O Həzrət lənətlənmiş sionist rejimin saysız-hesabsız cinayət və heyrətamiz faciə törətməsinə işarə edərək belə vurğuladı: 

"Bu cinayətlər Amerika kimi bir gücün dəstəyi ilə həyata keçirilsə də, bu vəziyyətlə mübarizə yolu bağlı deyil və etiraz edən ölkələr, xüsusən də İslam ölkələri, sionist rejimlə ticarət və hətta siyasi əlaqələrini tamamilə kəsməli, onu təcrid etməlidirlər".
 

İnqilab Rəhbəri sionist rejimi dünyanın ən təcrid olunmuş və ən mənfur rejimi adlandırdı və əlavə etdi: 

"Bizim diplomatiyamızın əsas istiqamətlərindən biri də dövlətləri bu cinayətkar rejimlə ticarət və siyasi əlaqələri kəsməyə təşviq etmək olmalıdır".
 

Rəhbər prezidentə, məsul şəxslərə, müdirlər və dövlət aparatında fədakarlıqla çalışanlara, xüsusilə də 12 günlük müharibə sınağında sözün həqiqi mənasında fədakarlıq göstərən qurumlara təşəkkür edərək, Prezidentin “maraq göstərməsi”, “ruhi yüksəliyini” və “çox işləməsini” yüksək qiymətləndirdi və əlavə etdi:

"Cənab Pezeşkianın Çinə çox uğurlu səfəri siyasi-iqtisadi potensial imkanlar yaratdı və bu faydalı nəticələr mütləq izlənilməlidir".
 

Həzrət Ayətullah Xamenei iqtisadiyyat və xalqın dolanışığı sahəsində daha ciddi tədbirlərin vacibliyini qeyd etdi və vurğuladı: 

"Problemlərin həllində xarici dəyişiklikləri gözləmək olmaz, əlbəttə, hər kəs bu sahədə üzərinə düşəni edir, amma maraq, iradə, ümid və işgüzar ruhiyyə ilə düşmənin tətbiq etməyə çalışdığı “nə müharibə, nə sülh” vəziyyətinə qalib gəlmək lazımdır, çünki bu vəziyyət ölkəyə zərər və təhlükə yaradır".
 

İnqilab Rəhbəri milli güc və milli izzət elementlərinin gücləndirilməsini dövlətlərin vəzifəsi hesab etdi və əlavə etdi: 

"Bu elementlərin ən önəmlisi xalqın ruhiyyəsi, maraqları, həmrəyliyi və ümididir, bunlar həm sözlə, həm də əməldə yaradılmalı və gücləndirilməli, zəifləməsinin qarşısı alınmalıdır".
 

Həzrət Ayətullah Xamenei hədəflərin, İslami maarif və şəriətin həyata keçirilməsini dövlətin əsasını təşkil edən amil saydı və bildirdi:

"İmam ilk gündən bu prinsipləri irəli sürdü və kimsə başqa bir şey deyirsə, onun dediyi İmamın sözünün əksinədir".
 

O Həzrət ölkədə birlik yaratmaq imkanından məmnunluğunu ifadə edərək əlavə etdi: 

"Üç hakimiyyət orqanının həmrəylik və əməkdaşlığı təqdirəlayiqdir, lakin qərar verici və qərar hazırlayan strukturlar da bu prosesdə fəal olmalıdır".
 

İnqilab Rəhbəri daha sonra xalqın dolanışığının vacibliyini vurğulayaraq belə qeyd etdi: 

"Xalqın dolanışığı ilə bağlı belə tədbir görün ki, camaat təxminən on əsas ərzaq məhsulunu qiymət artımından narahat olmadan əldə edə bilsin".
 

Ayətullah Xamenei neft istehsalının azalmasına səbəb olan amillərə, yəni köhnəlmiş üsullar və avadanlıqlara işarə edərək əlavə etdi: 

"Problemlərin həllində və neftin istehsal və hasilatında gənc mütəxəssislərin biliklərindən istifadə edin. Həmçinin neft ixracında daha çox təşəbbüs göstərilməli və neftin alıcıları müxtəlifləşdirilməli və çoxaldılmalıdır".