Həzrət Ayətullah Xamenei İslam İnqilabının Ali Rəhbəri bu gün səhər 30.01.2025-ci il tarixdə mübarək Fəcr Ongünlüyü ərəfəsində Həzrət İmam Xomeyninin pak hərəmini ziyarət etdi və Qurani-Kərimdən ayələr oxuyaraq İslam Respublikasının banisinə öz ehtiramını göstərdi.
İnqilab Rəhbəri, həmçinin 28 iyul 1981-ci il tarixdə İslam Cümhuriyyəti partiyasının baş ofisi və 30 avqust 1981-ci il tarixində baş vermiş baş nazirlik ofisinin terror partlayışında şəhid olanların məzarlarını ziyarət etdi. O, xüsusilə Ayətullah Behişti, Məhəmmədəli Rəcai və Höccətül-İslam vəl-müslimin Bahünər kimi şəhidlərin xatirəsini ehtiramla yad etdi.
Həzrət Ayətullah Xamenei, həmçinin İslam İnqilabı, Müqəddəs Müdafiə və Hərəm Müdafiəsi şəhidlərinin məzarlarını ziyarət edərək, onlara Quran tilavət etdi və Allahdan bu şəhidlərin məqamlarının uca olmasını dilədi.