Həzrət Ayətullah Xamenei höccətülislam vəl-müslimin Şəhriyarinin İslam Məzhəblərinin Yaxınlaşdırılması Ümumdünya Cəmiyyətinin baş katibi kimi fəaliyyətinin davam etdirilməsinə razılıq verdi.
İslam Məzhəblərinin Yaxınlaşdırılması Ümumdünya Cəmiyyətinin Ali Şurasının sədri Mövləvi İshaq Mədəni tərəfindən İslam İnqilabı Rəhbərinə ünvanlanmış məktub, həmçinin bu məclisin iclası haqqında təqdim olunmuş məruzə və şura üzvlərinin əksəriyyətinin höccətülislam vəl-müslimin Şəhriyarinin bir daha bu vəzifədə qalmasına razılıq verməsindən sonra Həzrət Ayətullah Xamenei onun baş katib kimi fəaliyyətinin davam etdirilməsini təsdiqlədi.