Ölkənin Cənub Şərq regionunun əhalisinin İnqilab Rəhbəri ilə görüşündə o Həzrət dünyada başlanan böyük dəyişiklikdən söz açaraq qeyd etdi:
"Dünyada böyük bir dəyişiklik başlanıb. Bu dəyişiklikdə ən əsas gözə çarpan Amerika kimi hegemon qüdrətlərin zəifləməsi, habelə dünyada və məntəqədə yeni qüdrətlərin meydana gəlməsidir".
Hegemon qüdrətlərin zəifləməkdə olduğunu buyuran Ayətullah Xamenei belə qeyd etdi:
"Qərb və hegemon qüdrətlər zəifləməkdədir. Amerika qüdrətinin göstəricisi tənəzzülə doğru getməkdədir. Amerika qüdrətinin göstəricilərindən biri də onun güclü iqtisadiyyatıdır ki, özlərinin dediklərinə əsasən, çökməkdədir".
İnqilab Rəhbəri Amerikanın hökumətlər əleyhinə hibrid müharibəsi yaratmaq məcburiyyətində olduğun vurğuladı:
"Amerikanın digər qüdrət göstəricilərindən biri də başqa dövlətlərə dəxalət etmək imkanının olması idi. Bu gün bu, tənəzzül etmək üzrədir. Bu gün Amerika zərbə vurmaq istədiyi dövlətlərdə çoxlu xərclərlə hibrit müharibə yaratmağa məcburdur, lakin bunun özü də axırda bir nəticə vermir".
O Həzrət söhbətinin davamında Avropanın vəziyyətinin də Amerikadan yaxşı olmadığını açıqlayaraq belə buyurdu:
"Avropanın da vəziyyəti Amerikadan yaxşı deyil və tənəzzül etmək üzrədir. Bu günlər Afrika əhalisi Fransanın əl altısı olan hökumətləri süqut etdirirlər. Qərb qüdrətləri əvvəlki o qüdrətə sahib deyil və zəifləmək üzrədir. Bu, dünya miqyasında böyük bir dəyişikliyidir".
ABŞ-ın ölkələrdə böhran yaratmaqdan ötrü yaratdığı "Böhran qrupu" Ayətullah Xameneinin toxunduğu başqa bir məqam idi:
"Bizim təhlükəsizlik qüvvələrinin dediklərinə əsasən, Amerika bir "Böhran qrupu" yaradıb. Yəni ölkələrdə, o cümlədən də İranda böhran yaratmaq üçün məmuriyyət alıblar. Onlar bu nəticəyə çatdılar ki, İranda böhran yaratmaq üçün bir neçə məqam vardır və onu təhrik etmək lazımdır. Məsələn, qövmlər arası ixtilaf, məzhəbi fərqliliklər, qadın-kişi arasında ayrı-seçkiliklər və qadın məsələsi. Bu, Amerikanın proqramıdır".
Ayətullah Xamenei düşmənlə qarşıdurmada çox ciddi olduğunu qeyd edib buyurdu:
"Düşmən düşmənçiliyində və plan tökməyində ciddidir, biz də düşmənlə qarşıdurmada çox ciddiyik".
Etdikləri xidmətlərə görə İraqlılara təşəkkür edən O Həzrət belə buyurdu:
"Mən səmimi qəlbdən İraqlı bacı-qardaşlara Ərbəindəki dəyərli qonaqpərvərliklərinə görə təşəkkür edirəm. Əllərində olan hər bir şeylərini ortaya qoydular və 22 milyondan artıq zəvvara qonaqlıq və mizbanlıq etdilər".