İmam Musa ibn Cəfərin işinin və həyatının davamı son dərəcə həyəcanlı bir həyatdır. Mənim fikrimcə, bu mübarizə hərəkatlarının zirvəsi də onun dövrünə aid olandır və təəssüf ki, onun həyatı haqqında dəqiq və hesaba gələn bir məlumatımız yoxdur. Bəzən o Həzrətin həyatının bir hissəsindən insanı heyrətləndirən şeylər tapılır. Uzun müddət İmam Musa ibn Cəfər ortada yox idi, yəni Harun onu axtarırdı və Həzrəti tapa bilmirdi. Bəzilərini aparırdı, işgəncə verirdi ki, onun harada olduğunu desinlər. Keçmişdə belə bir şey baş verməmişdi. İbn Şəhr Aşub "Mənaqib"də Musa ibn Cəfər haqqında bir rəvayət nəql edir ki, bizdə heç bir İmam haqqında belə bir şey yoxdur. Bir vaxtlar Musa ibn Cəfər "Şamdakı bəzi kəndlərə qaçaq kimi girərdi və bir mağaraya gəldi və orada bir rahib var idi". Sonra o həmin rahiblə danışdı və aralarında bəzi söhbətlər baş verdi. Bunlar Musa ibn Cəfərin həyatında bir qığılcım olduğunu göstərir və bu zaman həmin əbədi həbsxananın mənası anlaşılır. Əks halda, eşitdiyiniz kimi, xilafətə çatan və Mədinəyə gələn kimi Harun Musa ibn Cəfərə tamamilə hörmət və ehtiram göstərib.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
19.07.1986