İranın İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf Venesuela Beynəlxalq Kommunikasiya və İnformasiya Universitetində keçirilən tədbirdə “Tarixin doğru tərəfi” ordenini Venesuela nəqliyyat naziri və İran-Venesuela iqtisadi birgə komissiyasının Venesuela tərəfdən sədri Ramon Blaskesə, Venesuela Milli Assambleyasının sədr müavini Pedro Xoseyə və keçmiş Xarici İşlər naziri ALBA qrupunun rəhbəri Xorxe Arreasə təqdim edib.

 

Qalibaf tədbirdəki çıxışında bildirib:

“Amerikanın rəhbərliyi ilə dünya hegemoniya sistemi Qəzzada fələstinlilərin soyqırımını dəstəkləməklə tarixdə cəlladlıq və cinayətkarlıq obrazının üzünü ağartdı. Sionistlər insan əli ilə yaradılmış tarixdəki ən amansız qıtlığı törətdilər.”

 

İranın İslam Şurası Məclisinin sədri sözlərinə belə əlavə etdi:

“İranın Ali Rəhbəri 25 may 2024-cü il tarixində bir məktub yazaraq, vicdanlı və şücaətli olduqlarına görə amerikalı tələbələri Fələstinə verdikləri dəstəyə görə təriflədi və onlara belə xitab etdi: "Siz indi formalaşmaqda olan tarixin doğru tərəfində dayanmısınız." Bu əsasla, İran İslam Respublikası məzlum Fələstin xalqını müdafiə sahəsində fəallıq göstərən şəxslərə "Tarixin doğru tərəfi" adlı bir orden təqdim edir.”

 

Sonda Qalibaf deyib:

“Venesuela hökumətinə təşəkkür edirəm ki, tarixin doğru tərəfini seçdi və 2009-cu ildə Qəzzada törədilən qətliamlara etiraz olaraq sionist rejimlə diplomatik münasibətləri kəsdiyini bəyan etdi. Bu gün İran xalqı adından həmin üç Venesuela fəalına "Tarixin doğru tərəfi" ordenini təqdim edirəm.”