Bu görüşdə Ayətullah Xamenei xalqa söykənərək, düşməni diz çökdürəcəklərini söylədi:

"Əsas məsələ budur ki, insan hiss etdikdə düşmən tələbkar bir mövqedən dövlətə və millətə nəyisə zorla qəbul etdirmək istəyir, bütün güc və qüvvə ilə düşmənin qarşısında dayanmalıdır. Biz düşmən qarşısından geri çəkilməyəcəyik və Allaha təvəkkül edərək, xalqın dəstəyinə arxalanmaqla düşməni diz çökdürəcəyik".

O Həzrət Amerikanın yalan və aldadıcı vəd verdiyini bildirdi:

"O sayıqlayan amerikalı oturub İran xalqı haqqında danışır, bir az nalayiq sözlər deyir, bir az da vəd verir; yalan və aldadıcı vəd".

İnqilab Rəhbəri xarici valyuta qiymətlərinin artmasının qarşısının alınmasının hökumət orqanları üçün zəruri olduğunu vurğuladı:

"Xarici valyutanın qiymətinin bu cür kontrol olunmadan artması və onun qeyri-sabitliyi təbii deyil, bu, düşmənin işidir. Əlbəttə, bunun qarşısı alınmalıdır, həm prezident, həm də digər hakimiyyət orqanlarının rəhbərləri bu işin düzəlməsi üçün çalışırlar".

Ayətullah Xamenei düşmən əlaltılarının İslam hökuməti əleyhinə olduğunu qeyd etdi:

"Bazar əhlinin xarici valyutanın qiymətinin hesabsız şəkildə qalxmasına etirazı düzgün məsələdir. Mühüm məsələ odur ki, düşmən tərəfindən təhrik olunmuş bir qrup muzdlu adam bazar əhlinin arxasında gizlənib İran İslam Respublikasına qarşı şüarlar versin".

Daha sonra İnqilab Rəhbəri iğtişaşçıları öz yerində oturtmağın lüzumuna toxundu:

"Etiraz yerindədir, amma etiraz ayrı şeydir, iğtişaş ayrı. Biz etirazçı ilə danışırıq, məsul şəxslər etirazçı ilə danışmalıdır. Amma iğtişaşçı ilə danışmağın faydası yoxdur. İğtişaşçını öz yerində oturtmaq lazımdır".

O Həzrət ölkənin problemlərinin həll yolunun Amerika ilə danışıqlar olmadığını vurğuladı:

"Ölkənin problemlərinin həll yolunun Amerika ilə danışıqlar olduğunu deyənlər gördülər ki, nə oldu. İranın Amerika ilə danışıqları davam edərkən, Amerika dövləti pərdə arxasında müharibə planı hazırlamaqla məşğul idi".

İnqilab Rəhbəri yumşaq müharibə ilə hansı işlər görüldüyünü açıqladı:

"Yumşaq müharibə o deməkdir ki, hiylə ilə, yalanla, böhtanla, vəsvəsə ilə, çaşdırıcı və saxta dəlillərlə insanları getdikləri yoldan tərəddüdə salsınlar, xalqın qəlbində şübhə yaratsınlar. Bu müharibə bu gün cərəyandadır".

Ayətullah Xamenei yumşaq müharibədən məqsədin nə olduğunu açıqladı:

"Yumşaq müharibənin məqsədi xalqı ruhdan salmaqdır. (Nə üçün?) Meydanda olan, çalışmağa və fəaliyyətə hazır insanları həvəsdən salmaq, onları ümidsizliyə salmaq, məyus etmək və tərəddüdə düçar etmək üçün".