“İstehsal üçün sərmayə yatırımı” ilində ölkənin hər yerindən olan minlərlə fəhlə 10.05.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei dünya siyasətçilərinin Fələstin məsələsini unutdurmaq istəyinə toxundu və buyurdu:
"Bu gün xalqlara qarşı tətbiq olunan qərəzli siyasətlər vasitəsilə çalışılır ki, Fələstinlə bağlı məsələlər unudulsun. Müsəlman xalqlar imkan verməməlidirlər ki, şayiələr, müxtəlif söz-söhbətlər və yeni məsələlərlə fikirlər Fələstin məsələsindən yayındırılsın".
"Fikirlər Fələstin məsələsindən yayınmamalıdır", - deyə o Həzrət bildirdi.
İnqilab Rəhbəri Qəzza barədə bu sözləri buyurdu:
"Sionist rejimin Qəzza və Fələstində törətdiyi cinayətlər elə bir şey deyil ki, ona göz yummaq mümkün olsun".
"Bütün dünya sionist rejimin cinayətləri qarşısında dayanmalıdır", - deyə o Həzrət bildirdi.
O Həzrət sionistlər barədə dünya xalqlarına belə qeyd etdi:
"Bütün dünya sionist rejimin himayədarlarının qarşısında dayanmalıdır. Amerikalılar sözün əsl mənasında sionistləri dəstəkləyirlər".
İnqilab Rəhbəri Qəzzanın təkcə sionistlərlə üz-üzə olmadığını açıqladı və qeyd etdi:
"Həqiqət budur ki, bu gün məzlum Fələstin xalqı və Qəzza sakinləri təkcə sionist rejimlə üz-üzə deyillər, onlar həm də Amerika və İngiltərə ilə üz-üzədirlər".
Ayətullah Xamenei batil mütləq şəkildə aradan gedəsi olduğunu vurğuladı:
"Batil bir müddət at oynadır, bir neçə gün özünü göstərir, lakin aradan gedəsidir və mütləq, gedəcək, bunda heç bir şəkk yoxdur. Onların Suriyada və digər yerlərdə gördüyü bu işlər qüvvət nişanəsi deyil, əksinə, zəifliyin əlamətidir və daha da zəifləmələrinə səbəb olacaq".
"İlahi tövfiqlə Fələstin sionist işğalçılara qalib gələcək. Bu hadisə baş verəcək", - deyə İnqilab Rəhbəri buyurdu.
O Həzrət sözlərinin axırında Fələstinin qələbəsinə ümidvarlığını bildirdi və qeyd etdi:
"Ümid edirik ki, mömin xalqlar Fələstinin Fələstin qəsbkarları üzərindəki qələbə gününü öz gözləri ilə görəcəklər".