Nəzarət Şurasının üç fəqih üzvünün vəzifədə qalması
İslam İnqilabı Rəhbərinin qərarı ilə:Nəzarət Şurasının üç fəqih üzvünün vəzifədə qalması
Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri Nəzarət Şurasının üç fəqih üzvünü növbəti müddətə yenidən təyin etdi.
Şura katibi Ayətullah Cənnətinin cənab Hacı Seyid Əhməd Xatəmi, Hacı Şeyx Əlirza Ərafi və Hacı Seyid Əhməd Hüseyni Xorasani adlı üzvlərin 16 iyul tarixində üzvlüklərinin başa çatması ilə bağlı məktubuna İnqilab Rəhbəri belə cavab verib:"Salam və ehtiramla, adı çəkilən hörmətli şəxsləri yenidən Nəzarət Şurasının fəqih üzvləri olaraq təyin edirəm."
İran İslam Respublikasının Konstitusiyasının 91-ci maddəsinə əsasən, Konstitusiyaya Nəzarət Şurasının 6 fəqih üzvü İslam İnqilabı Rəhbəri tərəfindən təyin olunur. 110-cu maddəyə görə isə həmin fəqihlərin təyinatı və ya vəzifədən azad edilməsi yalnız Rəhbərə aiddir. Şuranın digər 6 hüquqşünas üzvü isə məhkəmə sisteminin rəhbəri tərəfindən İran İslam Məclisinə (parlamentə) təqdim olunan hüquqşünaslar arasından deputatların səsverməsi ilə seçilir.