Müəllimlərlə olan görüşdə Ayətullah Xamenei İsrail, Amerika və Avropanın Qəzza gündəmini dəyişmək istədiyini açıqladı:
"Qəzza məsələsi bu gün dünyanın birinci məsələsidir. Sionistlər və himayədarları olan Amerika və Avropa Qəzza məsələsini ictimai rəyin gündəmindən çıxarmaq üçün hər nə edirlərsə, nail ola bilmirlər. (Bunun üçün) ABŞ və Avropa universitetlərinə nəzər salın".

Daha sonra o Həzrət sionist rejimə təzyiqin günbəgün artırılmasının vacibliyini vurğuladı:
"Qəzza məsələsini dünyanın birinci məsələsi olmasından çıxmağına imkan vermək olmaz. Sionist rejim üzərinə təzyiq günbəgün daha da artmalıdır".

İnqilab Rəhbəri Amerika dövlətinin tələbələrlə olan rəftarının ikili standart olduğunu vurğuladı:
"Mülahizə edin ki, ABŞ dildə İsraillə müxalifət etməklə hansı rəftarı sərgiləyir. Amerikalı tələblər nə dağıdıb tökmək şüarı verdilər, nə kimisə öldürdülər və nə də hər hansı bir yeri yandırdılar. Onlara qarşı bu şəkildə rəftar olunur".

O Həzrət Amerikanın Qəzzada baş verən soyqırımda şərik olduğunu qeyd etdi:
"ABŞ dövlətinin tələbələrə qarşı rəftarı bu dövlətin Qəzzada böyük soyqırım cinayətində sionist rejimlə əməli surətdə şərik olduğunu göstərir".

Qərbi Asiya məsələsinin həll yolunun Fələstinin öz sahiblərinə qayıtmalı olduğunu bildirən İnqilab Rəhbəri belə buyurdu:
"Fələstin öz həqiqi sahiblərinə, yəni fələstinlilərin özünə qaytarılmayana qədər Qərbi Asiya məsələsi həll olmayacaqdır".

Ayətullah Xamenei Fələstinin Fələstin xalqına aid olduğunu vurğuladı:
"Fələstin aralarında müsəlman, xristian və yəhudi olmaqla Fələstin xalqının özünə aiddir. Fələstini onların özlərinə qaytarsınlar. Sionistləri ölkədən çıxarmaq və yaxud da saxlamaq qərarını onlar özləri versinlər. Bu bizim BMT-də qeyd olunan həll yolumuzdur".

Ümmətin Rəhbəri sionistlərlə əlaqələri adiləşdirməyin həll yolu olmadığını açıqladı:
"Bəziləri elə düşünürlər ki, gedib ətraf ölkələri sionist rejimlə əlaqələri adiləşdirməyə vadar etməklə problem həll olacaqdır. Lakin səhv edirlər. Fələstin Fələstin xalqına qaytarılmayınca Qərbi Asiya problemi həll olan deyildir".

İnqilab Rəhbəri gələcəkdə xalqlar dövlətlərinin sionistlərə dostluq əlini uzatmasına görə dövlətlərinin əleyhinə olacaqlarını bildirdi:
"Sionist rejimin cinayətlərinə göz yuman və onlara dostluq əli uzadan Qərbi Asiya dövlətlərinin xaqları o dövlətlərin əleyhinə qalxacaqdır. Bu gün region xalqları sionist rejimə qarışdırsa, gələcəkdə bu xalqlar öz dövlətlərinə qarşı olacaqlar".