
İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən yarışlarda İranın qadınlar Muay tay millisinin idmançı xanımı Fereşte Həsənzadə gümüş medal qazanıb və final qarşılaşmasından sonra zalda olan jurnalistə belə deyib:
"Arzu edirdim ki, medalım qızıl olsun və onu İnqilab Rəhbərinə hədiyyə edim, ümidvaram ki, gümüş medalımı qəbul edərlər".
Həzrət Ayətullah Xamenei bir neçə gün əvvəl bu xanım idmançının mesajını aldıqdan sonra ona belə cavab göndərib:
"Mənim salam və təşəkkürümü ona çatdırın və deyin ki: Qızıldan daha üstün olan sənin əzmin, zəhmətin, iman və özünəinamındır, qızım."
21.11.2025