İmam Hüseynin (ə) Aşura hadisəsində özləri də Bəni Haşim ailəsindən və eyni nəcib kökdən olduqları halda, hətta Abdullah ibn Abbas və Abdullah ibn Cəfər kimi şəxslər də Məkkə və ya Mədinədə dura, səslərini ucaltmağa və İmam Hüseynin (ə) adını çəkərək şüar verməyə cürət edə bilmirlər. Belə mübarizə qəribçiliklə olan mübarizədir və qəribçiliklə olan mübarizə ən çətin mübarizədir. Hamı insanla düşməndir. Hamı insandan üz döndərir.
İmam Hüseynin (ə) mübarizəsində, hətta bəzi dostlar da üz çevirirlər. Belə ki, onlardan birinə buyurdu: "Gəl, mənə kömək et." O isə kömək etmək yerinə atını İmama göndərdi və dedi: "Atımdan istifadə et!" Bundan üstün bir qəriblik və bu qəribçiliklə olan mübarizədən daha üstün bir mübarizə (varmı)?! Bu qəribçiliklə olan mübarizədə ən əzizləri onun gözləri önündə qurban olur.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
07.06.1994