Bağışlayan və mehriban Allahın adı ilə

و الحمد لله ربّ العالمین والصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین.

Siz əziz qardaş və bacıların, müəllimlərin, fəzilət yetişdirən və ölkənin gələcəyini quranların hər birinə ayrı-ayrılıqda xoş gəldin deyirəm. Bütün İslam ölkəsi boyu müəllim cəmiyyətinə salam deyir, Müəllim Günü münasibətilə bütün əziz müəllimlərimizi təbrik edir və xatirəsi bu günə  bağlı olan böyük və şəhid müəllim mərhum Ayətullah Mütəhhərini ehtiramla yad edirəm. Bu gün, yəni may ayının 24-ü ölkənin müəllim cəmiyyətinə sayğılarımızı ifadə etmək üçün bir fürsətdir; yəni həm təşəkkür edək, həm sayğı bildirək, həm mümkün həddə əziz müəllimlərimizə dildə ehtiramımızı çatdıraq (əlbəttə, dildə ehtiram etmək kifayət etməsə də, lazımdır) və həm də təhsil və tərbiyə ilə bağlı məsələləri də qeyd edək.

Müəllimin ehtiramı əvvəl də qeyd etdiyim kimi zəruridir. Birincisi, hədisdə gəlib ki, "Hər kəs məxluqa təşəkkür etməsə, Xaliqə də təşəkkür etməmişdir". Hər kəs müəllimlərə minnətdarlığını bildirməlidir. Siz bizim övladlarımızı tərbiyə edirsiniz, təlim verirsiniz və onları yaşayacaqları həyat üçün hazırlayırsınız və bu, böyük bir işdir. Bütün millət, ölkə boyu bütün insanların hər biri ayrı-ayrılıqda hansı mövqe və peşədə olmasından asılı olmayaraq, müəllimlərə təşəkkür etməlidirlər. İkincisi isə, mənim burada işlətdiyim, "Müəllimə təşəkkür etmək" cümləsində məqsəd ölkənin ictimai rəyinin müəllimin təlim-tərbiyə və əhəmiyyətinə diqqətinin yönəlməsi üçündür. İşlərimizdə olan bir çox problemlər ictimai rəydən qaynaqlanır. Əgər ictimai rəyin diqqəti bir məsələyə yönələrsə, o işin yerinə yetirilməsi də asanlaşacaqdır. Bizim indi təlim-tərbiyə mövzusunda maddi, məişət, iş və tədris problemi varımızdır. Əgər ictimai rəy bu mövzuda həssas olarsa, müəllimi tanıyarsa, onun qədrini bilərsə, bunun özü bütün problemlərin həllində öz təsirini buraxacaqdır. Bizim istədiyimiz də budur. Mən müəllimə təşəkkür etmək üçün ümumi vəzifəni aydın formada qeyd edirəm ki, ictimai rəyin diqqəti bu məsələyə yönəlsin.

Müəllimlik ixtisası hər nə qədər möhtərəm olarsa, bu ixtisasın cazibəsi də təbii surətdə çox olacaqdır. Cazibə də çox olarsa, yuxarı səviyyəli insanlar bu ixtisasa üz tutar və müəllim ictimaiyyəti elmi və mənəvi səviyyədə bir yüksəliş əldə edər. Əgər belə olarsa, ölkə təlim-tərbiyə cəhətdən yüksəlişə nail olacaqdır. Fikir verin ki, bu, aydın bir hesablamadır. Biz elə bir iş görməliyik ki, müəllimlik sahəsi dünyada möhtərəm olsun. Bu, mediaların, minbər sahiblərinin öhdəsində olan və ictimai danışıq yerlərində görülməli olan bir işdir ki, xalq üçün müəllimlik sahəsini tərif edib, yüksək qiymətləndirsinlər. Xülasə, bu, müəllimlik haqda bir bəhs idi.

Lakin təlim və tərbiyə haqda nə üçün danışaq? Buna görə ki Təlim-təTərbiyə, həqiqətən, ölkənin başqa orqanları sırasında deyildir. Bunu hər kəs qəbul etməlidir. İndi burada "Başqa orqanlar sırasında deyildir",-deyə qeyd etdiyim bu məsələ bir çox insanların zehnində sual yaradacaqdır. Qeyd etdiyimiz ictimai rəy burada özünü büruzə verir. "Başqa orqanlar sırasında deyildir", yəni nə? Yəni sair orqanlar insan resurslarından iş ünvanında istifadə edirlər, lakin Təlim-Tərbiyə Orqanı insan resursları icad edir. Bəli, yüksək tədris varımızdır, lakin bünövrə buradadır. Bu on iki illik təhsil müddətini az bir şey hesab etmək olmaz. İnsani resurs kimliyi təlim-tərbiyədə formalaşır. Müəllim meydanda fəal iştirak etməklə, əslində, şəxsiyyət formalaşdırır. Sizin rəftarınız, danışığınız, mövqe sərgiləməniz, işarə etməyiniz, bəzən sinifdə etdiyiniz bir zarafatın və bəzən də tünd rəftarınızın sabah ölkədə qərar verməli və qərar qəbul etməli olan gənc nəsildən ibarət müxatəbləri formalaşdırır və onlarda təsiri vardır.

Deməli, təlim-tərbiyə budur, yəni insani resursları təlim-tərbiyə hazırlayır. İnsan resursları hər bir ölkənin ən böyük sərvətidir. Əgər biz neftə, mədənlərə, yeraltı qızıla, yeraltı sərvətlərin hər bir növünə də sahib olsaq, yaxşı havaya, fəzaya malik olsaq, lakin bütün bunlarda istifadə edəcək və bu sərvətlərdən iş ələ gətirə biləcək insan resurslarına sahib olmasaq, bunun nə faydası olacaqdır? Afrika ötən əsr dünyanın ən çox və ən yaxşı sərvət mənbəyi idi, lakin bunlardan istifadə edəcək insanları yox idi. Avropalılar bu fürsətdən istifadə edərək, gəlib Afrikanı pis vəziyyətə saldılar, sərvətlərini toplayıb apardılar. İnsan resurslarının əhəmiyyəti bundan ibarətdir. Bu insan resurslarını təlim-tərbiyə hazırlayır. Ölkəmizdə başqa yerlər kimi əmniyyət, inkişaf, sağlamlıq, rifah, elm və təhqiqlərimizin, o cümlədən bütün insani və İslami dəyərlərimizin insan qüvvəsinə və insan resurslarına ehtiyacı vardır. Bu insan resurslarını təlim-tərbiyə düzəldir. Bəs, təlim-tərbiyə haqda çox danışmaq, çox söhbət etmək və iş görmək lazımdır.

Bir neçə mətləb də bu əsasla təlim-tərbiyə haqda qeyd edirəm. Əlbəttə, cənab nazirin çıxışları da çox yaxşı idi və bu çıxışların bir çox hissəsi əvvəllər verdiyim məsləhət və qeydlərə əsaslanmışdı. Əlbəttə, qeyd etdiyi inkişaflar mühüm inkişaflar idi. Onlardan bəziləri bizə verilən hesabatlarda mövcuddur və indi mümkündür ki, qeyd edək.

Bir neçə kəlmə təlim-tərbiyə haqda qeyd edirəm. Bir neçə qısa kəlmə də ölkənin müəllim ictimaiyyətindən olan gözləntilər haqda da deyəcəyəm.

Təlim-tərbiyə fonunda bir neçə başlıq xatırladıram. Hamısından daha əhəmiyyətli olan başlıq cənab nazirin işarə etdiyi "Müsbət dəyişiklik" məsələsidir. Biz keçmişdə bir neçə il bu müsbət dəyişiklik sənədini çəkməcəyə qoyub, ağzını bağladıq! Heç bir hərəkət baş vermədi, buna görə də zərər etdik. Müsbət dəyişiklik sənədinə ciddi yanaşılmayan o bir neçə ildə heç bir inkişaf əldə olunmadı və zərər etdik. İndi, əlhəmdulillah, eşitdik ki, sənəd həm yenidən nəzərdən keçirilir və bitmək üzrədir, həm də onun icrası üçün strateji plan da hazırlanıb. Bunlar hamısı mühümdür. Məxsusən də bu sənədin icra edilməsi üçün strateji plan çox mühümdür. Bu sənəddən təlim-tərbiyənin bütün səthlərində öz təsirini buraxması üçün necə istifadə edilməsini bilməliyik. Bu, yaxşı bir xəbərdir. Araya fasilə düşməsinə icazə verməyin və işi ciddi şəkildə qabağa aparın.

Bütün mərhələlərdə də yüksək istedadlı ünsürlərdən istifadə olunsun. Həm təlim-tərbiyə sektorunun daxilində yüksək istedadlı şəxslər vardır və nəzarət edirlər, həm də təlim-tərbiyə sektorunun xaricində. Bəziləri də vardır ki, təlim-tərbiyədə bariz görünən işləri yoxdur, lakin fikir və nəzərlərə sahibdirlər. Onların nəzərlərindən istifadə olunmalıdır və bu sənəd günü-gündən daha çox və daha yaxşı bərpa olunmalıdır. Yəni siz bu gün sənədi yeniləsəniz, mümkündür ki, iki-üç il sonra sənədin təzədən yenilənməyə ehtiyacı olacaqdır. Çünki dəyişikliklər surətlə baş verir. Buna görə də bunlardan istifadə olunsun. Bu, birinci başlıq, yəni müsbət dəyişiklik başlığı idi.

İkinci başlıq müəllimlərin gücləndirilməsidir. Gücləndirmə də iki cürdür: biri məişət, maddi və bu kimi cəhətlərdəndir ki, bu da həmişə bizim təkid etdiyimiz məsələdir. Dövlət bu zəmində bacardığı həddə lazımi səylər göstərməlidir və bu məsələ öz növbəsində zəruri bir işdir və mümkün qədər bu zəmində səylər göstərilməlidir. Lakin gücləndirmənin başqa bir cəhəti də vardır ki, onun üzərində çox təkidlə dayanmaq istəyirəm. O da budur ki, müəllim öz mənəvi gücündən, yəni təbii surətdə təlim-tərbiyəyə olan batini eşqindən müəllimlik sahəsini gücləndirmək üçün istifadə etsin və lazımi məlumat, ehtiyac və təcrübələrdən yararlansın. Müəllimlik işinin möhkəmləndirilməsi! Biz deyəndə ki, siz insan düzəldirsiniz, insan resurslarını siz hazırlayırsınız, bu iş təkcə dərsə getməklə və kitabın müəyyən səhiflərini dərs verməklə hasil olmur, düzdür ki, bu da lazımdır, lakin təkcə o deyil. Sinifə daxil olduğumuzda bir məsul ünvanında və əlində bir cəmin və onların gələcəyinin ixtirarı olan bir şəxs ünvanında biz onun gələcəyini formalaşdırmaq istəyirik. Bu niyyətlə, bu ruhiyyə, bu maraq və bu müəllimlik peşəsindən başa düşdüyümüz düşüncə ilə dərsə girək.Müəllimlik sahəsini gücləndirmək belədir.

Yaxşı, əgər biz müəllim ictimaiyyətinin qeyd etdiyimiz həmin arzu olunan səviyyəyə çatmağını istəsək, təbii ki, müəllim yetişdirən mərkəzləri gücləndirməliyik və bu məsələyə də toxundular. Mən də təkrar olaraq Fərhəngiyan Universiteti və müəllim yetişdirən mərkəzlərə tövsiyə etmişəm, təkidlə vurğulamışam və indi də təkidlə vurğulayıram. Bu mərkəzləri kiçik hesab etmək olmaz, bunlar mühüm yerlərdir. Əslində, Fərhəngiyan Universiteti ölkənin yeni mürəbbilərini (tərbiyə işləri ilə məşğul olanları) yetişdirən bir mərkəzdir. Xülasə, bu yerlərin çox əhəmiyyəti vardır. Bu da bir məsələ.

Üçüncü başlıq isə Təlim-Tərbiyə Nazirliyində tərbiyə sektorudur. Bir zamanlar Təlim-Tərbiyə Nazirliyində tərbiyə sahəsinin nazirlikdən ləğv edilməsi fikrini irəli sürürdülər. Nə üçün? Dediklərinin məntiqi bu idi ki, tərbiyə müəllimin vasitəsilə edilməlidir. Bu söz düzdür, yəni müəllimin işi təkcə təlimdən ibarət deyil. Müəllim həm tərbiyə etməli və həm də təlim verməlidir, lakin bu kifayət etmir. Mövzu da bunun üzərindədir. Təhsil Nazirliyi təlim-tərbiyənin ən zəruri sahələrindən biridir.  Əlbəttə, bu gün tərbiyə sektorunda problemlər vardır. İndi maliyyə cəhətdən və bu müxtəlif baxışlardan çatışmazlıqlar vardır, lakin bu sahə gücləndirirlməlidir. 

Tərbiyə sektorunun birinci işi budur ki, gənclər arasında əxlaqi və ictimai zərərlərin yaranması, yayılması və metodlarının qarşısını alsın. Mən təklif etmək istəyirəm ki, gənclərimiz (milyonluq tələbə toplumu arasında çoxlu sayda aktiv gənc və yeniyetmələr vardır) gedib ictimai zərərlərin qarşısını alsınlar. Bu işin müqəddiməsi budur ki, məktəblərin özündə ictimai zərərlər mövcud olmasın. Bu iş də məktəblərdə mədəniyyət işləri üzrə müavinliyin öhdəsindədir. İndi, əlbəttə, zərərlərin çoxalması haqda statistikalar verirlər və mən bu statistikalara çox da inanmıram, bunlar çox da inanılası deyil. Lakin zərərlər mövcuddur. Yəni tünd rəftarlar, namünasib əxlaqi rabitələr və adlarını dilimə gətirmək istəmədiyim bir çox şeylər. Tərbiyə sektoru bunları həll etməlidir.

Tərbiyə sektoruna aid olan məsələlərdən biri də ölkənin və İslam Respublikası nizamının əsaslı mənafelərininin bəyan olunmasıdır.

Bunlar bəyan olunmalı və cavanlara deyilməlidir. Təlim-tərbiyədə və məktəblərdə olan milyonlarla gənc və yeniyetmələrimiz hökumətin və ölkənin əsas mənafelərini ölkənin dost və düşmən cəbhələrini, ölkənin ehtiyac duyduğu əsas məsələləri tanısalar, daha düşmənlərin təbliğatı, ölkənin ictimai rəyini azdırmaq üçün bu qədər milyardlarla pul xərcləyib, iş görməsi zərərsiz olacaqdır. Əgər bu zəmində yeniyetmələrimizin qarşısı alınsa, məşhur bir təbirlə desək, yeniyetmələr vaksinasiya olunsalar, düşmənin bu təbliğatları təsirsiz olacaqdır.

Ölkənin gənci öz ölkəsinin mənafelərinin nələrdən təşkil olunduğunu və arxasında hansı məntiqin dayandığını bilməlidir. Bu da mühüm məsələdir. İndi, məsələn, fərz edin ki, Amerika haqda "Ölüm olsun, Amerikaya" şüarını verirlər. Bəli, gənc şüar verir, lakin nə üçün "Ölüm olsun, Amerikaya" və "Ölüm olsun, sionist rejimə" dediyimizi bilməldir. Bunu dərk etməli və məntiqini də bilməlidir. Nə üçün biz deyirik ki, filan dövlətlə, filan ölkə ilə əlaqə yaratmağa hazır deyilik və bunun səbəbi nədir? Bu ümumi mənafelərin arxasında dayanan əqli məntiqlər bilinməlidir. Bu da tərbiyə sektoruna aid başqa bir başlıq idi.

Bir növbəti başlıq da təlim-tərbiyə sektorunda stabil idarəçilikdir. Mənə verilən hesabatlara əsasən, ötən uzun illər ərzində bizim orta hesabla hər iki ildən bir, bir nazirimiz olub; hər iki ildə bir nazir! Bəs, indi bu orqanın vəzifəsi məlumdur ki, nə olacaq?  Gəlib bir əsaslı işi görənə qədər bir nazir getməlidir. Nazir getdikdə də onun nəzarəti altında olan idarəçilik məcmuəsi dəyişiləcəkdir və əsaslı iş bir yerə çatmayacaqdır. (Buna görə də) Mən stabil idarəçilik məsələsi üzərində təkid edirəm. Yuxarı səviyyəli idarəçilikdən tutmuş, orta səviyyəli idarəçiliyə qədər sabitlik olmalıdır ki, proqramı icra etmək mümkün olsun. Bu növbəti başlıq idi və təbii ki, həm təlim-tərbiyə sektorunun daxilinə şamildir, həm də bu sektordan xaricə.

Mənim nəzərimdə mühüm olan başqa bir başlıq da ölkənin müəllim cəmiyyətində örnək formalaşdırmaqdır. Ölkənin müəllim cəmiyyətində nümunə formalaşdırmaq mühüm məsələdir. Sizin ölkə boyu müəllim cəmiyyətində örnək olan müəllimləriniz kimlərdir? Bizim başqa sahələrdə ülgülərimiz vardır. Məsələn, idman sahəsində qəhramanlarımız, sənətdə görkəmli sənətkarlar, dini təlim və ruhanilik sahəsində bir dəstə görkəmli ruhanilər başqaları üçün örnəkdirlər. Din tələbəsi mərcəyi-təqlidə, o böyük dərs deyənə (bir nümunə ünvanında) baxır. Müəllim cəmiyyətində bu nümunələr kimlərdir?  Bununlar tanıtdırılmalıdırlar. Təlim-Tərbiyə Nazirliyi müəllim göstəriciləri baxımından başqalarından seçilən və görkəmli müəllimləri bütün ölkə boyu tapıb, cəmiyyətə tanıtdırsınlar. Məsələn, fərz edin ki, yaxşı tədris edən bir müəllim vardır, yəni fövqəladə tədris etmə qabiliyyəti var. Müəllim vardır ki, ömrünün uzun müddətini təlim verməklə keçirmişdir. Biz əlli il, altmış il müəllimlik edən barmaq sayı qədər az miqdarda müəllim tanımışıq. Çox mühüm məsələdir və bu bir örnəkdir. Bir müəllim ki çətin şəraitli bölgələrdə müəllimlik edir; məsələn, təsəvvür edin ki, velosipedlə uzaq bir bölgəyə beş-on nəfər şagirdə dərs vermək üçün gedib-gəlir.

Müxtəlif daxili, cismi və ruhi narahatlıqlara rəğmən, təlim və tərbiyə işini tərk etməyən və bu sahəyə əhəmiyyət verən müəllimlər qəhrəmandırlar. (Təlim-Tərbiyə Nazirliyi) Bütün ölkə boyu belə şəxsləri tapıb bir qəhrəman ünvanında cəmiyyətə tanıtdırsınlar. Hər əyalətdən növbə və ardıcıllıqla üç nəfər, beş nəfər, ya on nəfər seçilərək, qəhraman ünvanında tanıtdırılsınlar və bir qəhrəman ünvanında da imtiyazlar nəzərə alınsın. Bu iş də lazımi və müəllimlər üçün təşviqləndirici bir işdir. Bizim belə təşviqləndirici işlərə ehtiyacımız vardır.

Lakin müəllimlərdən olan gözləntilər haqda lazımi məsələləri də qeyd edim.

Bizim siz müəllimlərdən də gözləntilərimiz vardır. Bəlkə də, ən mühüm olan və bayaq da işarə etdiyim gözləntilərdən biri budur ki, müəllim təkcə elmi tədris edən deyil, eyni zamanda şagirdin şəxsiyyətini də formalaşdırandır. Bu məsələyə diqqət edin. Diqqət edin ki, siz bu gənc və yeniyetmənin şəxsiyyətini formalaşdırırsınız. Əgər dərindən iş görsəniz və (o şagird) universitetə getsə, universitetdə mövcud olan problem ona təsir etməyəcək, onun şəxsiyyəti formalaşacaqdır. Siz həqiqətdə sinifinizdə olan bu gənc və yeniyetmənin batini potensial və istedadlarını üzə çıxarırsınız. Onun istedad olaraq yazmaq qüdrəti olsa da, hazırda yaza bilmir və siz bu istedadı əməli mərhələyə keçirirsiniz. Yaxud da onun müəyyən bir məsələni həll etmək istedadı vardır, lakin məsələni indi həll edə bilmir, yəni məsələni həll etmək istedadına sahib olsa da, edə bilmir. Siz bunları ona öyrədirsiniz. Yəni siz, əslində, eynilə içərisində qızıl və gümüş olan mədənlərdən qızıl-gümüş çıxarılan kimi, o şagirdin də istedadlarını üzə çıxarsınız. Beləliklə də, sizlər şəxsiyyət formalaşdırırsınız. Şagirdə birinci növbədə elm öyrətməli, eyni zamanda onda özünəinam, himmət və maraq yaratmalı, ona iş görmək və dərs üçün şövq verməlisiniz ki, özündə olan bu qabiliyyətləri üzə çıxara bilsin. Bu, birinci mətləb.

İkinci mətləb şagirddə olan istedadların kəşfi əsasındadır. Sizin hər kəsdən qabaq bu gənc və yeniyetmə ilə rabitəniz vardır. Ata-ananın bu qədər onunla rabitəsi yoxdur, məxsusən də bu son zamanlarda olan problemlər və maşın və bunun kimi vasitələrin mövcud olduğu dönəmlərdə. Siz onun istedadlarını kəşf edə bilərsiniz. Əgər müəllim şagird haqda diqqət etsə, onun istedadlarını kəşf edə bilər. Bu (kəşf etdiyiniz) istedadları ya özünüz çiçəkləndirin, ya valideynlərinə deyin və yaxud da lazımi mərkəzlərə müraciət edin ki, onlar bu istedadları çiçəkləndirsinlər. Bu da ikinci mətləb.

Mənim nəzərimdə bu üçüncü mətləb də çox əhəmiyyətlidir və o da budur ki, siz öz şagirdlərinizə milli baxış verin. Yəni nə? Yəni bizim ölkə idarəçiliyi və inkişafı üçün geniş xəritməmiz vardır və bu xəritə bir cədvəldən ibarətdir. Əgər bu cədvəlin xanaları düzgün doldurulsa, bu, ölkənin tərəqqisi ilə nəticələnəcəkdir. Sizin dərsiniz bu cədvəlin xanalarından biridir. Bu şagird özünü məcmuənin bir hissi bilməli, toplumdan biri hesab etməlidir. Bilməlidir ki, indi ki dərs oxuyur, həqiqətdə bunun özü ümumi və ictimai hərəkətin bir hissəsidir, ölkə inkişafının bir qətrəsidir. Bunu şagirdin zehninə ötürmək gərəkdir. Əlbəttə, müəllimin özü bunu şagirddən əvvəl dərk etməlidir. Bu bizim müəllimlərə olan tövsiyəmizdir. Bunu bilin ki, sizin bu dərsiniz ümumi məcmuədən ayrı, müstəqil bir şey deyil, əksinə, bu, bütöv məcmuənin hissələrindən biridir ki, ölkə adlanan, cəmiyyət və nizam hesab edilən əzəmətli bir maşını öz hərəkəti ilə irəli aparır. Öz peşənizə bu görüşlə baxın və bu görüşü şagirdə də ötürün. Bu, şagirdə verilən həmin şəxsiyyətdir. Yəni şagird gərək dərk eləsin ki, o, bir məcmuənin, bir toplumun üzvüdür və bütün ölkəni hərəkət etdiririr. Onun işi məhz şəxsi işdən ibarət deyil. Düzdür, hazırda o dərs oxumaqda, öyrənməkdədir, lakin bu öyrənməyin özü ölkədə baş verən böyük bir işin bir hissəsi və bir qətrəsidir. Bu dərk şagirdə ötürülməlidir. Şagirdi milli iftixarlar, ölkənin mövcud imkanları, habelə düzgün yolları keçməklə, doğru şüarlar verməklə ələ gələn qələbələrlə tanış edin. Bunların kənarında xətərlərlə, düşmən və düşmənçiliklərlə də tanış edin. Bu da (müəllim cəmiyyətindən olan) başqa bir gözləntidir.

Müəllimdən olan növbəti gözlənti ümid yaratmaq məsələsidir. Mən gənclər üçün daim ümid məsələsi üzərində israrlıyam. Səbəb də budur ki, ümid həqiqətdə ölkənin gələcəyini zəmanət altına alır. Əgər kimsə bu günün gənc və yeniyetməsində ümid icad edərsə və ona ümid ötürərsə, həqiqətdə ölkə gələcəyinin formalaşmasına kömək etmişdir. Hökumətə, ya hər hansı bir şəxsə və yaxud da dövlətə inadkarlıq göstərmək üzündən cavanları naümid edənlər, əslində, ölkənin gələcəyinə zərbə vururlar. Ümid formalaşdırmaq budur ki, onlara (ölkənin əldə etdiyi) inkişafları açıqlayın, müsbət tərəfləri izah edin və maraq doğuracaq gələcək planları bəyan edin. Mümkündür ki, ölkədə, nizamda və ya dövlət işində olan hər hansı bir zəif nöqtə zehninizdə olsun, lakin zəruri deyil ki, bunu gəncə ötürəsiniz və bu işin həmin gəncdə naümidlik yaratmağına səbəb olasınız. Siz onun gələcəyə ümidvar olması üçün səy göstərin. Məhz bu ümiddir ki, onu hərəkətə gətirəcək və düzgün olan yolda irəli aparacaqdır. Ümid ötürmək ölkə gələcəyinə bir xidmətdir. Bu da bir mətləb idi.

Növbəti mətləb də budur ki, şagirdi elm və tərbiyənin kənarında ictimai fəaliyyətlərə də təşviq edin. Bizim hazırda (yerinə yetirilməsi gərəkən) çoxlu sayda ictimai işlərimiz vardır. Gəncləri həmin məsciddə olan fəaliyyətlərə, mömincəsinə olan yardım etmələrə, küçə və prospektlərdə təşkil olunan Nimeyi-Şaban, Qədir-Xum və bu kimi  bayram şənliklərinə, abadlaşdırma sahəsinə aid olan ictimai fəaliyyətlərə, Rahyane-Nura (Səkkiz illik müharibə xatirəsi olan cəbhə xəttinə getmək), inkişaf etməkdə olan quruculuq işləri səfərləri və ya bəzi cavanların uzaq kəndlərə gedib fəaliyyət göstərdiyi işlərə və bu qəbildən olan fəaliyyətlərə təşviq edin. Belə işlər onları təcrübəli edir.  Bundan əlavə, ölkədə çoxlu düyünə düşmüş işləri açır. Bizim hazırda ölkədə on yeddi milyona yaxın şagirdimiz vardır. Bu on yeddi milyondan müxtəlif sahələrdə rol ifa edə biləcək ən azı yeddi milyon gənc və yeniyetmələr vardır. Bu qüvvələrdən ölkə və ölkə işlərini inkişaf etdirmək üçün maksimum dərəcədə istifadə olunmalıdır. Bu da başqa bir məsələ idi.

Sonuncu məsələ də bayaq cənab nazirin bəyan etdiyi məharət öyrətmə məsələsidir. Mən bir neçə gün bundan öncə burada–hüseyniyyədə əziz fəhlələrlə görüşərkən dedim ki, fəhlənin bu məharət səviyyəsinin təməli məktəbdə əldə olunur. Yəni əgər məktəbdə bir məharət öyrədilsə (texnoloji və bu kimi sahələrə aid müəssisələrdən başqa ölkənin adi məktəblərində bu təlim həyata keçərsə), nəzərə gələn budur ki, çox böyük bir inkişaf əldə olunar.

Bu bizim gözləntilərimizdir. Əlbəttə, əziz müəllimlərimiz yaxşı iş görürlər və onların əksəriyyəti bizim bunları onlara deməmişdən özləri bu gözləntiləri doğruldurlar. Lakin bunlar müəllim ictimaiyyətində ümumiləşməlidir.

Qəzza məsələsi bu gün dünyanın birinci məsələsi, yəni beynəlxalq səviyyədə olan bir məsələdir. Sionistlər və himayədarları olan Amerika və Avropa Qəzza məsələsini ictimai rəyin gündəmindən çıxarmaq üçün hər nə edirlərsə, nail ola bilmirlər. (Bunun üçün) ABŞ və Avropa universitetlərinə nəzər salın. Bu gün yenə də xəbərlərdə oxuyuram ki, bir neçə universitet də Avstraliya və müxtəlif Avropa ölkələrində (etirazlara) qatıldılar. Yəni millətlər Qəzza mövzusuna nisbətdə həssasdırlar. Bu məsələ dünyanın birinci məsələsidir. bu məsələnin dünya əhalisinin beynəlxalq baxışından və dünyanın birinci məsələsi olmasından çıxmağına imkan verməməliyik. Sionist rejim üzərinə təzyiq günbəgün daha da artmalıdır.

Bir məqam da mövcuddur və bu məqama da diqqət olunsa, yaxşı olar. Bu gün bütün dünya sionist rejimin rəftarını müşahidə etməkdədir. Altı ay ərzində otuz mindən artıq insan qətlə yetirib ki, bunların ən azı yarısı qadın və uşaqlardan ibarətdir. Bu, kiçik bir şey deyil. Bu qədər amansızlıq, bu qədər vəhşilik az bir şey deyil ki, bu quduz it fələstinli uşaqların, xəstələrin, qoca və qadınların canına susayıb. Bu, İslam Respublikasının həmişəki mövqeyini dünya əhalisi üçün isbat edən məsələlərdən biridir. Bu məsələ İslam Respublikasının həmişəki mövqeyinin haqq olmasını sübuta yetirdi. Nə üçün on illərdir ki, İslam Respublikasında "Ölüm olsun, sionistə" şüarı verirlər? Bu haqq olan mövqe sübut olundu. Bütün dünyaya göstərildi ki, haqq İslam Respublikası və İran milləti ilədir. Çünki bu rejim öz şər və xəbis zatını bu böyük imtahanda göstərdi. Bununla da, İslam Cümhuriyyətinin haqq olması isbat olundu.

Digər bir məqam da Amerikanın rəftarıdır. Siz mülahizə edin ki, amerikalılar və onlara aid olan təşkilatlar İsraillə dildə müxalifət etməklə hansı rəftarı sərgiləyirlər!  Amerikalı tələblər nə dağıdıb tökmək şüarı verdilər, nə kimisə öldürdülər və nə də hər hansı bir yeri yandırdılar. Onlara qarşı bu şəkildə rəftar olunur. Amerikalıların bu rəftarı da İslam Respublikasının Amerikaya bədbin olmaqda sərgilədiyi mövqeyin haqq olmasını sübuta yetirdi. Yəni, əslində, bu məsələ sizin "Ölüm olsun, Amerikaya" dediyiniz şüara dəstək oldu. Hamıya göstərdi ki, Amerika cinayətə şərikdir. Mümkündür ki, bir zaman, məsələn, ürək yandırmaq və bu kimi ünvanda hər hansı bir söz demiş olsunlar, lakin yalan və həqiqətin ziddinədir. İnsanın əməldə müşahidə etdiyi hər şey bu böyük cinayətdə, sionist rejimin bağışlanılmaz günahında Amerikanın şərik olduğundan xəbər verir. Bunlar cinayətdə şərikdirlər. Necə ola bilər ki, insan belə bir nizama və belə bir rejimə qarşı nikbin olsun və ya onun sözlərinə etimad etsin? Bu necə mümkündür? Bu bir məqam.

Növbəti məqam da bu davam etməkdə olan məsələ fonunda Fələstin məsələsidir. Bizim nəzərimizə əsasən, Fələstin öz həqiqi sahiblərinə qaytarılmayana qədər Qərbi Asiya məsələsi həll olmayacaqdır. Əgər iyirimi və yaxud otuz il də sonra bu rejimi ayaq üstə saxlamağa çalışsalar (bu işi də görə bilməzlər, inşallah), bu problem həll olmayacaqdır. Fələstin öz həqiqi sahiblərinə, yəni fələstinlilərin özlərinə qaytarılan zaman problem həll olacaqdır.

Fələstin aralarında müsəlman, xristian və yəhudi olmaqla yanaşı Fələstin xalqının özünə aiddir. Fələstini onların özlərinə qaytarsınlar və onlar da öz rejimlərini və hökumətlərini qursunlar. Bundan sonra isə sionistlərlə necə rəftar edəcəyinə və onları ölkədən çıxarmaq və yaxud da saxlamağa dair qərarı həmin hökumətin özü versin. Qərarı onların özləri versinlər. Bu bizim bir neçə il bundan öncə açıq şəkildə bildirdiyimiz və zahirən, BMT-də təsdiq olunan həmin həll yoludur. İndi də bu məsələ üzərində israrla dayanıram. Bu məsələ baş verməyəcəyi təqdirdə Qərbi Asiya problemi həll olmayacaqdır.

Bəziləri elə düşünürlər ki, gedib ətraf ölkələri sionist rejimlə əlaqələri adiləşdirməyə vadar etməklə problem həll olacaqdır. Xeyr, səhv edirlər. Tutaq ki, bu ətraf ölkələr və əsasən də, ərəb ölkələri sionistlərlə əlaqələrini adiləşdirdilər,  yenə də bu, problemi həll etməyəcək, əksinə, problem həmin dövlətlərin özlərində yaranacaqdır. Yəni sionist rejimin bu cinatətlərinə  göz yuman və onlara dostluq əli uzadan həmin dövlətlərinin xaqları o dövlətlərin əleyhinə qalxacaqdır. Bu gün region xalqları sionist rejimə qarışdırsa, gələcəkdə bu xalqlar öz dövlətlərinə qarşı olacaqlar. Bu şəkildə problem həll olmayacaqdır. Fələstin fələstinlilərin özlərinə qaytarılmalıdır. Ümid edirik ki, Allah-təala, inşallah, bu gələcəyi çox tez bir zamanda çatdırsın.

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.