xülasə nəql olunmuş "Həyat buradadır" kitabının təqdimat mərasimi və bu dəyərli alimin vəfatının il dönümü bu gün günorta saatlarından qabaq alimlərin, mütəfəkkirlərin, ölkənin şimal-qərb bölgəsinin imam-cümələrinin, şəhid ailələrinin, Türkiyə, Azərbaycan, Rusiya və Gürcüstan ölkələrindən gələn xarici qonaqların, siyasi qrupların nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin və müxtəlif təbəqələrdən olan insanların iştirakı ilə İnqilab Rəhbərinin hörmətli atasının tədris mərkəzlərindən və namaz qıldığı mərkəzlərdən biri ünvanında Təbrizin "Cümə" məscidində keçirildi.
"Həyat buradadır" kitabının müəllifi Mehdi Qəzəli təqdimat mərasiminin davamında Ayətullah Seyid Cavad Xameneinin məqamı və xüsusiyyətlərinə toxunaraq açıqladı :
"Həyat buradadır" kitabı nazənin olan İmam Rzanın (ə) varlığına işarədir".
Vəliyyi-Fəqihin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi və Təbrizin imam-cüməsi Höccətül-İslam, vəl- müslimin Seyid Məhəmməd Ali Haşim bu mərasimdə Təbrizin müxtəlif sahələrdə iftixar dolu tarixinə işarə edərək belə izah etdi: "Böyük şəxsiyyətlərin həyatı bizlər üçün fəzilət, ümid və imanla dolu olan və coşması azalmayan bir bulaq kimidir".
Vəliyyi-Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi belə xatırlatdı:
"Böyük Xamenei ailəsi Hüseyn (ə) əsilli seyidlərdən və dördüncü pak İmamın–Həzrət İmam Səccadın (ə) nəslindəndir. Bütün saleh alimlərin təcəllisi və aynası sayılan bu ailənin böyük övladlarından biri Seyid Məhəmməd Təfreşinin oğlu Ayətullah Seyid Hüseyn Xamenei Təbriz şəhərinin tanınmış alim və fəqihlərindən idi".
Vəliyyi-Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi düşmənin pis niyyətli hədəfinə işarə edərək buyurdu:
"Allaha şükür edirik ki, bu gün bizim İslami nizamımızın rəhbərlik və hidayəti Həzrət Ayətullah Xamenei tərəfindən icra olunur. 27 iyun 1981-ci ildə düşmən onu bizim əlimizdən almaq istəyirdi, lakin Allahın lütfü ilə o qaldı və İran İslam nizamının rəhbərliyini, dünya müsəlmanlarının hidayət məsələsini öz öhdəsinə götürdü və bu gün də şahidik ki, inqilabımıza Həzrət İmam Xomeyninin (r.ə) zamanındakı kimi o möhkəmlik, şücaət və iqtidarla rəhbərlik edilir".
İmam Rza (ə) hərəminin rəhbəri Höccətül-İslam, vəl-müslimin Əhməd Mərvi bu təqdimat mərasiminin axır hissələrində İranın bütün dünyada tanınmış olan bir Dəmavənd zirvəsinin olmasına işarə edərək qeyd etdi:
"Lakin Təbrizdə üç zirvə vardır ki, Dəmavənd zirvəsi o böyüklük və əzəməti ilə onun bərabərində çox kiçikdir".
Höccətül-İslam, vəl-müslimin Mərvi düşmənlərin müxtəlif cəmiyyətlərin kimliklərini aradan aparmaq üçün hazırladıqları proqramlara işarə edərək dedi:
"Bəşəriyyət düşmənləri cəmiyyətlər üzərində hökmranlıq etməkdən ötrü, ilk növbədə, onların kimliklərini aradan aparırlar".
İmam Rza (ə) hərəminin rəhbəri sözlərinə belə davam etdi:
"Bizlər gərək bu kimi mərasimləri keçirməklə cavanlarımıza və müxtəlif nəsillərə nümunə verərək örnəkləri tanıtdıraq və onlara (öz milli və dini) kimliklərini verək. Bizim cavan bəsicimiz Müqəddəs Müdafiə günlərində alnına Ya Hüseyn (ə), Ya Zeynəb (s.ə) və s. yazılmış lent bağlamağı onun öz kimliyini göstərməyini çatdırır. Hüseyni, Ələvi və Fatimi kimliklər olan yerdə daxildən Bakirilər, Hemmətlər, Xərrazilər, Bürucerdilər, Hacı Qasim Süleymanilər meydana gəlirlər. O kimlik bunları camiəyə təqdim edir və düşmənlər belə şeylərin olmasını istəmirlər".