Yəni Nuh (ə) 950 il öz qövmü arasında yaşamışdır, nəinki onun ömrü bu qədər olub. Mətləbin zahiri budur ki, bu böyük şəxsiyyətin dəvət müddəti 950 il olub. Buna görə də, bu məsələyə qeyri-mümkün deməyin heç bir əsası yoxdur.
Axır zamanda gələcək xilaskar bütün İbrahimi (Peyğəmbər) dinlərdə qəbul edilən bir inancdır. Yəni bir şəxs gələcək və dünyanı zülm və haqsızlıq burulğanından xilas edəcək. Bu, bütün İbrahim Peyğəmbərə aid dini ənənələrdə ortaq bir inancdır. İslamda isə bu xilaskarın adı da dəqiq şəkildə gəlib. Bütün İslam məzhəblərində bu İlahi varlıq, bu fövqəladə böyük insan Məhdi adı ilə tanınır. Bəlkə də, İslam firqələri arasında elə bir firqə tapmaq olmaz ki, Məhdinin (əleyhissalam) zühur edəcəyinə və onun Peyğəmbərin (s) nəslindən olduğuna inanmasın. Hətta onun adını və künyəsini də dəqiq qeyd edirlər. Şiə etiqadının xüsusiyyəti ondan ibarətdir ki, bu şəxsiyyəti açıq və müəyyən şəkildə təqdim edir, onu Əhli-beyt imamlarının on birincisi, yəni Həzrət İmam Həsən Əskərinin (əleyhissalam) oğlu kimi tanıdır. Şiə tarixçiləri və əqaid alimləri tərəfindən onun doğum tarixi tam dəqiqliklə qeyd edilib. Digər İslam firqələri isə adətən bunu qeyd etmir və ya qəbul etmirlər. Lakin şiələr qəti və danılmaz dəlillərlə bu böyük şəxsiyyətin varlığını, mövcudluğunu və dünyaya gəlməyini sübut edirlər.
Bəzi insanlar onun dünyaya gəlib bu qədər uzun müddət yaşaya bilməsini ağlabatan saymayıblar. Məhz bu, Həzrət Məhdi (ə) haqqında müxaliflərin irəli sürdüyü və daim təkrarladıqları yeganə etirazdır. Lakin Qurani-Kərim bu ağlabatan olmamaq şübhəsini açıq-aşkar aradan qaldırır. Həzrət Nuh (əleyhissalam) barədə buyurur:
"O, öz qövmü arasında doqquz yüz əlli il qaldı." ("Ənkəbut", 14)
Yəni Nuh (ə) 950 il öz qövmü arasında yaşamışdır, nəinki onun ömrü bu qədər olub. Mətləbin zahiri budur ki, bu böyük şəxsiyyətin dəvət müddəti 950 il olub. Buna görə də, bu məsələyə qeyri-mümkün deməyin heç bir əsası yoxdur.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
04.06.2015