Ayətullah Xamenei deputatlarla görüşdə İrandakı parlamentin başqa yerlərdəki parlamentlə eyni ola bilmədiyini bildirdi:

"Ədalətə xidmət etməyə yönəlmiş və zəiflərin zəiflədilməsindən çəkinən bir parlament işi zülmə kömək edənlərə, ayrıseçkilik yaradanlara, insanları incidənlərə və Qəzza qatillərinə yardım edən bir parlamentlə eyni ola bilməz".
 

O Həzrət İran millətinin ayağının təzyiqlər müqabilində titrəmədiyini qeyd etdi:

"Dünyada zor tətbiq edən və fərman verən güclərin qarşısında duruş gətirən hansı milləti tanıyırsız? Bizim millətimizdən başqa bu cür olan millət azdır. Avropalıların ayaqları bəzi məsələlərdə əsdi, amma bizim millətimizin yox".
 

İnqilab Rəhbəri İran parlamenti barədə belə vurğuladı:

"Parlament inqilabi bir yol tutmalıdır. İnqilabi yanaşma, yəni ideallar istiqamətində hərəkət etmək, əqidəni şücaətlə bildirmək, şəxsi istək və məsələləri kənara qoymaq, Allahın razılığını nəzərə almaq, qətiyyətlə və açıq şəkildə danışmaq və qərar verməkdir".