Dəyərli İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) Besət bayramı ilə eyni günə təsadüf edən və 08.02.2024-cü il tarixdə səhər saatlarında bir qrup dövlət rəsmiləri, İslam ölkələri nümayəndə və səfirləri İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Bu görüşdə Ayətullah Xamenei dünya müsəlmanlarını təbrik edərək bildirdi:
"Bütün dünya müsəlmanlarını Məbəs bayramı münasibəti ilə təbrik edirəm. Qətiyyətlə deyə bilərik ki, tarix boyu dünyada bəşəriyyət üçün ən mübarək və ən böyük hadisə İslamın dəyərli Peyğəmbərinin (s) besətidir".
O Həzrət Peyğəmbərin xitabının bu gün və hər zaman üçün mövcud olduğunu qeyd etdi:
"Bu gün və həmişə bəşəriyyət İslam Peyğəmbərinin təlimlərinin müxatəbidir. Necə Peyğəmbər o gün insanları bütlərdən uzaq olmağa və onları sındırmağa çağırdısa, bu gün də eyni xitab mövcuddur. Bu, dəyərli İslam Peyğəmbərinin (s) və İslam besətinin bizdən tələbidir".
İnqilab Rəhbəri müsəlmanların islahı və həqiqi İslamın bəşəriyyətə çatdırılması şərti ilə onların İslama cəlb ola biləcəyini vurğuladı:
"Müsəlmanlar islah olsalar və İslamın əsil və həqiqi nümunəsini bəşəriyyətə göstərsələr, bəşəriyyət İslama cəlb olunacaq".
Qəzza hadisəsinin bəşəriyyətin müsibəti olduğunu qeyd edən o Həzrət belə buyurdu:
"Qəzza müsibəti İslam dünyasının, hətta ondan da yuxarı, bəşəriyyətin müsibətidir".
Ayətullah Xamenei Qərb sivilizasiyasındakı qəddarlığın rəvac tapdığını bildirdi:
"Qəzza hadisəsi Qərb sivilizasiyasını rüsvay etdi. Qərb sivilizasiyasında qəddarlıq o həddə rəvac tapıb ki, xəstəxananı vururlar, bir gecədə yüzlərlə insanı öldürürlər, dörd ay ərzində otuz minə yaxın insanı qətlə yetirirlər". "(Hazırkı) Dünya nizamının puç olduğunu Qəzzada baş verən bu hadisədən anlamaq olar",- deyə o Həzrət buyurdu.
İnqilab Rəhbəri təkrar olaraq millətlərin dövlətlərdən müxtəlif cəhətlərdən sionistlərlə əlaqələrini kəsməyini tələb etmələrini vurğuladı:
"Qəzza məsələsinə gəlincə, hökumətlərin vəzifəsi sionist rejimə siyasi və təbliğat yardımının, silah və istehlak mallarının getməsinin qarşısını almasıdır. Bu dövlətlərin vəzifəsidir. Millətlərin vəzifəsi hökumətlərin bu vəzifəni yerinə yetirməsi üçün onlara təzyiq göstərməsidir".
"İnşallah, Qəzza xalqının qələbəsi günü-gündən daha aydın görünəcək",- deyə Ayətullah Xamenei qeyd etdi.