Plakat
Ölkənin müəllim cəmiyyətində nümunə formalaşdırmaq mühüm məsələdir. Sizin ölkə boyu müəllim cəmiyyətində örnək olan müəllimləriniz kimlərdir? Bizim başqa sahələrdə ülgülərimiz vardır. Məsələn, idman sahəsində qəhramanlarımız, sənətdə görkəmli sənətkarlar, dini təlim və ruhanilik sahəsində bir dəstə görkəmli ruhanilər başqaları üçün örnəkdirlər. Din tələbəsi mərcəyi-təqlidə, o böyük dərs deyənə (bir nümunə ünvanında) baxır. Müəllim cəmiyyətində bu nümunələr kimlərdir? Təlim-Tərbiyə Orqanı müəllim göstəriciləri baxımından başqalarından seçilən və görkəmli müəllimləri bütün ölkə boyu tapıb, cəmiyyətə tanıtdırsınlar.