Ayətullah Xamenei bu görüşdə Allahın Qəzzanı qalib etdiyini qeyd etdi:
"Allah müqavimətə və Qəzza xalqına izzət və qələbə nəsib etdi və Qəzzanı Qurani-Kərimin bu mübarək ayəsinin canlı nümunəsi qərar verdi: "Neçə kiçik bir dəstə Allahın tövfiqi və izni ilə çoxsaylı və güclü bir dəstəyə qalib gəlir." ("Bəqərə", 249)

O Həzrət sionistlərin heç bir hədəflərinə çatmadığını bildirdi:
"Qəzza xalqı sionist rejimə, həqiqətdə isə Amerikaya qalib gəldi və Allahın lütfü ilə onlara məqsədlərinin heç birinə çatmağa imkan vermədi".

İnqilab Rəhbəri Qəzza xalqının nümunəyə çevirildiyini buyurdu:
"Qəzza xalqının bütün əziyyətlərinin bəhrəsi sonda haqqın batil üzərində qələbəsi oldu və Qəzza xalqı müqavimətə bağlı olan hər kəs üçün nümunəyə çevrildi".

O Həzrət HƏMAS-ın müzakirə heyətinə təşəkkür etdiyini vurğuladı:
"HƏMAS-ın danışıqlar aparan nümayəndə heyətinə təşəkkür edirəm. Əldə edilən razılaşma böyük bir nailiyyətdir".

Daha sonra İnqilab Rəhbəri İslam dünyasının vəzifəsindən danışdı:
"Bu gün bütün İslam dünyasının və müqavimət tərəfdarlarının vəzifəsi Qəzza xalqının əziyyət və ağrılarını azaltmaq üçün onlara kömək etməkdir".

Ayətullah Xamenei HƏMAS-ın media sahəsindəki müvəffəqiyyətini qeyd etdi:
"Müqavimət qüvvələri və HƏMAS təbliğat və media sahəsində çox uğurlu fəaliyyət göstərdilər və bu yanaşma davam etdirilməlidir".

İnqilab Rəhbəri imanın qələbənin əsas amili olduğunu vurğuladı:
"İman müqavimət cəbhəsinin düşmənə qarşı əsas amili və müqayisə olunmaz silahıdır. Məhz bu iman sayəsində İran İslam Respublikası və müqavimət cəbhəsi düşmənlər qarşısında zəiflik hissi yaşamırlar".

İmam Xamenei Amerikanın təhdidlərinin müxtəlif təbəqələrdə heç bir təsir yaratmadığını söylədi:
"Amerikanın təhdidləri İran xalqının və rəsmilərinin, eləcə də ölkə fəallarının və gənclərinin düşüncələrində heç bir təsir yaratmır".

"Fələstin məsələsi bizim üçün əsas, qələbəsi də qəti bir məsələdir", - deyə qeyd etdi.

"Son qələbə Fələstin xalqının olacaq, - deyə buyurdu.