Bəzən xalq fəsada mübtəla olanda, hökumətlər də, alimlər və din barədə danışanlar da fasid olurlar! Fasada düçar olmuş adamlardan düzgün bir din çıxmaz. Onlar Quranı və həqiqətləri təhrif edirlər, yaxşıları pis, pisləri yaxşı edirlər, münkəri məruf və mərufu münkər kimi təqdim edirlər!... Yol sapdığı zaman, cəhalət, zülm, istibdad və kimlərinsə xəyanəti insanları doğru yoldan azdırdığ və şəraitin də hazır olduğu zaman... İmam Hüseyn (ə) bu böyük vacib vəzifəni yerinə yetirmək üçün İslam cəmiyyətinin yenidən qurulması və ya böyük sapmalara qarşı mübarizə aparmaq üçün qiyam etdi... Əlbəttə, bu iş bəzən hökumətin qurulmasına gətirib çıxarır, İmam Hüseyn bunun üçün də hazır idi. Bəzən isə şəhidliklə nəticələnir, buna da hazır idi.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
09.06.1995