19/02/2024
İslam Respublikasının Fələstinə dəstək istiqamətində bəzi fəaliyyətləri
19/02/2024
1978-cı il fevral ayının 18-də Təbriz əhalisinin tarixi qiyamının ildönümündə bu səhər (18.02.2024) bir qrup Şərqi Azərbaycan əhalisi İslam İnqilabının Rəhbəri ilə görüşdü ​
01/02/2024
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İslam inqilabının qələbəsinin 45-ci ildönümü və Fəcr ongünlüyünün (10 gün sonra 11.02.1979-cu ildə İslam inqilabının qələbəsi ilə nəticələnən İmam Xomeyninin 15 illik sürgündən sonra İrana daxil olmasının ildönümünün) başlanması ərəfəsində çərşənbə günü səhər saatlarında İmam Xomeyni hərəmini və Şəhidlər xiyabanını ziyarət edib. ​
01/02/2024
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İslam inqilabının qələbəsinin 45-ci ildönümü və Fəcr ongünlüyünün (10 gün sonra 11.02.1979-cu ildə İslam inqilabının qələbəsi ilə nəticələnən İmam Xomeyninin 15 illik sürgündən sonra İrana daxil olmasının ildönümünün) başlanması ərəfəsində çərşənbə günü səhər saatlarında İmam Xomeyni hərəmini və Şəhidlər xiyabanını ziyarət edib. ​
16/01/2024
İmam Xomeyninin vəfatından sonra onun bir çox arzuları həyata keçdi; ölkənin özünəinamı və öz imkanları ilə kifayətlənməsi, ölkənin elmi və texnoloji tərəqqisi, siyasi inkişafı, İslam Respublikasının nüfuzunun Qərbi Asiya və Şimali Afrikanın geniş məntəqəsində vüsət tapması. Bu arzuların bir çoxu həyata keçib və başqa bir çox arzuları da Allahın izni ilə həyata keçəcəkdir. Qüds Gününü müsəlmanlar canlı saxlamalıdırlar. Mən İsrailin hərislikləri haqda xəbərdarlıq etdim ki, belə deyil ki, o, qəsb etdiyi torpaqlarla kifayətlənsin. Gördünüz ki, Qüdsdə öz paytaxtını elan etdi. Bu arzuların bir çoxu həyata keçib və Allahın izni ilə başqa bir çox arzuları da həyata keçəcəkdir. Alicənab İmam Xomeynimizin İslam Respublikası günbəgün daha çox yüksəliş və əzəmət əldə edəcəkdir.
25/10/2023
Kübarlığın bir zərrə əlaməti də cənab Hacı Mustafa Xomeynidə yox idi, İmam Xomeyninin (r.ə) evində və onun rövzə məclisində bir nəfər Mustafanı görmürdü ki, gəlib özünü İmam Xomeyniyə yapışdırsın.
05/10/2023
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 03.10.2023
04/10/2023
Ey Peyğəmbərimiz! Sənə beyət edənlərin (Allah-təala onların qəlblərində olandan xəbərdar idi) sadiqcəsinə olan beyətləri Allah-təalanın onların qəlbinə aramlıq və hüzur nazil etməsinə səbəb olur. İmam Xomeyniyə (r.ə) bu gün beyət edən şəxs (həqiqətdə) Peyğəmbərə (s) beyət etmişdir. Siz İmam Xomeyninin (r.ə) inqilab xəttini diri saxlamaqla, köhnəlməyə imkan verməməklə və köhnə rəngə boyanmasına əngəl olmaqla həqiqətdə Peyğəmbərə (s) beyət etmiş olursunuz. Siz bu gün inqilaba beyət etməklə, beyətinizi yeniləməklə Peyğəmbərə (s) beyət etmiş olursunuz.
04/10/2023
İnşallah, Fələstin hərəkatı nəticəyə çatacaqdır və alicənab İmam Xomeyninin (r.ə) qəsbkar rejimi xərçəng xəstəliyi adlandırdığı kimi, inşallah, Fələstin xalqının və müqavimət qüvvələrinin əli ilə bu xərçəng xəstəliyinin kökü bütün regionda kəsiləcəkdir. ​
20/09/2023
İslam Respublikasının əleyhinə müşahidə etdiyiniz bu qədər çox cəncəl bizim qüdrətimizdən xəbər verir. İmam Xomeyni (r.ə) bir zaman buyurmuşdu ki, əgər İslam Respublikası önəmli bir şey deyilsə, nə üçün onun əleyhinə bu qədər düşmənçilik edirlər? Əgər əhəmiyyəti yoxdursa, nə üçün onunla qarşıdurma yaradırlar və özlərini öldürürlər? Bu, İslam Respublikasının qüdrətinə dəlildir.  
23/06/2023
Fələstinin azad edilməsindən ötrü meydana daxil olmaq hər bir müsəlmana vacibdir və bu, şəri bir vəzifədir.  
23/06/2023
Qəzza müqavimətin mərkəzidir, lakin düşməni diz çökdürəcək əsas nöqtə indiyə qədər yaxşı inkişaflar əldə olunan İordan çayının qərb sahili məntəqəsidir.  
22/06/2023
Fələstinin şəraiti iki-üç il bundan əvvəlkinə nisbətdə nəzərəçarpacaq qədər fərqlidir. Bu yaxın illərdə Fələstin məsələsinin irəliləməməsinin əsas səbəbi cavanların meydanda olmadıqlarına görə idi, lakin indi cavanlar könüllü şəkildə meydana daxil oldular və burada mühüm bir məqam onların İslama söykənmələridir.  
21/06/2023
Kimin ağlına gələrdi ki, bir gün Cənindəki fələstinli gənclər sionist hərbçilərə qarşı meydanı o qədər daraldacaqlar ki, mübariz gənclərin mühasirəsindən xilas olmaq üçün onlar döyüşçülərdən istifadə etmək məcburiyyətində qalsınlar?
21/06/2023
Sionist hərbçilərin Cənində mühasirəyə alınması fələstinlilərin tam qələbəsindən xəbər verir.
21/06/2023
İmam Xomeyninin (r.ə) İslam hərəkatının başlanğıc günündən Fələstini dəstəkləməsi iman və qəlbi əqidə əsasında olmuşdur və İslam Respublikasının dəstəyinin əsası da taktiki gediş və diplomatiyaya deyil, İslam fiqhi və şəriətinə əsaslanır.
11/06/2023
İmam Xomeyninin İslam İnqilabını həyata keçirməkdən ötrü nə pulu, nə təbliğat vasitələri, nə radio, nə də xəbər agentliyi var idi və dünya dövlətlərinin heç biri onu himayət etmirdilər. Ona tarix boyu İranda, İslam ümməti səviyyəsində və dünya səviyyəsində bu dəyişikliyi icad etməyə kömək edən amil iman və ümiddən ibarət idi.
11/06/2023
İslam adından istifadə edən və eyni zamanda zehni daşlaşmış insanlar mümkündür ki, İslamın verdiyi dərslər barədə də zümzümə etsinlər, lakin hökmlərinin əksəriyyəti ictimai həyat, hökumət və siyasətlə bağlı olan İslamı qəbul etmirlər. Siyasətdə və ictimai işlərdə məsuliyyətsizliyi (etinasız olmağı) təbliğ edirlər, İmam Xomeyni belə İslamı qəbul etmir.
11/06/2023
Ümidlə iman bir-biri ilə qarşılıqlı təsirdədirlər. İman ümid yaradandır və ümidlərin yaranması da imanı artırır. Bunlar bir-birilərinə təsir edirlər.
04/06/2023
İmam Xomeyninin (r.ə) vəfatının 34-cü ildönümü mərasimi 4 iyun 2023-cü il bazar günü səhər saatlarında Ali Rəhbər Ayətullah Xameneinin iştirakı və çıxışı ilə keçirildi.