Bu mesaj eyni vaxtda ölkə üzrə şəhidlərin məzarlarının tozunun təmizlənməsi, ətir çilənməsi və güllərlə bəzədilməsi mərasimi ilə birlikdə “Lalələrin qonaqlığı” adı altında Vəliyyi-fəqihin Şəhidlər Fondu və Fədakarların İşləri üzrə nümayəndəsi Höccətül-İslam Musəvi Müqəddəm tərəfindən Tehranın Beheşti-Zəhra şəhidlər xiyabanında oxundu. 
 
Bağışlayan və mehriban Allahın adı ilə 
Bu il Müqəddəs Müdafiə Həftəsi İslam müqaviməti yolunun bir qrup görkəmli şəxsiyyətinin və müxtəlif bölgələrdə igid gənclərin şəhadəti ilə başqa bir təzahür və ehtişam qazanmışdır. 
Şəhadət mücahidliyin mükafatıdır, istər səkkizillik müdafiədə, istər qəhrəmanlıq dolu on iki günlük döyüşdə, istərsə də Livan, Qəzza və Fələstində olsun. Millətlər bu mücahidliklərlə inkişaf edir, bu şəhadətlərlə təzahür və parlaqlıq qazanırlar. 
Mühüm məsələ budur ki, haqqın qələbəsi və batilin məhvi barədə İlahi vədəyə yəqinliklə inanaq və Allahın dininə yardım etməkdə öz vəzifəmizə sadiq qalaq. 
 

Seyid Əli Xamenei
 
24.09.2025