16/11/2025
ABŞ niyə bu Qərbi Asiya regionunda müxtəlif ölkələrdə bu qədər çox hərbi baza qurub? Sizin burada nə işiniz var? Bu məntəqənin sizə nə aidiyyatı var?        Ayətullah Əl-Üzma Seyid Əli Xamenei    20.10.2025 
14/11/2025
Soruşurlar ki, Amerika ilə münasibətləri əbədi olaraq qurmayacağıq? Amerikanın hegemon mahiyyəti təslim olmaqdan başqa heç nəyi qəbul etmir. Bunu Amerikanın indiki prezidenti dilə gətirdi, Amerikanın iç üzünü ifşa etdi. İran kimi bir millətin təslim olması nə məna daşıyır?         Ayətullah Əl-Üzma Seyid Əli Xamenei    03.11.2025 
13/11/2025
Səfirliklər yerləşdikləri ölkə haqqında məlumat toplayırlar. Bunun heç bir eybi yoxdur. Lakin 1978-ci ilin 4 noyabr tarixində gənclərimiz Amerika səfirliyini ələ keçirdilər və səfirliyin İslam inqilabını aradan aparmaq üçün bir fitnə mərkəzi olduğunu göstərən sənədlər tapdılar.      Ayətullah Əl-Üzma Seyid Əli Xamenei    03.11.2025 
12/11/2025
Tarixi baxımdan, şübhəsiz ki, ölkənin gələcək tarixində bu gün, şübhəsiz ki, xalq üçün qürur və zəfər günü olacaq. Bu elə bir gündür ki, gənclərimiz şücaət sərgilədilər, dünya siyasətçilərinin qorxduğu bir qüdrətin qarşısında. Cürət etdilər, qorxmadılar, onun səfirliyinə hücum etdilər, bir məntiqlə, bir səbəblə, bir dəlillə ki, indi mən izah edəcəyəm.  Bu gün iftixar olunası bir gündür. Bu gün qələbə günüdür. 13 aban (4 noyabr 1979) tarixi baxımdan belə bir gündür. 13 aban elə bir gündür ki, tələbələrimiz gedib ABŞ səfirliyini ələ keçirdilər. Bu, tariximizdə, milli yaddaşımızda qalmalı olan günlərdən biridir, unudulmamalıdır, xalqımızın hamısı ondan xəbərdar olmalıdır.  Şükür ki, ölkədə məlumat mənbələri də mövcuddur və həmin günün bir çox məsələlərini müxtəlif kitablarda və bu mövzuyla bağlı xüsusi yazılmış kitablarda oxumaq və öyrənmək olar. Bu, tarixi cəhətdəndir. Amma kimlik baxımından: bu daha önəmlidir.  Səfirliyin ələ keçirilməsi ABŞ-ın həqiqi kimliyini aşkara çıxardı. İslam hərəkatının və İslam inqilabının həqiqi və mahiyyət etibarilə kimliyini də aydınlaşdırdı və müəyyən etdi. Bu hadisənin kimlik təsiri budur. 
30/10/2025
Sionistlər 12 günlük müharibədə elə bir zərbə aldılar ki, inanmırdılar, gözləmirdilər və beləliklə, məyus oldular. Amerika prezidenti işğal olunmuş Fələstinə onları məyusluqdan çıxartmaq üçün getmişdi.   Seyid Əli Xamenei    20.10.2025
23/10/2025
Biz bu gün uranın zənginləşdirilməsi baxımından yüksək səviyyədəyik... Dünyanın iki yüz neçə ölkəsi arasında zənginləşdirməyə qadir olan on ölkə var ki, bu on ölkədən biri də İslami olan İrandır... Biz bu mühüm sənayedə on aparıcı ölkədən biri hesab olunuruq.   23.09.2025  - O (ABŞ prezidenti) iranlı alimləri terror eməklə fəxr edir, ... Tehrançi və Abbasi kimi adamları terror etdiniz, lakin onların elmini terror edə bilməzsiniz.   Seyid Əli Xamenei   20.10.2025  
29/09/2025
Amerika ilə müzakirə böyük zərərlər gətirir. O hədələyib ki, əgər danışıqlar aparmasanız, belə edərik, elə edərik. Belə müzakirələri qəbul etmək İslam Respublikası olan İranının hədələrə boyun əyməyə meylli olduğunu göstərir. Əgər bu hədələrlə müzakirə apardınızsa, demək ki, hər hədəyə qarşı qorxuruq və təslim oluruq mənasındadır.Bu müzakirə deyil, diktədir.     23.09.2025
03/09/2025
“Amerika buranı mənimsəmişdi, lakin əlindən çıxarıldı, buna görə də ölkəyə və inqilaba qarşı kini dəvə kini kimidir! Asanlıqla əl çəkməyəcək. Amerika İranda məğlub oldu və bu məğlubiyyətin bahasını ödətməyə çalışır.”
18/06/2025
Əvvəlcədən də ehtimal edilirdi ki, sionistlərin bu xəbiscəsinə hücumunda Amerikanın da müdaxiləsi var, lakin bu son günlərdə amerikalıların dediyi sözlər bu ehtimalı gündən-günə daha da gücləndirir.​
18/06/2025
Sionistlərin məhz amerikalı dostlarının səhnəyə daxil olması və çıxışlar etməsi də onun zəifliyi və acizliyinin bir göstəricisidir.
08/04/2025
Niyabəti müharibə o şəraitə deyilir ki, böyük bir güc öz düşməni ilə birbaşa qarşıdurmaya girmək əvəzinə, başqa qruplardan və ya dövlətlərdən niyabət və proksi kimi istifadə edərək öz maraqlarını irəli aparır. ABŞ İkinci Dünya Müharibəsindən sonra öz rəqiblərinin əleyhinə dəfələrlə bu üsula əl atıb. Latın Amerikası və Afrikada üsyançı qrupları dəstəkləməkdən tutmuş Orta Şərqdə təkfirçi terrorçuları gücləndirməyə qədər müxtəlif addımlar atıb. Bunların hamısı göstərir ki, Vaşinqton başqalarını daim öz alətinə çevirməyə çalışır.
30/01/2025
Amerika bütün imkanlarını sionist rejimə verdi, əgər verməsəydi, sionist rejim elə ilk həftədə diz çökərdi.
04/01/2025
Bu gün Amerika Suriyada ard-arda bazalar qurur. Şübhəsiz ki, bu bazalar suriyalı gənclərin ayaqları altında tapdalanacaq.
21/06/2024
Bu qəsbkar_rejimin ən böyük havadarı İngiltərənin ilk yardımlardan sonra Amerika Birləşmiş Ştatlarıdır ki, birbaşa siyasi, iqtisadi cəhətdən və silah verməklə o rejimin arxasında dayandı. Hətta bağışlanmaz bir ehtiyatsızlıqla nüvə_silahı istehsalının yolunu bu rejimin üzünə açdı və bu yolda ona kömək etdi.
13/06/2024
Bu gün kəskin irqi ayrı-seçkiliyə malik sionist rejimin törətdiyi soyqırım on illərlə bundan öncə zalımcasına və şiddətli rəftarlarının davamıdır. Sionist sərmayədarları şəbəkəsi Dünya müharibəsindən sonra İngiltərə dövlətinin köməyi ilə bir neçə min terroristi tədrici olaraq bu ölkəyə gətirdilər; bu ölkənin kənd və şəhərlərinə hücum etdilər, on minlərlə insanı öldürdülər, yaxud da qonşu ölkələrə qovdular. Evləri, bazarları və əkin sahələrini əllərindən aldılar və Fələstinin qəsb olunmuş məntəqəsində İsrail adlı bir dövlət qurdular. ​
07/05/2024
ABŞ dövlətinin tələbələrə qarşı rəftarı bu dövlətin Qəzzada böyük soyqırım cinayətində sionist rejimlə əməli surətdə şərik olduğunu göstərir. ​
05/05/2024
Mülahizə edin ki, ABŞ dildə İsraillə müxalifət etməklə hansı rəftarı sərgiləyir. Amerikalı tələblər nə dağıdıb tökmək şüarı verdilər, nə kimisə öldürdülər və nə də hər hansı bir yeri yandırdılar. Onlara qarşı bu şəkildə rəftar olunur.​
10/03/2024
Qərb sivilizasiyası budur. ABŞ və Qərbin qeyri-insani siyasətinin rüsvayçılığı o yerə çatıb ki, Amerika Hərbi Hava Qüvvələrinin bu zabitinin özünü yandırdığını eşitmisiniz. Yəni o mədəniyyətdə tərbiyə alan gənc üçün də ağır gəlir, hətta onun da vicdanı sızıldayır. Təbii ki, bir nəfər deyil, min nəfər özünü yandırmalı idi, amma fəsada qərq olmaq (vicdanların oyanmasına) imkan vermir. İndi (bunların içindən) kiminsə təsadüfən vicdanı oyanıb özünü yandırdı. Qərb mədəniyyəti özünü tanıtdı, ifşa etdi və nə qədər fasid, nə qədər azğın, necə də zalım olduğunu ortaya qoydu.​
27/02/2024
Bir dəfə bir ABŞ prezidenti İran xalqına xitab etdi ki, seçkilərdə iştirak etməyin. Xalq onun acığına daha çox iştirak etdilər və o seçkilər daha coşqulu oldu. Ondan sonra artıq birbaşa demirlər. Lakin müxtəlif yollarla çalışılırlar ki, xalqı seçkilərdən uzaqlaşdırsınlar.
28/12/2023
Son Qəzza hadisəsində sionist rejimin məğlubiyyəti eyni zamanda Amerikanın da məğlubiyyətidir. Bu gün dünyada heç kəs sionist rejimlə Amerika və İngiltərə arasında fərq qoymur və hamı bilir ki, bunlar eynidirlər.
27/12/2023
Amerika utanmazcasına bombardmanların dayandırılması və atəşkəsin olması üçün Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyur. Yəni bununla uşaq, qadın, xəstə, qoca və müdafiəsiz xalqın üzərinə bomba yağdırmaqda şəriklik edir.
03/10/2023
Əgər İslam ölkələri birləşsələr hansı ölkə daha zorakılıq və oğurluq edə bilməyəcəkdir? Amerika. Əgər İran, İraq, Suriya, Livan, Ərəbistan, Misir və İordaniya kimi ölkələr öz əsas məsələlərində vahid bir xətlə hərəkət etməyi qəbul etsələr, zorakı qüdrətlər onların işlərinə dəxalət edə bilməyəcəklər.
03/10/2023
Müqəddəs Müdafiə illəri ölkəni ehtimal olunan hərbi hücumlardan bir çox həddə təhlükəsizliyini təmin etdi. Daimən deyirdilər ki, hərbi əməliyyat (variantı) da masanın üzərindədir, lakin masanın üzərində də qaldı (həyata keçmədi). Çünki bilirdilər ki, əgər meydana daxil olsalar, başlanğıcı onlar tərəfindən olsa da, sonu onlarlıq olmayacaqdır. Bunu Müqəddəs Müdafiə illəri göstərdi.
12/09/2023
Bizim təhlükəsizlik qüvvələrinin dediklərinə əsasən, Amerika bir "Böhran qrupu" yaradıb. Yəni ölkələrdə, o cümlədən də İranda böhran yaratmaq üçün məmuriyyət alıblar. Onlar bu nəticəyə çatdılar ki, İranda böhran yaratmaq üçün bir neçə məqam vardır və onu təhrik etmək lazımdır. Məsələn, qövmlər arası ixtilaf, məzhəbi fərqliliklər, qadın-kişi arasında ayrı-seçkiliklər və qadın məsələsi. Bu, Amerikanın proqramıdır.
11/09/2023
Sistan, Bəlucistan və Cənubi Xorasan məntəqəsindən minlərlə əhali 11.09.2023-cü il tarixdə bazar ertəsi günü İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
13/03/2023
ABŞ-ın sanksiyasına məruz qalan ölkələr bir-biri ilə əməkdaşlıq etməli, sanksiya taktikasını aradan qaldırmaq üçün birgə qrup yaratmalıdırlar və bu, mümkün olan bir işdir.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 13.03.2023
15/02/2023
Təbriz xalqının 29 Bəhmən qiyamının ildönümü münasibəti ilə (1)
09/02/2023
Düşmənin məqsədinin İran İslam Respublikası və sistemini diz çökdürməsi olmasına baxmayaraq, bunun əksini deyirlər. ABŞ prezidenti 10-15 il əvvəl mənə yazdığı məktubda bildirmişdi ki, biz sizin hökumətinizi dəyişmək fikrində deyilik. Amma eyni zamanda bizdə xəbərlər var idi ki, onların xüsusi mərkəzlərində İran hökumətini devirməyin planı müzakirə olunur. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 08.02.2023
01/03/2022
(Əziz İslam peyğəmbərinin Allah tərəfindən peyğəmbərliyə təyin edildiyi gün) münasibətilə çıxış
07/05/2021
07.05.2021-ci il (Hicri-qəməri 1442-ci il) mübarək Ramazan ayının son cüməsi