Günəş və ay tutulması zamanı ayat namazının vacib vaxtı günəş və ya ay tutulmağa başladığı andan etibarəndir. Ehtiyat vacibə əsasən namazı o qədər gecikdirmək olmaz ki, ay ya günəş tutulması açılmağa başlasın.

Əgər mükəlləf namazı o qədər gecikdirərsə ki, günəş və ya ay açılmağa başlasa, namazı qürbət qəsdi ilə əda və ya qəza niyyəti olmadan qılmalıdır. Amma namazı tutulma tam açılana qədər gecikdirsə, onu qəza niyyəti ilə qılmalıdır.

Tutulma zamanı heç xəbərdar olmayan və açıldıqdan sonra bilən şəxs, əgər tutulma tam baş veribsə, ayat namazının qəzasını qılmalıdır.