09.01.1978-ci il tarixdə Pəhləvi rejiminə qarşı İmam Xomeyniyə dəstək məqsədilə Qumdakı qiyamın ildönümü münasibətilə bu şəhərin müxtəlif təbəqələrindən olan minlərlə insan bu gün səhər (çərşənbə) 08.01.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüb.
Qum əhalisi ilə görüşdə xalqın niyə bizə rəy verdiyini açıqladı və buyurdu:
"Amerikanın bütün ölkələrin rəsmilərindən istədikləri şey budur ki, onlar ölkənin müxtəlif məsələləri haqda plan hazırladıqda Amerikanın mənafeyini də nəzərə alsınlar. Bu, xalqmehvərliyin təhdididir, çünki xalq bizə onların mənafeyi istiqamətində çalışmaq üçün səs veriblər, Amerikanın deyil".
Müzakirə barədə danışan o Həzrət belə qeyd etdi:
"Nə üçün Amerika ilə müzakirə etmirik? Amerika İranda uduzub və əlindən gələn hər bir metodla düşmənlik aparır".
Düşmənin arzusundan danışan İnqilab Rəhbəri belə buyurdu:
"(İslam İnqilabından öncə) Amerikanın istəyi bu idi ki, İran tam itaətkar olsun, Amerika və sionist rejimin mənafeyini təmin etsin. Bunlar İran üçün bunu arzulayırdılar, bu gün də elə bunun arzusunu edirlər. Karter bu arzunu özü ilə qəbrə apardığı kimi, bunlar da bu arzunu qəbrə aparacaqlar".
Ayətullah Xamenei düşmənin hansı vasitələrdən istifadə etdiyini bildirdi:
"Amerika bunu yaxşı başa düşüb ki, işləri sərt müharibə vasitələri ilə qabağa aparmaq olmur. Görün ki, Qəzzada bu qədər adam öldürdüklərinə rəğmən, yenə də hərəkatı aradan apara bilmədilər. Seyid Həsən Nəsrullah kimi bir şəxsi şəhid etməklə də Hizbullahı məhv edə bilmədilər. Buna görə də mədəni və təbliğat xarakterli işlər görməlidirlər".
Müqavimət diridir, diri qalmalı və günbəgün daha da güclənməlidir",- deyə o Həzrət buyurdu.
O Həzrət dünyanın hər yerində olan müqaviməti dəstəklədiyini vurğuladı:
"Biz müqaviməti himayə edir, həmçinin Qəzza, Qərb Sahili, Livan və Yəməndəki və ümumiyyətlə, məkanından asılı olmayaraq xəbis sionist rejim qarşısında dayanan, onlara qarşı müqavimət göstərən hər bir müqaviməti dəstəkləyirik".