Fəcr ongünlüyü ərəfəsində İslam Respublikası ordusunun Silahlı Qüvvələr və Hava Hücumundan Müdafiə komandirləri 07.02.2025-ci il tarixdə səhər saatlarında İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Fəcr Ongünlüyü və 1979-cu ilin fevral ayının 8-də bir qrup Hava Qüvvələri zabitinin Həzrət İmam Xomeyni ilə tarixi beyətinin ildönümü ilə eyni zamanda İran İslam Respublikası ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin bir qrup komandanı və əməkdaşları İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei Amerikayla müzakirənin sanksiyalara görə olduğunu qeyd etdi:
"2010-cu illərdə Amerika ilə müzakirə etdik və bir müqavilə də bağlandı. İndi Amerikada iş başında olan şəxs həmin müqaviləni cırdı. Ondan qabaq da onlarla müqavilə bağlanan şəxslər o müqaviləyə əməl etmədilər. Müqavilə sanksiyaların aradan qaldırılması üçün idi, lakin sanksiyalar götürülmədi".
"Amerika kimi bir dövlətlə müzakirə edilməməlidir", - deyə bildirdi.
"Amerika kimi bir dövlətlə müzakirə etmək ağıllı, müdrikcəsinə və şərəfli bir iş deyil, - deyə o Həzrət vurğuladı.
Daha sonra İnqilab Rəhbəri problemlərin əsas amilinə toxunaraq belə qeyd etdi:
"Amerika ilə müzakirə etməyin ölkə problemlərinin həllində heç bir təsiri yoxdur. Problemləri həll edəcək amil (inqilaba qəlbi bağlılığı olan) cavabdeh məsul rəsmilərin himməti və xalqın birliyidir".
Ayətullah Xamenei Amerikanın dünya xəritəsini kağız üzərində dəyişdiyini bildirdi:
"Amerikalılar kağız üzərində dünyanın xəritəsini dəyişirlər! Əlbəttə, bu da kağız üzərindədir, həqiqətdə isə heç bir gerçəkliyi yoxdur".
İnqilab Rəhbəri Amerikanın təhdidləri barədə belə buyurdu:
"Amerikalılar bizim haqda da nəzər bildirirlər. Əgər onlar bizi təhdid etsələr, biz də onları təhdid edərik".
"Əgər amerikalılar təhdidlərini əməli formada icra etsələr, biz də təhdidlərimizi əməli formada edərik", - deyə bildirdi.
O Həzrət amerikalıların təhlükəsizlik təhdidinə o səthdə cavab veriləcəyini qeyd etdi:
"Əgər amerikalılar millətimizin təhlükəsizliyini pozsalar, biz də onların təhlükəsizliyini pozarıq".