Milli Əmək və Zəhmətkeşlər Həftəsi münasibətilə bir qrup iranlı işçi İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Ayətullah Xamenei işçilərlə görüşündə əməyin əhəmiyyətinə toxunaraq
"Əmək cəmiyyət üçün həyat deməkdir. Əmək olmasa, heç nə olmaz. Yemək, paltar və başqa yaşayış üçün istifadə etdiyimiz imkanlar əmək sayəsində ələ gəlir. Əməyi kim yerinə yetirir? Təbii ki, işçi. Yaxşı, onda işçinin dəyəri nə qədərdir? İşçinin dəyəri cəmiyyətin həyatının dəyəri qədərdir",-qeyd etdi.
Cəmiyyətdə müxtəlif fəsadların varlığının işsizlik olduğunu deyən Ayətullah Xamenei
"İşsizlik fəsadın mənbəyidir. Bu ictimai fəsadların bir çoxu işsizlikdən qaynaqlanır. Narkomaniya, oğurluq, boşanma, ailələrin dağılması işsizliklə bağlıdır. İşlə təmin edən qurumlar bilməlidirlər ki, həqiqi mənada işlə təmin etmək cəmiyyət üçün nə qədər mühümdür",- deyə qeyd etdi.
O Həzrət ölkə iqtisadiyyatında istehsalın əhəmiyyətinə işarə edərək
"Ölkə iqtisadiyyatının onurğa sütunu istehsaldır. İstehsalın da onurğa sütunu işçidir. Biz işçinin zəiflənməsinə imkan verməməliyik. İstehsalın inkişafı üçün mühüm amillərdən bir qismi işçiyə bağlıdır",- buyurdu.
Ayətullah Xamenei fəhlələrin məharətlərinin müxtəlif cəhətlərdən inkişafına diqqət yetirərək
"Əgər bir şəxs bir fəhləyə zülm edərsə, onun bütün xeyir əməlləri aradan getmiş olar. Allah behiştin ətrini bu insan üçün haram edər. Yaxşı, indi bu zülm nədən ibarətdir? Muzdunu ödəməməkdən, səhiyyə və sığorta kimi ehtiyaclarını təmin etməməkdən və s. Əgər bir fəhləyə zülm olunmasına razı deyilsinizsə, onda onun məharətlərininin inkişafı üçün zəmin yaratmağınız gərəklidir",- qeyd etdi.
Düşmən işçi qüvvəsini İslam Respublikasının əleyhinə etirazlara qaldırmaq planında uğur qazanmadığını deyən Ayətullah Xamenei belə buyurdu:
"Düşmənlər işçi cəmiyyətini İran hökumətinin qarşısında qoymaq üçün çox çalışdılar, lakin bacarmadılar. Təbii ki, fəhlələrin müəyyən etirazları olub və bu da yerli bir etirazdır, lakin işçi kollektivi düşmənlə öz aralarında qırmızı xətt qərar verdi. Düşmənə bu etirazdan sui-istifadə etməyə imkan vermədilər".