Bağışlayan və mehriban Allahın adı ilə 

Şərafətli və böyük Məbəs bayramı münasibətilə (bu görüşdə) iştirak edən siz möhtərəm və əzizləri, eləcə də İran milləti və bütün müsəlmanları təbrik edirəm. Məbəs bayramı tarixin ən böyük xatirələrindən biridir. Cəsarətlə bunu demək olar ki, bəşəriyyət üçün dünyada və tarix boyu baş verən ən böyük hadisə İslam Peyğəmbərinin məbəsidir. O Həzrətin mövludu haqda da bu sözləri deyirik və bunun özü də besətin bərəkəti sayəsindədir. Nə üçün insan bu qədər fəzilət və dəyərləri İslam Peyğəmbərinin məbəsi haqqında iddia edə bilir? Ona görə ki bu besətlə bəşərin dünya və axirət xoşbəxtliyi üçün kamil və son bir proqram təqdim edildi. Bəşərin kamil, son və daimi səadət proqramı (istər dünya, istərsə də axirət səadəti) besətdə təqdim olundu.

Bu hadisədə insanın müşahidə etdiyi birinci fövqəladə möcüzə və məsələ besətin münasib olmayan bir şəraitdə baş qaldırması idi. Bəsətin başlanğıcı belə bir fövqəladə məsələ ilə yanaşı oldu. O gün dünya elə bir dünya idi ki, bəşəriyyət başdan ayağa təhrif, azğınlıq və müsibət içərisində idi. Əmirəlmöminin Peyğəmbərin öz bəsətini başladan o cahiliyyət dövrü haqqında buyurur:

وَ الدُّنیا کاسِفَةُ النّورِ ظاهِرَةُ الغُرور؛

Dünya zülmətdə idi, insanlarda inkişaf, agahlıq və (aydın baxış) yox idi.

قَد دَرَسَت مَنارُ الهُدىٰ؛

Peyğəmbərlərin gətirdiyi hidayətlər, insanların önlərində və yolları üzərində qoyduqları hidayət məşəlləri və hidayət minarələri köhnəlmişdi, mahiyyətini dəyişmişdilər, xarab və təhrif olunmuşdu.

وَ ظَهَرَت اَعلامُ الرَّدىٰ

Bəşəriyyətin tənəzzül və süqut etmə əlamətləri özünü göstərirdi. Burada söhbət dünyadan gedir :

وَ الدُّنیا کاسِفَةُ النّور؛

Təkcə ərəb mühiti və Ərəbistan yarımadasından getmir. O zamanın  İran və Roma sivilizasiyaları və dünyada mövcud olan digər böyük sivilizasiyalar nəzərdə tutulur. Əmirəlmöminin Əlinin (ə) bu ifadəsi hamıya aiddir. Xülasə, bu besət və oyanış həyata keçdi ki, indi bu oyanış haqda çox söhbət etmişik və başqaları da ediblər. Yəni Peyğəmbərin qəlbində oyanışın vücuda gəlməsi və daha sonra o oyanışın cəmiyyətə sirayət etməsidir ki, bunlar digər bəhslərdir.

Besət həyata keçdi. (Yaxşı) Bu besətin praktiki proqramı nədir? Mən bunu qeyd etmək istəyirəm. (Bu məsələ) Quranda müxtəlif ayələrdə müəyyən olunub. Bu ayələrdən biri mübarək "Cümə" surəsidir:

هُوَ الَّذی بَعَثَ فِی الاُمِّیّینَ رَسولاً مِنهُم یَتلوا عَلَیهِم آیاتِهِ وَ یُزَکّیهِم وَ یُعَلِّمُهُمُ الکِتابَ وَ الحِکمَة.

məli proqram budur.

یَتلوا عَلَیهِم آیاتِه؛

Birinci iş qeyb aləmi və ilahiyyatla rabitənin açılmasıdır; maddi və maddə çərçivəsində məhdudlaşan və giriftar olan bəşəri (yəni maddədən kənarda olan heç bir şeyi tanımayıb və o haqda heç bir məlumatı olmayan) bu çərçivədən çıxarmaları və onu geniş rəbbani mərifət fəzasına daxil etməkləridir. Birinci məsələ budur, yəni iman. Birinci addım imandır.

Bəşər bu dörd divarlı məhdud və dar maddədən çıxdıqdan sonra "Yuzzəkkihim", yəni təzkiyə (məsələsi) gəlir. Təzkiyə maneə və nöqsanları aradan qaldırmaq yolu ilə yüksəltmək və inkişaf etdirmək mənasındadır. Qara nöqtələri təzkiyə vasitəsilə uzaqlaşdırmaq və onu təsirli, inkişafa hazır və tərəqqiyə çatdırmaq; budur, təzkiyənin mənası. Yaxşı, təzkiyə olunması gərəkən şey nədir? Məsələ məhz fərdin əxlaqi təzkiyə məsələsi deyil və mühüm məqam da budur. Təzkiyə, yəni çirkinlik və pislikləri aradan qaldırmaq, həmçinin batili insan batinindən, daxili əxlaqımızdan, cəmiyyətdən, əqidə və əməldən, rəftar və həyat tərzindən çıxarıb təmizləməkdir. Bu, təzkiyənin mənasıdır. Yəni bir fərdin və cəmiyyətin bütün istiqamətlərdə islahı üçün geniş bir hərəkətdir. Bütün cəhətlər dedikdə, bu, siyasətə, iqtisadi və ictimai əlaqələrə, cəmiyyət səviyyəsində, dünya və dövlətlər səviyyəsində, xalq arasında fərdlər səviyyəsində baş verən ədalətsizliklərə şamil olur və bu hərəkət təbəqələr arasında olan fasilələri inkar edir. Təzkiyə bunların hamısına şamil olur. "Yuzzəkkihim"

Təzkiyə məsələsi də bəhs olunduqdan sonra növbə təlim məsələsinə çatır. Belə deyil ki, bunlar zaman baxımından bir-birinin ardınca yer alsınlar, xeyr, tədricidir. Təzkiyə tədricidir və kənarında da təlim vardır. Təlim, yəni nə? Yəni zülmətlərin, nöqsanların, eyiblərin və batilin aradan getməsi ilə zehn, ruh və şərait hazır olduqdan sonra o zaman  İlahi hikmət və elm nurlarının təcəlli etdiyi vaxtdır. İlahi hikmət bəhsinin özü də uzun və müfəssəl bir bəhsdir. Həqiqətdə təzkiyə, şəraiti hazır edir və təlim də mənəviyyat, mərifət və elm cəhətindən insanı zənginləşdirir, cəmiyyəti zənginləşdirir və İslami (meyarlar) ölçüsündə  insan düzəldir. İnsanın tərbiyəsi İslamın ondan tələb etdiyi və istədiyi tərzdə vücuda gəlir. Bizim və hamının hazırkı problemləri bunlardadır.

Beləliklə, burada bir əsas məqam vardır və o da budur ki, bu besət, bu dəyişlik, bu çevriliş və yaxşılıq, gözəllik və aydınlıq nəşri, zülm, müsibət və bədbəxtliklərin aradan qaldırılması və kimi məsələlər bir dəfə baş verməklə bitən məsələ deyil ki, deyək, bir dəfə besət olmaqla tamam oldu. Ondan sonra hər hansı hadisə baş versə, birinci bəsətin nəticələrindəndir. Xeyr, belə deyil, bu ayə bunu demir və ayədə buyurulur:

هُوَ الَّذی بَعَثَ فِی الاُمِّیّینَ رَسولاً مِنهُم یَتلوا عَلَیهِم آیاتِهِ وَ یُزَکّیهِم وَ یُعَلِّمُهُمُ الکِتابَ وَ الحِکمَةَ وَ اِن کانوا مِن قَبلُ لَفی‌ ضَلالٍ مُبینٍ‌ * وَ آخَرینَ مِنهُم لَمّا یَلحَقوا بِهِم؛

Bu besət həm həmin zamanın insanlarına aiddir və həm də başqa insanlara. Bu ayədə "Vav" hərfi  (əvvəlki kəlməni) "Ummiyyinə" feilinə bağlayan bağlayıcıdır;  "Fil umiyyin" və " Fil Axərin" arasında besət. Bu başqaları kimlərdir?  Onlar ayənin buyurduğu "Ləmma yəlhəqu bihim", yəni hələ gəlməyən kəslərdir. Yəni bu günə qədər biz besətin müxatəbləriyik və besət bizim aramızda da vardır. Yəni indinin özündə belə, dəyərli İslam Peyğəmbəri bizim təzkiyə və təlimimizlə məşğuldur. İndi də biz besətin müxatəbləriyik. Bəşəriyyət tarixində əbədi olaraq bu besət mövcud olacaqdır. Bəşəriyyət həmişə dəyərli Peyğəmbərin təlim, tərbiyə və təzkiyəsinin müxatəbidir.

Necə ki, Peyğəmbər o gündə insanları bütlərdən uzaqlaşmağa və onları sındırmağa dəvət edirdi, bu gün də həmin xitab mövcuddur. Birinci büt bizim öz bütümüzdür, öz daxilimizdəki büt, nəfsimizin, həvəslərimizin bütüdür, İmam Xomeyninin (r) təbiri ilə vücudumuzda olan o təhlükəli heyvan olan bütdür. Yəni birinci mübarizə bizə ən yaxın düşmən olan nəfsimizlədir. Nəfsimizlə mübarizə aparmalıyıq və daha sonra xarici azğınlıqlardır ki, burada da birinci iş ən yaxın məntəqəni, yəni öz cəmiyyətimizi islah etməkdir. Bəziləri deyirlər, siz ki istəyirsiniz, dünyanı islah edəsiniz, birinci özünüzü islah edin. Bəli, ilk öncə, özümüzü, öz cəmiyyətimizi islah etməliyik. Bu dəyərli İslam Peyğəmbərinin və İslam besətinin bizdən etdiyi tələbdir ki, birinci növbədə özümüzü gərək islah edək. Biz əgər islah olsaq, İslamın bir islah olmuş nümunəsini bəşəriyyətə göstərə bilsək, bunun özünün cazibəsi vardır və cəzb edir.

Təzkiyə və təlimin iki tərəfi vardır: bir tərəfi dəvət edən və digər tərəfi isə dəvət olunan. Əgər dəvət edən olarsa (necə ki, var və Peyğəmbər bu gün bizim hamımızı dəvət edir), lakin dəvət olunan icabət etmərsə, heç bir hadisə baş verməz. Bizim inqilabda baş verən bu idi ki, dəvət olunanlar icabət etdilər. Alicənab İmam Xomeyni (r.ə) Peyğəmbərin sözünü, onun besətini xalqa bəyan etdi, xalqdan mücahidlik gəstərməyi tələb etdi, xalq da icabət etdi və bu əzəmətli hərəkat həyata keçdi, bu böyük iş baş tutdu. Bunun davamında da xalqımız Allahın tövfiqi və Pərvərdigarın fəzli ilə düzgün yolda öz hərəkətlərini davam etdirdilər və müvəffəqiyyətlər ələ gəldi. Bəzi yerlərdə də səhlənkarlıq göstərdik və nəticədə müvəffəq olmadıq.

Bu sünnətin davamı vardır və bu sünnət daimidir. Nə vaxta qədər ki Peyğəmbərin dəvətini icabət etdik, o zaman təzkiyə və təlim hasil olar, o tərəqqi və inkişaf vücuda gələr. İnkişaf da təkcə mənəvi və axirətə məxsus deyil, xeyr

«رَبَّنا آتِنا فِی الدُّنیا حَسَنَةً وَ فِی الآخِرَةِ حَسَنَة»

dünya və axirət inkişafıdır. Dünya və axirət xoşbəxtliyidir. Dünya insanları, dünya və axirət əhli üçün nümunə yaradandır. Peyğəmbər hazırda bizləri dəvət edir. Biz həmin

لَمَّا یَلحَقُوا بِهِم

"ləmma yəlhəqu bihim", yəni  başqalarıyıq ki, gərək icabət edək. Məbəs bayramı günü və Məbəs ildönümündə bu məqama diqqət etməliyik ki, dəyərli İslam Peyğəmbərinin xitabı bizə də aiddir. Əgər icabət etməsək, o zaman həmin ayənin ardı (bizlərə) şamildir:

مَثَلُ الَّذینَ حُمِّلُوا التَّوراةَ ثُمَّ لَم یَحمِلوها

Tövratı onlara verdilər (Tövratda nur var idi, İlahi hikmət və dəvət mövcud idi və Tövrat İlahi göstərişlər məcmuəsi idi), (onlar isə) əməl etmədilər. Əgər biz də əməl etməsək, elə həmin şey olacaqdır:

مَثَلُ الَّذینَ حُمِّلُوا التَّوراةَ ثُمَّ لَم یَحمِلوه

Bu mətləb besət haqda idi ki, qeyd etdim.

Mən bunu demək istəyirəm ki, bu gün dünya bu dəvətə və bu besətə ehtiyaclıdır. Bu gün dünya insanlarının yaşayışı yaxşı yaşayış deyil. İndi dünya ölkələrinin bəzilərində zahiri( inkişaf, tərəqqi) mövcuddur, lakin bu zahirdə görsənənlər o cəmiyyətlərin xoşbəxtliyinə dəlalət etmir. O cəmiyyətlərdə də bütün cəmiyyətlərdə olduğu kimi, fəqirlik vardır, bədbəxtlik, ayrı-seçkilik, zülm və ədalətsizlik mövcuddur. Bu gün bəşər maddə çərçivəsində giriftardır, Peyğəmbər təzikiyəsi və təliminə, Peyğəmbər besətinə daha çox ehtiyac duyur. Bizim məsuliyyət varımızdır. Bizim məsuliyyətimiz özümüzü düzəltmək və dünyaya bir İslami ölkə və cəmiyyətin nə cür idarə edilməsini göstərməyimizdir. Sözün həqiqi mənasında əməl edək, necə ki, bəzi yerlərdə əməl etdik və əlhəmdulillah, dünyaya öz təsirlərini qoydu. Səhlənkarlıqlarımız olsa da, müvəffəqiyyətlərimiz də vardır, əlhəmdulillah.

Qəzza mövzusunda bir cümlə qeyd edim. Qəzza (hadisəsi), təəssüf ki, davam etməkdədir. Bu müsibət İslam dünyasının müsibətidir, daha doğrusu, bundan da artıq bəşəriyyətin müsibətidir. Bu onu göstərir ki, dünyanın hazırkı nizamı nə qədər də batil bir nizamdır. Yəni dünya qüdrətlərinin mühüm bir hissəsi bu gün cinayətkar və əli qana bulaşmış sionist rejimə dəstəkdirlər ki, (bu rejimin) müqabil tərəfi mübarizlər deyil, (əksinə) uşaqlar, qadınlar, xəstələr, xəstəxanalar və camaatın evləridi Amerika və İngiltərə bunların arxasında dayanıb, bir çox Avropa ölkələri və onlara tabe olan və onları təqlid edən ölkələr sionist rejimin arxasında dayanıblar. Diqqət edin ki, bu dünya nizamının batil olmasını həmin Qəzza hadisəsindən anlamaq olar. Bu, qalıcı deyildir, davam gətirməyə qadir deyildir və aradan gedəcəkdir.

Qəzza hadisəsi dünyada Qərb sivilizasiya və mədəniyyətini  rüsvay etdi. (Bu hadisə) göstərdi ki, bunların sivilizasiyasında rəhimsizlik elə həddə rəvac tapıb və icazəlidir ki, xəstəxanaları necə vurduqlarını, bir gecədə yüzlərlə nəfəri qətlə yetirdiklərini, üç-dörd ay ərzində 30 minə yaxın insanı (bunların əksəriyyəti qadın və uşaqlardır) bir məntəqədə necə qətliam etdiklərini gözlərimiz önündə müşahidə etdik.

Sionist rejimin arxasında Amerika dayanıb. Sionistlərin özləri bunu deyirlər, özləri etiraf edirlər. Deyirlər ki, əgər Amerika silahları olmasaydı, sionist rejim bir gün belə, bu döyüşü davam etdirə bilməzdi. Elə ilk gündən Amerika silahları bunlara tərəf göndərildi; həm pul göndərilirdi, həm silah, həm də siyasi yardım və bu kimi şeylər. Onlar həm cinayətkardır və həm də bu acı hadisədə məsuliyyət daşıyırlar.

Həll yolu məhz budur ki, dünyanın böyük qüdrətləri özlərini kənara çəksinlər, sionist rejimin tərəfdarı olan qüdrətlər bu hadisədən özlərini kənarlaşdırsınlar. Fələstinli mübarizlər özləri meydanı necə idarə edəcəklərini bilirlər, necə ki, bu günə qədər idarə ediblər və əlhəmdulillah, bu günə qədər mühüm və ağır zərbəyə məruz qalmayıblar. Sionistlərin müqabil tərəfi orada olan həmin məzlum və müdafiəsiz insanlardır.

Dövlətlərin üzərinə düşən vəzifə sionist rejimə siyasi, təbliğatyönümlü, silah-sursat və istehlak mallarını vermək baxımından köməyi dayandırmaqdır. Millətlərin də vəzifəsi dövlətlərə təzyiq göstərməkdir ki, bu böyük vəzifəni yerinə yetirsinlər. Bu iş yerinə yetirilməlidir və inşallah, Allahın tövfiqi ilə Qəzza əhalisinin qələbəsi günbəgün daha çox aşkar olacaqdır.

Ümid edirəm ki, məzlum Fələstin xalqı, Qəzza və Fələstinin digər məzlum əhalisi qələbənin şahidi olsunlar və öz düşmənlərini, inşallah, diz çökdürə bilsinlər.

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.