İraqın Baş naziri və onu müşayiət edən nümayəndə heyəti çərşənbə günorta saatlarından sonra 08.01.2025-ci il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Ayətullah Xamenei bu görüşdə İraqın təhlükəsizliyinin İrana da aid olduğunu qeyd etdi:
"İraqda nə qədər abadlıq və təhlükəsizlik hakim olsa, bu, İran İslam Respublikasının xeyrinə də olacaqdır".
O Həzrət Həşdüş-Şəbini gücləndirməyin zəruriliyindən danışdı:
"Cənab Sudaninin qeyd etdiyi kimi, Həşdüş-Şəbi də İraqda mühüm qüdrət ünsürlərindən biridir və bunun hifz olunma və güclənməsinə öncəkindən daha çox diqqət ayırmalıdır".
İnqilab Rəhbəri Amerikanın İraqda olmasının xalqın mənafeyə zidd olduğunu qeyd etdi:
"Amerikanın işğalçı qüvvələrinin İraqda olması qeyri-qanuni və xalqla dövlətin mənafeyinin ziddinədir".
Daha sonra o Həzrət Amerikanın İraqda mövqeyini möhkəmləndirmək ardınca olduğunu vurğuladı:
"Amerikanın öz mövqeyini İraqda möhkəmləndirmə və genişləndirməsinə dair dəlillər vardır və buna görə də bu işğalçılıq müqabilində ciddi şəkildə dayanmaq lazımdır".
Ayətullah Xamenei xarici dövlətlərin məntəqəyə dəxalətini qeyd etdi:
"Məntəqədə və məxsusən də Suriyada baş verən dəyişikliklərdə xarici dövlətlərin rolu tamamilə aşkardır".