İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 04.06.2025-ci il tarixdə İmam Xomeyninin 36-cı ildönümü mərasimində iştirak edərək İran İslam İnqilabı banisini sevənlərin cəmi arasında çıxış etdi.
Ayətullah Xamenei bu çıxışında İranın nüvə yanacağının tam dövriyyəsinə yiyələndiyini qeyd etdi:
"İran gənclərin zəkası və alimlərin səyinin bərəkəti sayəsində nüvə yanacağının tam dövriyyəsinə sahib ola bildi. Yəni biz bu gün nüvə yanacağını mədəndən stansiyaya qədər istehsal edib irəli aparmağa qadirik".
O Həzrət alimlərin buna nail olduqlarını bildirdi:
"Dünyada nüvə yanacağının tam dövriyyə zəncirinə sahib olan ölkələrin sayı, bəlkə də iki əldəki barmaqdan da azdır. Bu nailiyyəti İranın gəncləri və alimləri əldə ediblər".
İnqilab Rəhbəri düşmənin diqqətini uranın zənginləşməsinə yönəltdiyini vurğuladı:
"Nüvə sənayesində bir məqam var ki, o, açar mövqeyini daşıyır və bu da uranın zənginləşdirilməsidir. Düşmənlərimiz diqqətlərini məhz bu uranın zənginləşdirilməsinə yönəldiblər".
Ayətullah Xamenei nüvənin zənginləşməməsi təqdirində nüvə sənayesinin faydasız olduğunu qeyd etdi:
"Düşmənlər diqqəti uranın zənginləşdirilməsinə yönəldiblər. Zənginləşdirmə qabiliyyəti olmadan nüvə sənayesi faydasız bir şeydir. Çünki stansiyalarımız üçün yanacaq əldə etmək üçün əlimizi başqalarına uzatmalı olarıq".
O Həzrət Amerikanın əsl sözünün nə olduğunu bildirdi:
"Amerikalıların ilk sözü budur ki, sizin, ümumiyyətlə, nüvə sənayeniz olmamalıdır. Siz radiodərman, enerji, su təmizləyici qurğular və onlarla başqa mühüm sahədə bizdən asılı olmalısınız".
İnqilab Rəhbəri Amerikanın İranın inkişafına qarşı olduğunu önə çəkdi və buyurdu:
"İranda minlərlə nüvə sahəsində alim və tədqiqatçı yetişdirilib. Biz onların hamısını məyus edək? İşsiz qoyaq? Onları öz ölkəmizin gələcəyindən naümid edək? Amerikanın ədəbsiz və həyasız başbilənləri bunu istəyirlər.
Onlar İran xalqının tərəqqisinə və başqasına möhtac olmadan yaşamasına qarşıdırlar".
İnqilab Rəhbəri düşmənin heç bir qələt edə bilməyəcəyini təkidlə bildirdi:
"Bir neçə il əvvəl Amerika prezidentlərindən biri demişdi: “Əgər bacarsam, İranın nüvə sənayesinin bolt-qaykalarına qədər aradan qaldıraram”, əlbəttə, etiraf etmişdi ki, bunu bacarmır.
Bu gün hakimiyyətdə olan sionistlər və amerikalılar da bilməlidirlər ki, bu mövzuda heç bir qələt edə bilməzlər".
O Həzrət Amerikanın irəli sürdüyü təklifin yüz faiz “Biz bacararıq” prinsipinə zidd olduğunu qeyd etdi:
"Oman vasitəçiliyi ilə aparılan nüvə danışıqlarında amerikalıların irəli sürdüyü təklif yüz faiz “Biz bacararıq” prinsipinə ziddir.
Amerikalıların sözü budur ki, sizin, ümumiyyətlə, nüvə sənayeniz olmasın və bizə möhtac olasınız".
O Həzrət sözlərinin ardınca İranın nüvə məsələsinin Amerikaya nə dəxli olduğunu vurğuladı:
"Amerika tərəfinə və digərlərinə deyirik: Siz niyə müdaxilə edirsiniz ki, İranın uranı zənginləşdirməsi olmalıdır, ya olmamalıdır? Bunun sizə nə dəxli var?"
İnqilab Rəhbəri müdaxilələrə belə cavab verdi:
"Siz amerikalılar atom bombasına maliksiniz, dünyanın şiddətli şəkildə viran edilməsi sizin ixtiyarınızdadır. İran xalqının uranı zənginləşdirməsinin olub-olmamasının, nüvə sənayesinə sahib olub-olmamasının sizə nə dəxli var?"
Ayətullah Xamenei baş verən cinayətlərin heyrətamiz olduğunu bildirdi:
"Sionist rejimin Qəzzədəki cinayətləri, həqiqətən, heyrətamizdir.
İnsan inanmazdı ki, bunlar bu dərəcədə cinayətkar planlara sahib olsunlar".
O Həzrət sionistlərin insan öldürməyi ucuzlaşdırdığını belə bəyan etdi:
"Sionistlər bir bomba atırdılar və məsələn, on beş nəfər şəhid olurdu, gördülər ki, bu azdır.
Bir mərkəz düzəldirlər guya yemək paylamaq üçün. İnsanlar yeməyə axışanda, avtomat silahlarla bombanın məhv etdiyindən on dəfə çox adamı qətlə yetirirlər.
İnsan öldürməyi ucuzlaşdırdılar, bomba yerinə indi güllədən istifadə edirlər".
İnqilab Rəhbəri Amerikanın məntiqədən çıxmalı olduğunu bir daha təkrarladı və buyurdu:
"Amerikanın əli Qəzzadakı heyrətamiz cinayətlərə bulaşıb.
Elə bu səbəbdəndir ki, biz israrla bildiririk ki, Amerika bu Qərbi Asiya bölgəsindən çıxmalıdır".
Daha sonra Ayətullah Xamenei İslam dövlətlərinin bitərəf qalmamalarını təkidlə bildirdi:
"Bu gün İslam dövlətlərinin üzərinə böyük vəzifələr düşür. Açıq şəkildə İslam dövlətlərinə demək istəyirəm ki, bu gün bitərəf qalmaq yeri deyil. Bu gün Qəzza məsələsi qarşısında sükut etmək günü deyil".
O Həzrət sionist rejimi dəstəkləyənlərin alnında əbədi ləkənin qalacağını buyurdu:
"Əgər İslam dövlətləri arasında hansısa bir dövlət istənilən bəhanə ilə sionist rejimi dəstəkləyərsə, istər əlaqələrin normallaşdırılması ilə, istər Fələstinə yardımların qarşısını almaqla, istərsə də sionistlərin cinayətlərinə haqq qazandırmaqla qəti şəkildə bilməlidir ki, əbədi bir ləkə onun alnında qalacaq".
İnqilab Rəhbəri İslam dövlətlərinin qiyaməti nəzərə almalarını tövsiyə etdi:
"Qəzza məsələsində İslam dövlətləri Allah qarşısında cavab verə bilməzlər. Qiyamət də var, çox ağır və çətin olan İlahi cəza da var. Amma məsələ yalnız bu deyil, dünyada da xalqlar bu xəyanəti unutmayacaqlar".
"Sionist rejimə arxalanmaq heç bir dövlətə təhlükəsizlik gətirməz", - deyə Ayətullah Xamenei bildirdi.
Həzrət Ayətullah Xamenei sionist rejimin dağılmaq üzrə olduğunu vurğuladı:
"Dövlətlər sionist rejimə arxalanmaqla təhlükəsizlik əldə edə bilməzlər. Çünki sionist rejim qəti İlahi hökmə əsasən dağılmaq üzrədir və inşallah, çox çəkməyəcək".
"Sionist rejimi dəstəkləyən İslam dövlətlərinin alnında əbədi bir ləkə qalacaq",- deyə o Həzrət qeyd etdi.