Ayətullah Xamenei bu görüşdə besətin fikri inqilab yaradan olduğunu qeyd etdi:
"İslam Peyğəmbərinin besəti bəşəriyyət tarixinin düşüncə və idrak sahəsində inqilab yaratmış ən mübarək və ən böyük hadisələrindən biridir".

İnqilab Rəhbəri müqavimətin dünya çapında hegemoniyanı tanıtdırdığını vurğuladı:
"İslam məmləkəti olan İranda başlanmış müqavimət müsəlman xalqları oyatdı. Bir çox qeyri-müsəlmanların vicdanlarını da oyatdı. Bir çox xalqlar beynəlxalq hegemoniyanı tanımırdılar, bu müqavimət bunun tanınmasına səbəb oldu".

Ayətullah Xamenei Qəzzanın sionistləri diz çökdürdüyünü bildirdi:
"Kiçik bir məhdud ərazi olan Qəzza tam silah-sursata sahib və arxasında Amerikanın kamil dəstəyi olan sionist rejimi dizə çökdürdü. Bu həmin müqavimətin bir təzahürü və qəlbi Allaha bağlamaqdır. Bu həmin "İzzət bütünlüklə Allaha məxsusdur" ayəsinə etiqad etməkdir".

Hizbullahın ruhiyyəsindən danışan o Həzrət belə buyurdu:
"Dünyada Seyid Həsən Nəsrullah həddində neçə dənə böyük şəxsiyyətimiz var? O, Hizbullah sıralarından getdi. Düşmən və dost düşünürdülər ki, Hizbullah işi sona çatdı, amma bəzi hallarda Hizbullahın ruhiyyəsi daha da artdı və sionist rejim müqabilində durmağı bacardı".

O Həzrət peyğəmbərlərin bəşəriyyət cəmiyyətlərində inqilab yaratmaq üçün istifadə etdiyi vasitələri iki əsas element, yəni ağıl və iman olaraq qeyd etdi:
"Peyğəmbərlər insanın daxilindəki ağıl və imanı oyadaraq bəşəriyyətə inkişaf yolunu və düzgün yolu tapmağa kömək edirlər. Quranın düşünmək, təfəkkür etmək və dərin düşüncəyə varmağı üzərindəki təkrarlanan təkidinin səbəbi də məhz bu məsələdir".