Bu görüşdə Ayətullah Xamenei cənabları xalqın qələbə günü yürüşü ilə düşmənə cavab verdiyini bildirdi:
"İran xalqı 22 Bəhmən – İslam inqilabının qələbəsi ildönümü yürüşündə ardıcıl davam edən axmaqcasına olan təhdidlər qarşısında öz kimliyini və gücünü hamıya göstərdi".

O Həzrət düşmənin təbliğat bombardmanı şəraitində xalqın yürüşə çıxdığını xatırlatdı:
"Bu il İslam inqilabının qələbəsinin ildönümü yürüşündə xalqın iştirakı düşmənin məkrli təbliğat bombardmanı və yumşaq müharibə taktikalı hərəkətləri altında baş verən böyük milli bir hərəkət və xalq qiyamı idi".

"İran xalqı 22 Bəhmən günü öz vəhdət mesajını dünya xalqlarına elan etdi", - deyə İnqilab Rəhbəri buyurdu.

"Bu gün İranın müdafiə gücü dillərə düşüb və dostlarımız bununla fəxr edirlər", - deyə o Həzrət qeyd etdi.

"Düşmənlər İranın müdafiə gücündən qorxurlar", - deyə Ayətullah Xamenei bildirdi.

O Həzrət sözlərinin ardınca müdafiə sənayesindəki inkişafın davam etməli olduğunu buyurdu:
"Müdafiə sahəsindəki irəliləyişlər dayandırılmamalıdır. Təsəvvür edin ki, bir vaxtlar raketlərin dəqiqliyi üçün müəyyən bir hədd qoymuşduq, amma indi bu həddin kifayət etmədiyini və daha irəli getməyin lazım olduğunu hiss edirik. İnkişaf davam etməlidir".

Daha sonra İnqilab Rəhbəri yeniliklərə diqqət ayırmağın zəruriliyinə toxundu:
"Əgər ölkənin müdafiə sənayesində irəliləyişin davam etməsini istəyirsinizsə, yeniliklərə diqqət yönəltməlisiniz. Yenilik heç bir sərhəd tanımır".