Bağışlayan və mehriban Allahın adı ilə 

الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین.

Bu gün burada dəyərli Peyğəmbərin müqəddəs adı ilə təşkil olunan bu yığıncaq mənim üçün çox maraqlı, şirin və eyni zamanda gözəldir. Keçmişdə bəzi vaxtlar əhli-sünnə alimlərindən ibarət qardaşlara görüşlərimiz olardı (məxsusən, mənim əvvəllər rabitə və əlaqəm olduğu Bəluç alimləri ilə), lakin bir müddət idi ki, biz belə bir cəmi ziyarət etməmişdik. Bu gün isə, əlhəmdulillah, buraya təşrif gətirmisiniz. Bu cənabların bəziləri, məsələn, cənab Mövləvi Əbdürrəhman, Mövləvi Sadati, cənab Mollaqadir (əlbəttə, bu cənablar indi bu məclisdə yoxdurlar) və cənab Mövləvi Əbdüssəməd ilə bizim qədimdən dostluq əlaqəmiz olmuşdur, yəni İranşəhrdə inqilabdan öncə sürgün olduğum müəyyən vaxtlarda. Əlhəmdulillah, burada iştirak edən bu cəm ölkəmizin əhli-sünnə toplumlarının seçilmiş üzvləridir. Etiyiniz bəyanat gözəl və düzgün bir bəyanat idi və inşallah, Allah-təala bizə kömək etsin ki, hamımız İslamın ali hədəfləri istiqamətində hərəkət edək.

Mənim əsas məsələm "İslam ümməti" məsələsidir. Mən illərdir ki,  məxsusi olaraq bilərəkdən "İslam ümməti" məsələsinə əsaslanıram ki, unutmayaq ki, biz bir ümmətik. Düzdür, bəzilərimiz iranlı, bəzilərimiz iraqlı, bəzilərimiz isə şamlıyıq və s. lakin bu (coğrafi) sərhədlər "İslam ümməti" nin həqiqət və mahiyyətini dəyişmir. İslam düşmənlərinin cəhdi bizi İslam ümməti adlı vahid kimliyə biganə etmək olmuşdur. Olmaz ki, mən özümü müsəlman hesab edəm və eyni zamanda Myanmada, Qəzzada, Hindistanda və ya filan yerdə bir müsəlmanın çəkdiyi əzab-əziyyətdən xəbərsiz olam və buna laqeyd yanaşam. Bu, İslam təlimləri və prinsiplərinin ziddinədir. Mümkündür ki, sizin bir şəxs olaraq ona kömək etmək üçün əlinizdən bir iş gəlməsin, amma həmdərdlik özü bir həqiqətdir. Bu (həmdərdlik) olmalıdır.

Mənim ölkdə şiə-sünni və bu kimi məsələlərə görə çalışmağım, himmət göstərməyim "İslam ümməti" ünvanını yaddan çıxarmamaq istiqamətindədir. Mən xahiş edirəm ki, cənablar cümə namazlarında və müxtəlif zəminlərdə əhli-sünnənin görkəmli və sayılıb-seçilən şəxsiyyətləri ilə əlaqə və rabitədə təşkil olunan böyük yığıncaqlarda bu "İslam ümməti" ünvanını təkrarlasınlar. Elə edin ki, biz özümüzə gələk və dərk edək ki, iranlı olmaq xüsusiyyətimizdən əlavə başqa üstün və mühüm bir xüsusiyyətimiz də vardır və o da müsəlman və İslam ümmətinə üzv olmağımızıdır. Bu, əsaslı bir məqamdır.

İkinci məqam budur ki, cəm olduğumuz bir neçə on nəfərdən ibarət bu toplum, mütləq, düşmənləri reaksiya göstərməyə vadar edəcəkdir. Bir-birimizin ətrafında bu cür əyləşməyimizin özü bir dəstəni reaksiya göstərməyə sürükləyəcəkdir. Bunun olmasını istəmirlər, məzhəbi ixtilafların olmamasını istəmirlər. Təbii ki, bu zəmində ingilislərin daha çox təcrübələri vardır, amerikalılar da son zamanlar onlardan bu təcrübəni öyrəndilər. Biz bilməliyik ki, bədxahlar fikri, təbliğat və media xarakterli və iqtisadi olan təsirli vasitələrlə bizim ölkəmizdə və başqa yerlərdə şiə və sünnini ayırmağa çalışırlar. Ölkəmizin daxilində bu fəaliyyət inqilabın qələbəsindən sonra daha da çoxaldı, yəni inqilabdan öncəyə nisbətdə bir neçə qat artıq. İnqilabdan qabaq düşmənlər bu zəmində daha az iş görürdülər. İnqilabdan sonra isə daha çox maraq göstərdilər ki, bir ixtilaf mənbəyini şiddətləndirsinlər, vücuda gətirsinlər və onların nəzərində bunlardan ən yaxşısı isə məzhəbi ixtilafın olmasıdır. Yəni bu tərəfdən bir dəstəni o biri tərəfi inada, təhqir etməyə, nalayiq sözlər söyləməyə vadar edirlər və o tərəfdən də başqa bir dəstəni bu tərəfə qarşı həmin işləri görməyə sürükləyilər. Bu müxalifətlik mövcuddur. İndi mövcud olan bu müxalifətliyin əlacı bizim "Vəhdət" mövzusuna əsaslanmağımızdır.

Onun da bayaq işarə etdiyi kimi, vəhdət bir taktika deyil, vəhdət İslamın əsas prinsiplərindən, Quranın əmrlərindən biridir. Bu ayədə buyurulan çox mühümdür:
"Hamılıqla Allahın ipindən yapışın və parçalanmayın". ("Ali-İmran", 103) 
Yəni, məsələn, təzahürü Həcc olan, cümə namazı olan Allahın ipinə yapışmaqda birlik də, hətta Quran və İslam şəriətinin göstərişidir. Zənnimcə, bu çox mühümdür. Yaxud da “Hucurat” surəsində belə buyurulur:
“Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın! Əgər onlardan biri digərinə qarşı təcavüz edərsə, Allahın əmrinə qayıdana qədər təcavüz edən dəstə ilə vuruşun!” (“Hucurat”, 9)
Yəni birlik və vəhdət o qədər mühümdür ki, əgər kimsə (başqalarının haqqına) təcavüz etdi, onunla vuruşmaq gərəkdir, vəhdətə qaytarmaqdan ötrü onunla vuruşulmalıdır. Vəhdət bu qədər mühümdür! Bunları görməzlikdən gəlmək olmaz. 
“Yalnız möminlər qardaşdırlar. Elə isə onların arasını düzəlt”. (“Hucurat”, 10) 
Yəni vəhdət məsələsi Quranın əsas prinsiplərindən biridir və ondan qəflət etməməliyik.

Bir dəstə vəhdəti təhrif edir, bunlardan bəziləri bilərəkdən bunu edirlər, bəziləri də bilməyərəkdən. Hər iki tərəfdən avam olanlar bunu bilməyərəkdən edirlər, xəvas isə bilərəkdən. Bunlarla mübarizə etmək gərəkdir, bunlar başa düşmürlər, məzhəbi ixtilafın İslam dünyasına, İslamın özünə, İslam ümmətinə və ayrı-ayrılıqda müsəlman millətlərin hər birinə olan zərərini dərk etmirlər. İnsan təəccüb edir ki, onlar bu mənaya niyə diqqət etmirlər. Müxalif cərəyanı təhrik edirlər. Siz görün ki, təkfirçi bir cərəyan meydana çıxır, şiə alimini də vurur, Şeyxülislam Sənəndicini də, Mövləvi Hüseynbur Bəluçistanı da. Onun üçün fərq eləmir, onun nəzərində şiə və sünni olmağın təfavütü yoxdur. Vəhdət ruhiyyəsi olan hər bir kəslə düşmənlik edir. Bəs, bu, düşməndir, bu mənanı görməzlikdən gəlmək olmaz.

Əlbəttə, mən, həqiqətən, Allaha şükür edirəm ki, əlhəmdulillah, ölkə səviyyəsində əhli-sünnə cəmiyyəti bu qədər fitnə və düşmənlik xarakterli maraqlararın olmasına rəğmən, bu fitnə ilə mübarizə etdilər, buna qarşı dayandılar.
Bizim əhli-sünnə cəmiyyətindən Müqəddəs Müdafiə illərində və başqa uekrıdə on beş min şəhidimiz vardır, müxtəlif yerlərdə alim şəhidlərimiz olmuşdur və o cümlədən haqq və inqilab yolunda çoxlu sayda əhli-sünnə alimləri şəhadətə yetişiblər. Bizim hədəfimiz İslam ümmətinin izzətidir və bu izzətə də vəhdətdən başqa bir yolla çatmaq mümkün deyil. Hamımız bu yolda çalışmalıyıq.

Bu gün, zənnimcə, qəti vaciblərdən biri Qəzza və Fələstinin məzlumlarını dəstəkləməkdir və bu, həqiqətən, qəti vaciblərdən biridir ki, əgər biz bu vəzifədən boyun qaçırsaq, mütləq, qiyamətdə Uca Allah bizdən sorğu-sual edəcəkdir. Hər kəsin əlindən gələn qədər, yəni bir nəfər pul verə bilər, biri nəfər silah verə bilər, bir nəfər siyasi cəhətdən kömək göstərə bilər, bir nəfər təbliğ edə bilər, minbərdə, cümə namazının xütbələrində (bu haqda) bəyan edə bilər. Əgər biz bu vəzifədən üz döndərsək, yüz faiz məsuliyyət daşımış olacağıq. Ümidvaram ki, inşallah, Allah-təala İslam ümmətini başıuca etsin.

Mən siz əziz qardaşlara təşəkkür edirəm ki, bu gün buraya təşrif gətirdiniz və cənab Muhəmmədiyana, həmçinin onun dostlarına da minnətdarlığını bildirirəm ki, bu məclisi təşkil etdilər və mənim sizi burada ziyarət etməyim üçün şərait yaratdılar.

Allah-təala, inşallah, İslam ümmətini başıuca etsin, Allah, inşallah, müxtəlif firqə və məzhəblərdən olan müsəlman qardaşların qəlblərini günbəgün bir-birinə yaxınlaşdırsın, onların müştərək cəhətlərini gözlərində böyütsün. Bizim bu qədər ortaq cəhətlərimiz vardır, lakin bunları görmürük və adətən, ixtilaflı məsələrə əsaslanırıq. Allah-təala, inşallah, kömək etsin ki, bu məsələlərə əməl edək.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.