Milli "İran Həmrəyliyi" tədbiri İran xalqının koronavirus pandemiyasından başlayaraq Əl-Əqsa fırtınası və sionist rejimin 12 günlük müharibəsinə qədər olan həmrəylik hekayəsini bu gün, 7 oktyabr çərşənbə axşamı səhər saatlarında İmam Xomeyni hüseyniyyəsində keçirildi.
Son 12 günlük müharibənin şəhid ailələri, cihad ruhiyyəsi ilə fəaliyyət göstərənlər, müqavimət qruplarının simalarından bəziləri və "İran Həmrəyliyi" kampaniyasına qatılan bir qrup iştirakçı bu tədbirdə iştirak etdilər.
Tədbirdə Ali Məqamlı Rəhbərin ofisinin rəhbəri höccətül-İslam vəl-müslimin Hacı Məhəmmədi Qulpayqani İran xalqının fədakarlıq və həmrəylik ruhiyyəsini tərifləyərək, məzlumlara dəstək məsələsində Ayətullah Xameneinin əsaslı rolunu vurğuladı.
Livan Hizbullah Təşkilatının baş katibi Şeyx Nəim Qasim isə bu tədbirə göndərdiyi videomüraciətdə Rəhbərin, İran xalqı və hökumətinin müqavimətə verdiyi dəstəyə görə təşəkkür etdi.