İslam İnqilabının Ali Rəhbərinin 22 fevral 2025-ci il tarixində keçirilən Beynəlxalq "Təsnim" Təfsiri Konfransının təşkilatçıları ilə görüşdəki çıxışı bu gün səhər 24.02.2025-ci il tarixdə Qum şəhərində konfransın keçirildiyi məkanda yayımlandı.
Ali Məqamlı Rəhbər bu görüşdə Qurani-Kərimin böyük müfəssiri və "Təsnim" təfsirinin müəllifi olan Ayətullah Cavad Amolinin üstün şəxsiyyətin dəyərləndirərək, Elmi Hövzənin bu fəzilətli alimin 40 ildən çox davam edən araşdırma, tədris və "Təsnim" təfsirinin tərtibi sahəsindəki fədakarlıqlarına borclu olduğunu bildirdi və əlavə etdi:
"Ayətullah Cavad Amolinin əqli və nəqli elmlər, fiqh, fəlsəfə və irfan sahələrindəki fəaliyyəti mühüm və təqdirəlayiqdir, lakin onun Qurani-Kərim təfsiri sahəsindəki fəaliyyəti ilə müqayisə edilə bilməz".
Ayətullah Xamenei "Təsnim" təfsirini şiə aləmi və Elmi Hövzə üçün böyük bir iftixar adlandıraraq, bu əsərin bəzi xüsusiyyətlərinə toxundu:
"Hörmətli müfəssirin güclü ağıl əsasında olan fikri Qurani-Kərimin incə və zərif məqamlarını anlamaqda böyük rol oynamışdır. Bu təfsir "Əl-Mizan" təfsirinə bənzər olmaqla yanaşı, daha müasir və genişdir, çoxsaylı faydalı bilgilərlə zəngin və əslində geniş bir ensiklopediyadır".
Ali Rəhbər bu təfsirin məzmunundan ən yaxşı şəkildə istifadə olunması üçün sistematik və mövzu formasında hazırlanmasını zəruri hesab etdi.
O Həzrət elmi hövzələrdə Qurani-Kərim təfsirinə kifayət qədər diqqət yetirilməməsindən təəssüfləndiyini bildirərək, "Əl-Mizan" təfsirinin müəllifi mərhum Əllamə Təbatəbainin hövzədə Qurani-Kərimin təfsiri və məfhumlarına maraq oyatma sahəsindəki rolunu yad etdi. O Həzrət belə vurğuladı:
"Hazırda Qum elmi hövzəsində təxminən 200 təfsir dərsinin keçirilməsi sevindirici və ümidverici bir hadisədir və bu baxışı davamlı şəkildə gücləndirmək lazımdır".
İslam İnqilabının Rəhbəri "Təsnim" təfsirinin ərəb dilinə tərcüməsinin tamamlanmasını İslam dünyası üçün mühüm bir addım adlandıraraq, Ayətullah Cavad Amoliyə və bu təfsirin tərtibində iştirak edən tədqiqatçılara təşəkkür etdi